Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5431/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X7, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Xabarovski şəhərində anadan olmuşdur. Bu il, yəni 2025-ci il tarixdə X12 ilə ailə həyatı qurmuşlar. Toy mərasimi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, “Xan Bülbül” restoranının “Eleqant” zalında oğlan-qız toyu bir yerdə olmaqla keçirilmişdir. Toy yerinin müəyyən edilməsi, qiymətlərin danışılması və toyun keçirilməsinə rəhbərlik etmək oğlanın adamları tərəfindən həyata keçirildi. Bir adam başına stolun birinin qiyməti 40 manata razılaşdırılmışdır. Oğlan tərəfi qız tərəfinə 60 yer verdi. Ondan 10 yeri hədiyyə kimi qalan 50 yeri isə pulla verdi. Toyun sonunda iddiaçı tərəfə verilmiş 60 yerin 50 yerinin pulunu hər stolun qiyməti 40 manatdan olmaqla 50 stola görə iki min manat pul ödədik. Yuxarıda qeyd etdiyim kimi bizə hədiyyə edilmiş 10 stolun pulunu isə oğlan tərəf ödədi. Ümumilikdə iddiaçının toyunda qız tərəfinin siyahısı üzrə 4640 manat pul yığıldı. Yuxarıda qeyd etdiyim kimi həmin pulun 2000 min manatını iddiaçı tərəfə verilmiş 50 stola görə toyxanaya ödədilər. 500 manat pulu oğlana hədiyyə kimi verdilər. Yerdə qalan 2140 manat pulu isə atasının bacısı, bibisi Cavabdeh götürüb, qaytarmır. Pulu istəyəndə deyir ki, həmin pul ondadır və həmin pulu nənənin kəfəni üçün saxlamışlar və verməyəcəkdir. İddiaçıya cehiz olaraq mağazadan müxtəlif cehiz əşyaları götürülmüşdür. Həmin cehiz əşyalarının bir qismi nağd şəkildə alınmışdır. Bir qismi, yəni 3500 manat məbləğində olan hissəsi isə kredit şəklində götürülmüşdür və həmin hissə də ödənilməmiş qalır. Əgər toydan yığılan pul çatmasa, özləri aybaay ödəyərlər. Yəni belə qərara gəlmişdilər ki, əgər pulları çatmasa nənəsinin pensiyası ilə ödəyərlər. Hal-hazırda həmin kredit borcu iddiaçının adınadır və ödəyə bilmir. Özü də ər evindədir və işləmir. Bibisi Məlahət isə toydan yığılan pulu götürüb vermir. Göstərilənlərə əsasən Cavabdeh Məhəmməd qızından 2140 manat məbləğində pulun və məhkəməyə tərəfindən ödənilmiş 41,40 manat dövlət rüsumunun alınaraq iddaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X12 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının toyunu nənəsi Nənəqız etmişdir. Cehizləri də iddiaçıya nənəsi Nənəqız almışdır. Toydan 4600 manat pul yığılmışdır, həmin puldan 1600 manat pul qalmışdır. O, xx.xx.2025-ci il tarixdə bacılarının iştirakı ilə həmin məbləği anası Nənəqızıa vermişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, yaşadıqları evi nənəsi Nənəqız xanım vəsiyyətnamə ilə Gülsümün qardaşı Siraca bağışlamışdır. Nənəqız xanımın fiziki durumu yaxşı vəziyyətdə olmadığı üçün toy prosesində qızı onun adından bir sıra məsələləri həll etmişdir. Nənəqız xanım 1600 manatdan yuxarı pensiya almış, həmin pensiyanı ailəsinə xərcləmişdir. Yığdığı 3300 manatla da nəvəsinə cehiz kimi mebel əşyaları almışdır.
6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, iddiaçının həyat yoldaşı ilə iş yoldaşıdır. Toydan sonra Məlahət yoldaşı ilə gələrək Cavidə zərfin içində pul vermişdir. Səsyazmada deyəsən bacısı bildirmişdir ki, pullar Məlahətdədir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır, cavabdeh isə onun bibisidir. Pulun qaytarılması barədə məlumatı yoxdur. Anasına toy zamanı pul verilməyibdir. Kredit cehizlər üçün götürülmüşdür. Cehizlərin yarısı nənə tərəfindən alınmışdır, qalanı isə kreditlə alınmışdır. Hazırda kredit məbləğini iddiaçının yoldaşı ödəyir. Evdə Məlahət xanımla münasibət yaxşı idi. Nəsə pul lazım olanda nənəyə deyilirdi, o da Məlahət xanıma bildirirdi, pulu göndərirdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının bibisi, cavabdehin isə bacısıdır. Toyda iştirak etməmişlər. xx.xx.2025-ci il tarixdə toydan qalan 1600 manatı iddiaçının nənəsi Nənəqıza vermişlər. Pul verilən zaman yanında Cəmilə və Şakir də orda idi. Qızı Cəlalə bir müddət nənəsinin yanında qalmışdır. Cəlalədən pulu soruşan zaman evi axtarmışlar, lakin tapa bilməmişlər.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının bibisi, cavabdehin isə bacısıdır. Toyda iştirak etməmişlər. xx.xx.2025-ci il tarixdə anasının doğum günündə toydan qalan 1600 manatı ona vermişlər. Anası nə deyibsə uşaqları olaraq onu eləmişlər. Hətta anası evi iddiaçının qardaşı Siraca bağışlamışdır. Bunla bağlı o zaman da narazıçılıq bildirməmişlər.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə qohumluq əlaqələri vardır. Cavabdeh Məlahət xanımın yoldaşıdır. İddiaçının nənəsi ona hər daim etibar etmişdir. Sözügedən toydan qalan məbləği tam bilmir. Sadəcə həyat yoldaşı o məbləği anasına ad günündə vermişdir. Pul verilən zaman o evdə olmuş, lakin o otaqda olmamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, iddiaçının bibisi qızıdır. Cavabdeh onun xalasıdır. Bildirmişdir ki, toy ərəfəsi orda olmuşdur, sonra Rusiyaya getmişdir. Daha sonra bir müddət nənəgildə qalmışdır. Nənəgildə qalan zaman nənəsi pulun döşəyin arasında olduğunu demişdir, evi axtarmışlar, lakin pulu tapa bilməmişlər. Nənəsi pulun məbləğini deməmişdir, lakin pulu istəmişdir, lakin tapa bilməmişdir. Nənəsigildə qalan zaman qayğısına o qalmışdır. Nənəsi bildirmişdir ki, burda qalmaqdan qorxur.
13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən X4 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvanlanan müraciətə Sumqayıt ŞPİ-nin 3cü PB-də baxılmışdır. Müraciətdə qeyd edilən xüsusatlar məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Rüspublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmələri məqsədəmüvafiqdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. İddiaçı Cavabdeh tərəfindən toydan yığılan pulun qalan 2140 manat hissəsinin ona qaytarılmasını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.
16. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
17. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
18. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
19. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
20. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
21. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
22. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
23. Göründüyü kimi iddiaçının irəli sürülmüş iddia tələbi yalnız formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarətdir.
24. Beləliklə, məhkəmə habelə tərəflərin izahatlarını, şahidlərin ifadələrini nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının əsaslı olması qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən rədd edilməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva