Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5422/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 01 yanvar 1916-cı il təvəllüdlü İsgəndərova Surayyə Alşan qızının 05 iyul 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası 01 yanvar 1916-cı il təvəllüdlü İsgəndərova Surayyə Alşan qızı ünvan 1 ünvanında 05 iyul 1999-cu il tarixdə vəfat etmişdir. X9 Alşan qızı Ağsu rayon Rəhimağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Bu illər ərzində anası üçün “ölüm haqqında şəhadətnamə” almamışdır. Bu yaxınlarda Qeydiyyat Şöbəsinə anası üçün “ölüm haqqında şəhadətnamə” almaq üçün müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm faktının müəyyən edillməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, anası 01 yanvar 1916-cı il təvəllüdlü İsgəndərova Surayyə Alşan qızının 05 iyul 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi gəlidir. 1973-cü ildə ərizəçinin evinə gəlin gəlmişdir. Ərizəçinin anası 1999-cu ildə qaynının evində rəhmətə gedib. Ərizəçinin anasını Ağsu rayonu, Rəhimağalı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, ərizəçi onun bibisidir. Ərizəçinin anası 1999-cu ildə əmisigilin yaşadığı mənzildə rəhmətə getmişdir. Ərizəçinin anası Ağsu rayonu, Rəhimağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid X12 ifadəsində göstərdi ki, ərizəçinin qardaşı onun yeznəsidir. Ərizəçinin anası 1999-cu ildə Sumqayıtda rəhmətə getmişdir. Ərizəçinin anası Ağsu rayonu, Rəhimağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi, şahidlər X4, X6 və X8 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Çaparlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 23.04.2021-ci il tarixli məktubundan görünür ki, 01 yanvar 1916-cı il təvəllüdlü ünvan 1-da qeydiyyatda olmuş İsgəndərova Surayyə Alşan qızı 05 iyul 1999-cu il tarixdə rəhmətə getmiş və Ağsu rayonunun Rəhimağalı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər X7 Gülpəri Yusif qızına ünvanladığı 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X1 ölümünü təsdiq edən sənədlər olmadığından, ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan AZ-T №167763 saylı, 16.05.2021-ci il tarixli “Doğum haqqında arayış”ın surətindən görünür ki, İsgəndərova Gülpəri Yusuf qızı xx.xx.1952-ci il tarixdə anadan olmuş və ata qrafasında-X3, ana qrafasında-X5 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 45, mənzil 13-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidin izahatı və işin materialları ilə həqiqətən İsgəndərova Surayyə Alşan qızının 05.07.1999-cu ildə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 01.01.1916-cı il təvəllüdlü İsgəndərova Surayyə Alşan qızının 05 iyul 1999-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01.01.1916-cı il təvəllüdlü İsgəndərova Surayyə Alşan qızının 05 iyul 1999-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5422/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5422/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver