Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5378/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü atası Lətifov Oruc Lətif oğlunun xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü atası Lətifov Oruc Lətif oğlu xx.xx.2022-ci il tarixində Abşeron rayonu Məhəmmədi kəndində ölmüş və Qax rayonu Oncallı kənd qəbirstanlığında dəfn olunmuşdur. Atası Lətifov Oruc Lətif oğlu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Məhəmmədi kəndində ölməsinə baxmayaraq, ona ölüm haqqında şəhadətnamə alınmadığına görə atasının ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydiyyata alınmasından imtina olunmuşdur. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunda qeyd olunur ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Atası 217 saylı marşrut xətti üzrə sürücü işləmiş, Məhəmmədi kəndində sözügedən marşrut avtobusunda işdə olarkən qəfildən ürək tutmasından vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı, mərhum isə atasıdır. Atası ürək xəstəliyindən əziyyət çəkmişdir. 2022-ci ilin 10 aprel tarixində Məhəmmədi kəndindən onlara telefon zəngi gəlmiş, atasının vəziyyətinin pis olduğunu demişlər. O da bu barədə ailə üzvlərinə məlumat vermiş və ora getdikdə atasının vəfat etdiyi onlara məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi xalasının oğludur. Ərizəçinin atası Lətifov Oruc 217 saylı marşrutda sürücü işləmişdir. Lətifov Oruc qəfildən Məhəmmədi kəndində, marşurutda olarkən vəfat etmişdir. Mərhum Qax rayonunun Öncallı kənd qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: XX-JQ seriyalı 384727 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Lətifov Oruc Lətif oğlu, anası X1r. “Abşeron rayon Mərkəzi Xəstəxanası” X9 Məmmədli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 13 saylı imtina məktubundan görünür ki, Ərizəçi müraciəti ilə əlaqədar Abşeron rayon Məmmədli kəndi, "Yeni Sahə" ərazisində vəfat edən Lətifov Oruc Lətif oğluna Məmmədli kəndi ərazisində yaşamadığı, tibbi qeydiyyatda olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilmir. Sumqayıt “ASAN xidmət” X2 xx.xx.2022-ci il tarixli 05/Q-348/15 saylı məktubundan görünür ki, Ərizəçi, Lətifov Oruc Lətif oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qax RİH Qıpçaq kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2022-ci il tarixli 356 saylı arayışından görünür ki, mərhum Lətifov Oruc Lətif oğlu xx.xx.2022-ci il tarixdə Qax rayonun Oncallı kənd qəbirstanlığında dəfn olunmuşdur. Bakı şəhər Təcili və X3 Stansiyası PHŞ 14 saylı bölmə tərəfindən verilmiş 31/14 saylı arayışın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:45-də ünvan 1 ünvanından Lətifov Oruc Lətif oğlunun adına çağırış daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, xx.xx.1964-cü il təvəllüdlü Lətifov Oruc Lətif oğlunun xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü Lətifov Oruc Lətif oğlunun xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5378/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5378/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver