Məhkəmə qərarları › İş №2(060)-5329/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5329/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5329/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 yanvar 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 15 mart 1993-cü ildə Qobustan rayonunun Sündü kəndində ev şəraitində vəfat etmiş və Qobustan rayon Sündü kənd qəbirstanlığında dəfn olunmuş mərhum X2nın ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin qızıdır. Bunu mərhum qızının adına verilmiş XVlll-ЖГ № 272815 nömrəli “Doğum haqqında şəhadətnamə” təsdiq edir. Mərhum qızı 28 yanvar 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. X2 15 mart 1993-cü ildə Qobustan rayonunun Sündü kəndində ev şəraitində vəfat etmiş və el adəti ilə Qobustan rayonu, Sündü kənd qəbirstanlığında dəfn olunmuşdur. Bunu Qobustan rayon İHB-nin Sündü kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli Aktı təsdiq edir. Ərizəçinin qızı ev şəraitində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Həyat yoldaşı X6 24 mart 2025-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının vəfatından sonra onun birinci dərəcəli vərəsələrinin siyahısında 28 yanvar 1993-cü ildə anadan olmuş və 15 mart 1993-cü ildə vəfat etmiş mərhum qızı X1 adı göstərilir. Mərhum qızının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün mülkiyyətində olan əmlakları digər övladlarına gələcəkdə ötürə bilməyəcək. Bu səbəbdən "Ölüm haqqında şəhadətnamə” almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı tərəf özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, 28 yanvar 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 15 mart 1993cü ildə Qobustan rayonunun Sündü kəndində ev şəraitində vəfat etmiş və Qobustan rayon Sündü kənd qəbristanlığında dəfn olunmuş mərhum X2nın ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsin nümayəndəsi 15 oktyabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. 1993-cü ilin mart ayında rayona gedərkən ona xəbər verdilər ki, bacısının uşağı ölüb. Uşağı Sündü kənd qəbristanlığında dəfn etmişdilər və o da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, 1993-cü ildə uşaq Şamaxıda vəfat etmiş və uşağın nəşini özü yumuş və o, Sündü kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşının arvadıdır. 1993-cü ildə qaynatasıgildə olarkən ona xəbər verdilər ki, uşaq vəfat edib. Uşaq Sündü kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - XVİİİ–ЖГ №272815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X3 atası X6, anası Ərizəçidır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-M-24xx/xx/2025 saylı məktubdan görünür ki, X10 ölümünün qeydiyyata alınmasından ölümü təsdiq edən sənəd olmadığından imtina edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-53/2-M-349-42-709/2025 saylı məktubdan görünür ki, X3 ölməsi ilə bağlı qeydiyyatda olduğu poliklinikaya vaxtında müraciət etmədiyindən şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Qobustan rayonu Sündü Bələdiyyəsi tərəfindən verilmiş 35 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Qobustan rayonunun Sündü kəndində vəfat etmiş və Qobustan rayonunun Sündü kəndində dəfn edilmişdir. - Qobustan rayon İHB-nin Sündü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X5 xx.xx.1993-cü il tarixdə Qobustan rayon Sündü kənd qəbristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin X2 xx.xx.1993-cü il tarixdə Qobustan rayonunun Sündü kəndində ölmüş və Qobustan rayon Sündü kənd qəbristanlığında dənf edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.1993-cü il tarixdə Qobustan rayonu, Sündü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar