Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5605/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya reyestrində M- 00354 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 iştirakı ilə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalamışlar. Mediasiya prosesində hər iki tərəf- Maraqlı şəxs ilə Ərizəçi birbirinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nigah qeydinin (Sumqayıt şəhər Qeydiyyat şöbəsi, xx.xx.2009-cu il 790 nömrə ilə qeyd edilmiş. AZ-T № 014656) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflərin yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları xx.xx.2009-cu il təvəllüdlü X6 (şəx/vəs: AA 7102623), xx.xx.2019-cu il təvəllüdlü X7 (şəx/vəs; AA 7360132). Mediasiya prosesində - Maraqlı şəxs ilə X5 rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların saxlanması ücün Maraqlı şəxs (uşağın - atası) hər 1 uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimenti xx.xx.2025ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağınanası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın-anası) övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın- anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Qarşı tərəf bağlanmış sazişi icra etmir. Bununla əlaqədar olaraq qarşı tərəfə sazişin icra olunması ilə əlaqədar pretenziya məktubu göndərmişdir. Pretenziya məktubunda qeyd etmişdir ki, barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi pretenziya məktubu aldıqları gündən 3 gün müddətində icra etməlidir. Lakin maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək ərizənin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə 06.05.225-ci il tarixdə bağlanılmış MŞS/MT030/2025/00716 saylı barışıq sazişinə əsasən mediasiya prosesində hər iki tərəf- Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nihah qeydinin (Sumqayıt şəhər Qeydiyyat şöbəsi, xx.xx.2009-cu il 790 nömrə ilə qeyd edilmiş. AZ-T № 014656) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflərin yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları: xx.xx.2009-cu il təvəllüdlü X6 (şəx/vəs: AA 7102623), xx.xx.2019-cu il təvəllüdlü X7 (şəx/vəs; AA 7360132). Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşağın - atası) hər 1 uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimenti xx.xx.2025-ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın-anası) övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın- anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
17. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi “1. bəndi (hər iki tərəf- Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nihah qeydinin (Sumqayıt şəhər Qeydiyyat şöbəsi, xx.xx.2009-cu il 790 nömrə ilə qeyd edilmiş. AZ-T № 014656) pozulmasına razılaşırlar.)” hissəsində təmin edilməməlidir.
18. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Mediasiya prosesində - Maraqlı şəxs ilə X5 rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) hər 1 ( bir) uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz ) manat alimenti xx.xx.2025-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq X3 ( uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.
2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın-anası) övladları: xx.xx.2009-cu il təvəllüdlü X6, 2) xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar.
3. Mediasiya prosesində - Ərizəçi (uşağın- anası) ilə Maraqlı şəxs (uşağın- atası) aralarında imzalanacaq sazişə əsasən övladları: xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8. Uşaqların atası Maraqlı şəxs ilə hər hansı ay.gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva