Məhkəmə qərarları › İş №2(060)-5608/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5608/2025

18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5608/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mediasiya sessiyasında bağlanmış 21,06.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər qarşlıqlı razılıq eldə etmiş və xx.xx.2024cü il tarixli, MŞS/MT030/2024/01269 saylı barışıq sazişi imzalamışlar. Bu sazişə əsasən Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların saxlanması ücün Maraqlı şəxs (uşaqların atası) hər bir uşaq ücün 180 manat olmaqla cəmi 380 manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşaqların anası) ödəyəcəyinə dair razılaşmışlar və öhdəlik götürmüşdür. Maraqlı şəxs oglu və Ərizəçi övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X8 oglunun yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsinə verilməsinə razılaşmışlar. X5 ilə Maraqlı şəxs oglu aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X8 oglu ilə ataları Maraqlı şəxs oglu ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə razılaşmışlar və Ərizəçi bu barədə öhdəlik götürmüşdür. Lakin qarşı tərəf bu sazişin müddəalatrına əməl etmir və götürdüyü öhdəlikləri icra etmir. Buna görə də saziçin təsdiq edilməsinə zərurət vardır və ərizə təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01269 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs onların rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların saxlanması ücün Maraqlı şəxs (uşaqların atası) hər bir uşaq ücün 180 manat olmaqla cəmi 380 manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşaqların anası) ödəyəcəyinə dair razılaşmışlar və Maraqlı şəxs bu barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs oglu və Ərizəçi övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X8 oglunun yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsinə verilməsinə razılaşmışlar. X5 ilə Maraqlı şəxs oglu aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X8 oglu ilə ataları Maraqlı şəxs oglu ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə razılaşmışlar və Ərizəçi bu barədə öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqlar olmuşdur. Onlar bu uşaqların saxlanılması, analarının himayəsinə verilməsi və onlarla atalarının ünsiyyət qurmaları barədə mediasiya prosesinda razılaşmış, bu barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01269 saylı barışıq sazişi imzalamışlar. X1 bu sazişin müddəalarına əməl etmir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mediasiya sessiyasında bağlanmış 21,06.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediator X2 iştirakı ilə Sumqayıt şəhərində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin:

1. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqların saxlanması ücün Maraqlı şəxs hər bir uşaq ücün hər ay 180 manat olmaqla, cəmi 380 manat aliment xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödənilsin.

2. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X8 oglu yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsinə verilsin.

3. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X8 oglunun ataları Maraqlı şəxs oglu ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmalarına Ərizəçi tərəfindən hər hansı maneçilik törədilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar