Məhkəmə qərarları › İş №2(060)-5416/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5416/2021

30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5416/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 30 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi 1938-ci il təvəllüdlü Nərimanova Reyhan Fərman qızının 02.05.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, nənəsi 1938-ci il təvəllüdlü Nərimanova Reyhan Fərman qızı son vaxtlar xəstə olmuş, müalicə almışdır. 02.05.2021-ci il tarixdə saat 21.02-də ünvan 1 ünvanında qəflətən halı pisləşmiş və təcili yardım gələnə qədər vəfat etmişdir. Nənəsini 03.05.2021-ci il tarixdı dəfn etmişdirlər. Nənəsi üçün ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin həmin şöbə ona Sumqayıt şəhət TTTYS-nin arayışını ölüm faktının müəyyən edilməsi üçün əsas olmadığına görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq ərizəçi onu da bildirdi ki, hazırkı faktın müəyyən edilməsi ona mənzil mübahisənin həlli edilməsi üçün lazımdır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X2 bildirdi ki, Ərizəçi onun oğludur. Reyhan Nərimanova onun qaynanasıdır. O, son vaxtlar xəstə idi, ürək xəstəliyindən əziyyət çəkirdi, bunun nəticəsində onun 02.05.2021-ci ildə qəflətən halı pisləşmiş və vəfat etmişdir. Covid 19 xəstəliyi ilə əlaqədar xüsusi yas mərasimi təşkil edə bilməmişdirlər. Lakin evdə keçirilən məclisdə şəxsən iştirak etmişdir. Onu da qeyd etdi ki, Reyhan Nərimanovanı Sumqayıt şəhər qəbristanlığında dəfn etmişdirlər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 16.07.2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Nərimanova Reyhan Fərman qızı 03.05.2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 20 may 2021-ci il tarixli, 05/Q-1155/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi Nərimanova Reyhan Fərman qızının ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, Nərimanova Reyhan Fərman qızı 02.05.2021-ci il tarixdə xroniki ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 928 nömrəli arayışdan görünür ki, briqada verilən ünvana çatdıqda 1938-ci il təvəllüdlü Nərimanova Reyhan Fərman qızının meyiti aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin nənəsi 1938-ci il təvəllüdlü Nərimanova Reyhan Fərman qızı 02.05.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 16.07.2021-ci il tarixli arayışı, şahid ifadəsi və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1938-ci il təvəlüdlü Nərimanova Reyhan Fərman qızının 02.05.2021-ci ildə ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1938-ci il təvəllüdlü Nərimanova Reyhan Fərman qızının 02.05.2021-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar