Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5387/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi ərizə, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü Şükürov Vüsal Əlövsət oğlunun xx.xx.1993-cü il tarixdə Masallı rayonu Çaxırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Şükürov Vüsal Əlövsət oğlu onun oğludur. Bunu mərhum oğlunun adına verilmiş XVİİİ-ЖГ 273290 nömrəli doğum haqqında şəhadətnamə təsdiq edir. Şükürov Vüsal Əlövsət oğlu 16 aprel 1993-cü ildə anadan olmuş, 10 gün sonra yəni, 26 aprel 1993-cü ildə Masallı rayonu Çaxırlı kəndində ev şəraitində vəfat etmiş və el adəti ilə Masallı rayonu Çaxırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Bunu Masallı rayon Təklə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli aktı təsdiq edir. Lakin oğlu Şükürov Vüsal Əlövsət oğlu ev şəraitində vəfat etdiyinə görə ölüm haqqında şəhadətnamə ala bilməmişlər (hüquqi savadsızlıq səbəbindən). Həyat yoldaşı Şükürov Əlövsət Məhərrəm oğlu xx.xx.2024-cü ildə vəfat etmişdir. Bunu AZ-İİ seriyalı, 462208 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Mərhum həyat yoldaşının vəfatından sonra ona məxsus olan miras əmlakların vərəsəlik qaydasında qəbulu zamanı xx.xx.1993-cü ildə anadan olmuş və xx.xx.1994-cü ildə vəfat etmiş V.Ə.Şükürovun da razılığı tələb edilmişdir. Bu səbəbdən də Vüsal Şükürovun ölüm faktının təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, “Ölüm haqqında şəhadətnamə” almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı tərəf Maraqlı şəxs özünün xx.xx.2025-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hesab edir ki, 16 aprel 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 26 aprel 1993-cü ildə Masallı rayonunun Çaxırh kəndində ev şəraitində vəfat etmiş və Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında dəfn olunmuş mərhum oğlu Şükürov Vüsal Əlövsət oğlunun ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi və əlavə olaraq bildirdi ki, övladı 16 aprel 1993-cü ildə anadan olmuşdur. Doğulduqdan sonra cəmi 10 gün sağ qalmışdır. Övladı vəfat etsə də, sistemdə adı sağ olaraq qalmışdır. Övladı vəfat edən vaxt ölüm kağızı almamış, məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasına da müraciət etməmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 ərizədəki məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızıdır. Baldızının 3 övladı olub. Uşaqlardan biri körpə ikən, doğulandan 7-8 gün sonra vəfat etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının 3 övladı olub. Uşaqlardan Vüsal doğulduqdan bir neçə gün sonra vəfat etmişdir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları
8. xx.xx.1993-cü il tarixli, 1725 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Şükürov Vüsal Əlövsət oğlu xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Şükürov Əlövsət Məhərrəm oğlu, anası Ərizəçidır.
9. əslinə baxmaqla tədqiq edilmiş XVİİİ-ЖГ seriyalı, 273290 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Vüsal Əlövsət oğlu xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Şükürov Əlövsət Məhərrəm oğlu, anası Ərizəçidır.
10. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şükürov Əlövsət Məhərrəm oğlunun 16 aprel 1993-cü il tarixdə oğlu Şükürov Vüsal Əlövsət oğlu Sumqayıt şəhərində doğulmuşdur. Onun üçün 23 aprel 1993-cü il tarixdə Sumqayıt şəhərində doğum haqqında şəhadətnamə yazılmışdır. Lakin qəflətən xəstəlik üzündən 26 aprel 1993-cü ildə Şükürov Vüsal Əlövsət oğlu vəfat etmişdir. Onun cəsədi gətirilərək Çaxırlı kənd qəbirəstanlığında nənəsi X3 məzarı yanında dəfn edilmişdir.
11. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Ş-25xx-xx/2025 nömrəli məktubundan görünür ki, Şükürov Vüsal Əlövsət oğlunun ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
12. V-ЖГ seriyalı, 455001 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Əlövsət Məhərrəm oğlu və Şükürova (Məlikova) Aynur Akif qızı arasında bağlanmış nikah xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhər nikah evində 502 saylı akt qeydilə rəsmiləşdirilmişdir.
13. AZ-İİ seriyalı, 462208 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Əlövsət Məhərrəm oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1480 nömrə ilə qeyd edilmişdir.
14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-1597/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şükürov Vüsal Əlövsət oğlu barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən “ölüm haqında tibbi şəhadətnamə” verilməmişdir.
15. Fotoşəkillə müəyyən olunur ki, Şükürov Vüsal Əlövsət oğlunun adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
c) məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. d) məhkəmənin mövqeyi
21. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş Şükürov Vüsal Əlövsət oğlu xx.xx.1993-cü ildə ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü Şükürov Vüsal Əlövsət oğlunun xx.xx.1993-cü il tarixdə Masallı rayonu Çaxırlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir.
Nəticə hissəsi:
24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Şükürov Vüsal Əlövsət oğlunun xx.xx.1993-cü il tarixdə Masallı rayonu Çaxırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Şükürov Vüsal Əlövsət oğlunun adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva