Məhkəmə qərarları › İş №2(060)-5557/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5557/2023

16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5557/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə xx.xx.2023-cü il, MŞS/MT030/2023-00665 saylı Sumqayıt şəhərində bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mediasiya reyestrində M-00059 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 iştirakı ilə xx.xx.2023-cü il, MŞS/MT030/2023-00665 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə görə - tərəflər razılaşır ki, hər ikisi xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikahlarına xitam verilməsi barədə razıdırlar və bu barədə iddia ərizəsi Ərizəçi tərəfindən məhkəməyə təqdim edilsin. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X2 Esmira Vəli qızının himayəsinə saxlanılsın. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa 100(bir yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən edilsin və alimetin ödənilməsi hər ayın 25-30 tarixləri aralığında X9 tərəfindən icra ediləcəkdir. İlk ödəniş may ayının 25-30 tarixlərində icra ediləcəkdir. Alimentin ödənilməsinin təmini üçün Maraqlı şəxs bank hesabı məlumatlarını 5 iş gün müddətində Ərizəçi təqdim edəcəkdir. Ərizəçi həftənin şənbə günü saat 10:00-dan uşaqları götürməklə həftənin bazar günü saat 20:00-da qaytarmaqla uşaqları ilə maneəsiz görüşəcək. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il, MŞS/MT030/2023-00665 savlı barışıq sazişi imzalanmışdır. Ərizəçi ərizəni müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materialları ilə müəyyən edildi ki, tərəflər 07 sentyabr 2010-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçmişlər, bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4112/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 15 aprel 2023-cü il tarixdə MŞS/MT030/2023-000665 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 Esmira Vəli qızının himayəsinə saxlanılsın. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa 100(bir yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən edilsin və alimetin ödənilməsi hər ayın 25-30 tarixləri aralığında X9 tərəfindən icra ediləcəkdir. İlk ödəniş may ayının 25-30 tarixlərində icra ediləcəkdir. Alimentin ödənilməsinin təmini üçün Maraqlı şəxs bank hesabı məlumatlarını 5 iş gün müddətində Ərizəçi təqdim edəcəkdir. Ərizəçi həftənin şənbə günü saat 10:00-dan uşaqları götürməklə həftənin bazar günü saat 20:00-da qaytarmaqla uşaqları ilə maneəsiz görüşəcək. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 15 aprel 2023-cü il tarixdə MŞS/MT030/2023-000665 nömrəli barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilsin. Tərəflər arasında 15 aprel 2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023-000665 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar