Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5532/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 04 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə anadan olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmiş oğlu X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il tarixdə Quliyeva (Hacıyeva) Nazxanım Oruc qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdurlar və birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü X7, xx.xx.1987-ci il təvəllüdlü X6 və xx.xx.1988ci il təvəllüdlü X8 adlı 3 (üç) uşaqları anadan olmuşdur. xx.xx.1994-cü il tarixdə oğlu Tərlan yaşadıqları mənzilin eyvanından - 5-ci mərtəbədən yıxılaraq faciəli şəkildə həlak olmuş və onlar ölüm haqqında Şəhadətnamə almaq barədə düşünmədən, oğlunun ölüm barədə aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etmədən onu Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişdirlər. Hazırda, bəzi sosial məsələləri həll etmək istəyirlər, lakin, vəfat etmiş oğlu Tərlanın adı yaşadıqları mənzilin sənədlərində göstərildiyindən, onlardan ölüm haqqında Şəhadətnamə tələb edirlər. Həmin Şəhadətnaməni almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin orqan öiüm haqqında Şəhadətnamənin verilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, oğlu Tərlan 5-ci mərtəbədən yıxılıb ölmüşür. Həmin vaxt heç tibbi yardım çağırmamış, onu xəstəxanaya aparmamışdırlar. Hazırda ölüm faktının müəyyən edilməsi müəyyən sosial məsələlərin həlli üçün ona lazımdır. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Vahidin oğlu Tərlanın 7 yaşı olanda faciəli şəkildə ölmüşdür. Hadisə baş verən günü o, evdə olmuşdur. Sonradan belə hadisənin olduğunu eşitmiş ora gəlmişdir. Uşağı həmin gün xəstəxanaya aparmayıblar. Ata-ana yaşanan hadisənin şokundan özündə olmamışdır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, o, MKS-da işləyir. Məhəllə 45-də səs küy olduğunu eşitmiş və səbəbini soruşanda Vahidin oğlu Tərlanın 5-ci mərtəbədən yerə düşdüyünü öyrənmişdir. Uşaq elə düşdüyü yerdə ölmüşdür. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AZ-İ 798625 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X4 25 mart 1984-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 216 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi övladı X6 xx.xx.1987-ci ildə anadan olmuş, xx.xx.1994-cü il tarixdə eyvandan düşərək vəfat etmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 27 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-2133/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi X2 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan 4301 saylı doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə X6 anadan olmuşdur. Onun atası Ərizəçi, anası X1r. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu X6 xx.xx.1994-cü il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 27 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1994-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5532/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5532/2022
04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver