Məhkəmə qərarları › İş №2(060)-5558/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5558/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5558/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, Məmmədova Günel Məhəmməd qızının xx.xx.2023-cü il tarixdə saat 12:16-da Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1 №-li Peşə Liseyi ünvanında yaşadıqları yaşayış evində ölümü faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il təvəllüdlü Məmmədova Günel Məhəmməd qızı xx.xx.2023-cü il tarixdə saat 12:16-da Sumqayıt şəhəri İnşaatçılar qəs, 1 №-li Peşə Liseyi, ünvanında yaşadıqları yaşayış evində dünyasını dəyişmişdir. Qızı irsi olaraq bağırsaq xəstəliyi ölmüş və bu xəstəlikdən də dünyasini dəyişmişdir. Sumqayıt Təcili Tibbi Yardım Stansiyası evə gəlmiş və ölümün şahidi olmuşdur. Bu barədə ərizəçiyə arayış verilmişdir. Məmmədova Günel Məhəmməd qızı Sumqayıt şəhərində qəbirstanlıqda xx.xx.2023-cü ildə dəfn edilmişdir. Ərizəçi və ailə üzvləri qızlarının ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün bir müddət aidiyyəti səhiyyə müəssisəsinə müraciət etməmişdir. Bu səbəbdən hazırda aidiyyəti təşkilat qızının ölüm haqqında tibbi şəhadətnaməsini verməkdən imtina edilmişdir. Aidiyyatı təşkilata vəkil vasitəsi ilə sorğu verərək həkimdən tibbi şəhadətnamə istənilmişdir. Azərbaycan respublikasi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs “2 nömrəli ASM“ 424 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, İnşaatçılar qəs., 1 saylı PL-İ ünvanda müvəqqəti olaraq anasının yanında yaşamış, xx.xx.1991-ci il təvəllüdlü Məmmədova Günel Məhəmməd qızı 01,10.2022-ci il tarixdə Sumqayıt şəhər 2 nömrəli ASM-ə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində MOM-dən “C20-DÜZ bağırsağın bədxassəli yeni törəməsi CT3N2M1 mərhələ 4" diaqnozu ilə verilmiş epikirizə əsasən xəstə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin okloloquna göndəriş verilmişdir. xx.xx.2023-cü il tarixdə Məmmədova Günel Məhəmməd qızı İnşaatçılar qəs, 1 saylı PL-i ünvanda vəfat etmişdir. 2 nömrəli ASM-dən ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinə səbəb 2022-ci ildən 2 nömrəli ASM-ə müraciət etməməsidir. Bundan əvvəl isə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibbi arayışın olmaması səbəbindən mənə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tibbi şəhadətnamənin olmaması halında izah olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Günel qardaşı qızı olmuşdur. xx.xx.2023-cü il tarixdə xəstəlikdən dünyasını dəyişmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, o, Məmmədova Günel Məhəmməd qızının ögey anasıdır. xx.xx.2023-cü il tarixdə Günel xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. O, Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 2123/2024 saylı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayit Tibb Mərkəzi” X10 Təcili Tibbi Yardim Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1156 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:16-da ünvan 3 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Məmmədova Günel Məhəmməd qızı adına 21 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1991-ci il təvəllüdlü Məmmədova Günel Məhəmməd qızının meyidini aşkar etmişdir. - Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayit Tibb Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 424 saylı sorğuya cavab məktubdan görünür ki, İnşaatçılar qəs, 1 saylı PL-i ünvanda müvəqqəti olaraq anasının yanında yaşamış xx.xx.1991-cı il təvəllüdlü Məmmədova Günel Məhəmməd qızı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 2 nömrəli ASM-ə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində MOM-dən “020-Düz bağırsağın bədxassəli yeni törəməsi CT3N2M1 mərhələ 4” diaqnozu ilə verilmiş epikirizə əsasən xəstə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin okloloquna göndəriş verilmişdir. xx.xx.2023-cü il tarixdə Məmmədova Günel Məhəmməd qızı İnşaatçılar qəs, 1 saylı PL-i ünvanda vəfat etmişdir. 2 nömrəli ASM-dən ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinə səbəb 2022-ci ildən 2 nömrəli ASM-ə müraciət etməməsidir. - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Məmmədova Günel Məhəmməd qızı xx.xx.1991-ci il təvəllüdlü Zəngilan rayonu, Məlikli kəndində dünyaya gəlmiş, atası Ərizəçi anası X4r. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat və X2 Xidmət idarəsi tərəfindən verilmiş 35 saylı arayışdan görünür ki, Məmmədova Günel Məhəmməd qızı Sumqayıt şəhərində qəbirstanlıqda xx.xx.2023-cü ildə dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı Məmmədova Günel Məhəmməd qızı Sumqayıt şəhərində qəbirstanlıqda xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş Məmmədova Günel Məhəmməd qızının xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1 №-li Peşə Liseyi ünvanında yaşadığı evdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar