Məhkəmə qərarları › İş №2(060)-5633/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5633/2023

13.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5633/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, cavabdeh və digər Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, cavabdeh və digər Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı evə köçürülmə və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, “Yaşıl dərə” X24 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə köçürülmələri və cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, “Yaşıl dərə” X24 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh5 cavabdehlər siyahısından çıxarılaraq onun qanuni nümayəndəsi kimi anası Qanuni nümayəndə tanınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Məmmədxanov Şahbaz Cəbi oğlu 20 mart 1969-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahda olduqları müddətdə Qanuni nümayəndə, İddiaçı2, X5, X6 və X2 adlı övladları dünyaya gəlmişdir. 1996-cı ildə oğlu İddiaçı2 valideynlərinə Sumqayıt şəhəri, “Yaşıl Dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən torpaq sahəsini almışdır. Həmin torpaq sahəsində ev tikilməsinin maddi xərclərinə və evin təmir tikinti işlərinə də oğlu İddiaçı2 rolu böyük olmuşdur. Həmçinin Məmmədxanov Şahbaz Cəbi oğlu ilə İddiaçı1 da həmin torpaq sahəsində çox çətinliklərlə evin tikilib başa çatması üçün əziyyətlər çəkmişlər. 1996-cı il tarixdən də həmin evdə yaşamışlar və ər-arvad kimidə birgə təsərüffat aparmışlar. Evin bütün xərcləri Məmmədxanov Şahbaz Cəbi oğlu ilə X1 və oğulları İddiaçı2 tərəfindən qarşılanırdı. Həmçinin həmin ünvandakı evin bütün kommunal xərcləri Məmmədxanov Şahbaz Cəbi oğlu tərəfindən ödənilmişdir. Belə ki, su sayğacı 1996-cı ildən Məmmədxanov Şahbaz Cəbi oğlunun adına qeydiyyatdan keçmişdir. Su təchizatı və kanalizasiya xidmətlərinə dair № 49320 müqavilənin də Məmmədxanov Şahbaz Cəbi oğlunun adına bağlanması buna bir sübutdur. Qazdan istifadə üçün müqavilə də Məmmədxanov Şahbaz Cəbi oğlunun adına bağlanmışdır. İşıq və qaz sayğacları da 1996-cı ildən Məmmədxanov Şahbaz Cəbi oğlunun adına qeydiyyatdan keçmişdir. İddia ərizəsinə əlavə olunmuş, Məmmədxanov Şahbaz Cəbi oğlu tərəfindən bütün bu sayğaclara görə kommunal xərclərinin ödənilməsini təsdiq edən ödəniş qəbzləri də mövcuddur. İddia ərizəsinə əlavə olunmuş, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən Əhali Əmlakının Könüllü Sığorta Haqqında Şəhadətnamə də Məmmədxanov Şahbaz Cəbi oğlunun adına verilmiş və onun tərəfindən sığorta haqqı da ödənilmişdir. Qızı Qanuni nümayəndə 1996-1997-ci il tarixdə ailə həyatı sormuş və ata evindən ayrılaraq çıxıb getmişdir, illərcə ata evindən uzaqda yaşamışdır. Təxminən 2004-cü il tarixində Qanuni nümayəndə qurduğu ailəsindən ayrılaraq ata evinə gəlmiş, ata evinə qayıdandan sonra bir neçə il sonra 2-ci dəfə ailə həyatını Cavabdeh2 ilə qurmaq istəmiş, lakin valideynləri buna heç bir halda razı deyildilər. Məmmədxanov Şahbaz Cəbi oğlu ilə qızı Qanuni nümayəndə arasında Cavabdeh2 ilə ailə qurmaq istəməsinə görə çox mübahisələr yaranmışdır. Hətta atası əgər 2-ci dəfə ailə qurub bu evdən çıxıb gedərsə, heç bir halda qəti olaraq bu evə qayıtmayacağını bildirmişdir. Yəni qızının çıxıb getdiyi halda ata evinə qayıtmağına qəti olaraq icazə verməyəcəyini dəfələrlə bldirmişdir. Qızının Cavabdeh2 ilə ailə qurması ilə əlaqədar dəfələrlə aralarında yaranan mübahisələrə görə Məmmədxanov Şahbaz Cəbi oğlu qızı ilə danışmırdı. O da valideynlərinin və yaxın qohumlarının etirazlarına baxmadan və onların icazələri olmadan ata evinə bir daha qayıtmayacağını bildirərək Cavabdeh2 ilə 2-ci dəfə ailə həyatı qurdu. Buna görə də atası onunla danışmadı və ona da ata evinə gəlməsini qadağan etdi. Sumqayıt Şəhər Bələdiyyəsinin X24 2-4-cü məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş 0152 nömrəli, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan da görünür ki, qeyd olunan evdə Məmmədxanov Şahbaz Cəbi oğlu, İddiaçı1 və İddiaçı2 yaşayırlar. Qeyd olunan mənzil faktiki olaraq 26 ildən artıq Məmmədxanov Şahbaz Cəbi oğlunun və İddiaçı1 istifadəsində olmuşdur. Burdan da aydın olur ki, uzun illərdir Sumqayıt şəhəri, “Yaşıl dərə” X24 2-ci məhəllə ev 613/A ərazisində olan yaşayış sahəsi onların istifadəsində olmuşdur. Həmin ev 1996-cı ildən satın alındığı vaxtdan Məmmədxanov Şahbaz Cəbi oğlu, İddiaçı1 və İddiaçı2 da həmin evə köçmüşlər və evin kommunal xərclərini ödəmək də daxil olmaqla, faktiki olaraq evə sahiblik etməyə başlamışlar və həmin tarixdən də ev onların faktiki istifadəsində və sərəncamında olmuşdur. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt Şəhər Bələdiyyəsinin X24 2-4-cü məhəllər üzrə 1 saylı məhəllə kometəsi tərəfindən verilmiş 020/0 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, qeyd olunan Sumqayıt şəhəri, “Yaşıl dərə” X24 2-ci məhəllə ev 613/A ərazisində olan yaşayış sahəsində 1 mərtəbəli 3 otaqlı ev tikilmişdir, həmin torpaq və ev İddiaçı2 istifadəsində olması rəsmi qaydada göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən göründüyü kimi iddiaçının həyat yoldaşı Məmmədxanov Şahbaz Cəbi oğlu 20 aprel 2013-cü il tarixdə ölmüşdür. Bundan sonra su və qaz sayğacları İddiaçı1 adına dəyişdirilərək qeydiyyatdan keçirilmişdir. İşıq sayğacı onun xəbəri olmadan Qanuni nümayəndə adına keçmişdir. Belə ki, Qanuni nümayəndə xəbərsiz evdən bəzi sənədləri özü ilə 2021-ci il tarixdə götürüb aparmışdır. Hətta qanunsuz olaraq qaz sayğacını da saxtalıqla öz adına dəyişdirmiş, sonradan onun etdiyi saxtalıq müəyyən edildiyində təzədən İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Əslində Qanuni nümayəndə ailə qurduqdan sonra uzun illərdir ki, öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadılar və yaşayırlar. Həmçinin övladları Cavabdeh3, Cavabdeh4 öz yaşadıqları ərazidə olan, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Dəmir Yolçular” Yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbi bitirmişlər. Cavabdeh5 isə hal-hazırda da həmin məktəbin şagirdidir. Lakin Qanuni nümayəndə 2022-ci ilin sonundan iddiaçılarla, yəni anası İddiaçı1 və qardaşı İddiaçı2 ilə dəfələrlə mübahisə edərək onlara bildirmişdir ki, həmin evi tərk etsinlər, həmin evə o öz ailəsi ilə köçüb yaşayacaqdır. İddiaçılar hər dəfə həmin evdən köçmək istəmədiklərini bildirdikdə Məmmədxanova Sanibə, əri Cavabdeh2 və oğlu Cavabdeh3 də iddiaçıları evdən çıxartmağa gəlirdilər. Hətta bununla Qanuni nümayəndə dəfələrlə anasını oğlu İddiaçı2 evdə olmayan zaman əl qaldıraraq anasını evi tərk etmədikləri üçün döymüşdür.Təxminən bir neçə ay sonra da Qanuni nümayəndə qardaşı İddiaçı2 evdə olmayan zaman həmin ünvana gələrək anası İddiaçı1 döyərək və onu hədələyib qorxuzub zorla mənzildən qovaraq qapını bağlayıb onun evə daxil olmasına imkan vermədi İddiaçı1 qızının bu hərəkətləri etməsindən çox utandığından və qızının əməlindən peşman olacağına ümid etdiyindən heç bir orqana şikayətlər etmədi. Bu hadisədən sonra iddiaçılar həmin evə qayıtmağa qorxub çəkindiklərindən başqa ünvana məcburən müvəqqəti yerləşdilər. İddiaçıların bütün istifadə etdikləri əşyalar da həmin ünvanda qalmışdır. Bir müddət sonra iddiaçılar bildilər ki, Qanuni nümayəndə öz ailəsi ilə birlikdə 2023-cü ilin may ayından Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən yaşayış sahəsinə yerləşmişdilər. Burdan da açıq aydın görünür ki, Qanuni nümayəndə yaşayış yeri olduğu halda yaşlı anasını və qardaşını həmin evdən qovmaqda məqsədi həmin evi tək özünün və ailəsi tərəfindən zəbt etməsi olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən bağ sahəsini 1997-ci ildə almışdır, həmin bağ sahəsini alan zaman onun heç bir sənədi yox idi. Həmin zaman atasına məxsus Sumqayıt şəhərində yerləşən bina evində yaşayırdılar. Sözügedən bağ alınan zaman bacısı Qanuni nümayəndə evli olmuş, bağın alınmasından xəbəri olmamışdır. Atasının ayaqlarında problem olduğundan, bina evində qaldıqları vaxtlar atasının ayaqları tez-tez tutulduğundan bağ almaq qərarına gəlmişdilər. Bağı alan zaman bağda ev olmamış, daxma olmuşdur. Sonra pul qazanmaq məqsədilə Türkiyəyə getmiş, Türkiyədən qayıtdıqdan sonra həmin bağda ev tikməyə başlamışdır. Daha sonra Moskvaya getmiş, Moskvadan qayıtdıqdan sonra yavaş-yavaş evi artırıb böyütmüşdür. Mübahisə predmeti olan evi təxminən Türkiyədən qayıdıb gələndən sonra 2001-2002-ci illərdə tikib hazırlamışdır. Mübahisə predmeti olan ev tikildikdən sonra anası, atası və özü köçüb həmin evdə yaşamışlar. Sumqayıt şəhərində yerləşən bina evində isə subay bacıları qalırdılar. Bağa köçüb yaşayan zaman özü subay olmuş, sonradan – 2004-cü ildə evlənmişdir, evlənəndən sonra da bağda yaşamışdır. Bina evində yaşayan subay bacıları sonradan evlənib yavaş-yavaş həmin bina evindən də köçüb getmişlər. Bağda yaşasalar da, bina evinə də gedib-gəlirdilər. Bacısı Qanuni nümayəndə birinci dəfə 1998-1999-cu illərdə Cavabdeh3 və Cavabdeh4 ataları ilə ailə qurmuş, ailə qurduqdan sonra da 9-cu mikrorayon ərazisində yerləşən evdə yaşamışdır. Sonra bacısı Qanuni nümayəndə Cavabdeh3 və Cavabdeh4 ataları ilə nikahları pozulmuş və nikahları pozulduqdan sonra bacısı Qanuni nümayəndə uşaqları ilə birlikdə 2002-ci ildə Sumqayıt şəhərində yerləşən bina evinə gəlmişdir. Həmin zaman da valideynləri ilə birlikdə mübahisə predmeti olan bağ evində yaşayırdılar. Bacısı Qanuni nümayəndə təxminən 2007-2008-ci ilə qədər Sumqayıt şəhərində yerləşən bina evində yaşamış, bundan sonra isə Cavabdeh2lə ailə qurub uşaqları ilə birlikdə Sumqayit şəhəri, X18 qəsəbəsi, Dəmir Yol massivi ünvanında yerləşən evə köçmüşdür. 2013-cü ildə atası rəhmətə gedəndən sonra bacısı Sahibə mübahisə predmeti olan evə gəlib bu evin də onun olduğunu və bu evdə qalacağını bildirməyə başlamışdır. Bacısı Sahibə bu yaxınlarda mübahisə predmeti olan evə köçmüşdür. Sonuncu dəfə bacısı Sahibə anasını döyüb evdən qovduqdan sonra anası ilə birlikdə şəhərdə yerləşən bina evinə köçüb yaşamağa başlamışlar. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə atası, anası yaşayıblar və həmin evi onlar tikiblər, atası və anası pensiya alırdılar. O, mübahisə predmeti olan evə 2002-ci ildən gəlmişdir. Belə ki, onun əvvəlki ailəsi dağılandan sonra iki uşağı ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evinə gəlmiş, amma sonradan atası onu Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə gətirmişdi. Belə ki, o işləyirdi, atası da Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə qalırdı və uşaqlarına baxırdı. Həmin zamanlar oğlunun 3 yaşı olmuş, qızı da körpə olmuşdur. O, atası evinə - Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evinə qeydiyyatda olduğu üçün qeydiyyatda olduğu ünvana görə oğlu Sumqayıt şəhərində oxumuşdur. Həmin zaman o, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evinə qeydiyyatda olsa da, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə, atasının yanında yaşamışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində isə iki subay bacısı yaşayırdı. Atası 2013-cü ildə dünyasını dəyişən zaman Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə atası, anası və bir subay bacısı yaşayırdılar. Atası rəhmətə gedən zaman həyat yoldaşı Cavabdeh2 da mübahisə predmeti olan evdə olmuşdur. O, Cavabdeh2 ilə 2008-ci ildə ailə qurduqdan sonra valideynləri tərəfindən Malisə verilmiş evdə yaşamışlar və atasına məxsus evdən qeydiyyat çıxıb uşaqları ilə birlikdə Cavabdeh2 məxsus evə qeydiyyata düşmüşlər. Qardaşı Mübariz evlənib evi tərk etdiyi üçün və valideynlərinə baxan olmadığı üçün o, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə də gəlibgetmişdir. 2013-cü ildə atası rəhmətə gedəndən sonra o, uşaqları və həyat yoldaşı Cavabdeh2lə birlikdə mübahisə predmeti olan evə gəlib yaşamışlar. Belə ki, 2013-cü ildən bəri mübahisə predmeti olan evdə yaşayırlar, amma Sumqayit şəhəri, X18 qəsəbəsində yerləşən evə də gedibgəlirlər. Qardaşı İddiaçı2 evli olan zaman 10 il ərzində ata evinə gəlməyib, evləndiyi qadının evində yaşamışdır. Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə anası tək qaldığı üçün anasına o baxmışdır, anası onun yanında qalmışdır. Əlavə olaraq bildirdi ki, o, 2002-ci ildə Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə gələn zaman evdə 1 otaq olmuş, orada da atası və anası yaşamışlar, qardaşı İddiaçı2 Rusiyada olmuşdur. Atası öləndən sonra isə yoldaşı Cavabdeh2 pulu ilə mübahisə predmeti olan evin qabağını artırmışlar. Anası İddiaçı1 hazırda Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamır, amma gəlib yaşaya bilər, anasını evdən qovmur. Qardaşı İddiaçı2 Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamır. Qardaşı İddiaçı2 evli olduğu zaman evləndiyi qadının evində yaşamışdır, boşandıqdan sonra isə atasına məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində yaşayır və həmin evdə də qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh Qanuni nümayəndə ilə evləndikdən sonra özünə məxsus olan Nasosnuda yerləşən evdə yaşayıblar. Qayınatası 2013-cü ildə rəhmətə getmişdir. 2015-ci ildən isə Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə daimi yaşayır. Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamasını qarşı tərəf özü ondan istəmişdi, belə ki, qarşı tərəflə münasibətləri əvvəl yaxşı olmuş, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə oğurluq olmasın deyə iddiaçı həmin evdə qalıb nəzarət etməsini ondan istəmişdi. İddiaçıların Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə gəlib yaşamalarına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 24 yaşı var, atası rəhmətə getmişdir. Valideynləri ayrılandan sonra – yadına düşdüyü qədəri ilə 2003-cü ildən Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamağa başlamışdır, baba və nənəsinin yanında böyümüşdür. Həmin zaman anası işləyirdi, bacısı Zeynəb də təzə dünyaya gəlmişdi. Anası da Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşayırdı. Bir müddət sonra – 2008-ci ildə anası Qanuni nümayəndə Cavabdeh2 ilə ailə qurmuş və anası onunla və bacısı ilə birlikdə Cavabdeh2 evinə getmişdi. Cavabdeh2 evinə getməzdən əvvəl o, Sumqayıt şəhərində 17 saylı məktəbdə oxumuşdur. Babası 2013-cü ildə rəhmətə getmişdir və babası rəhmətə getdiyi vaxtdan – 2013-cü ildən mübahisə predmeti olan bağ evində qalırlar. O, həmin bağ evindən dərsə, universitetə gedibgəlmişdir, əsgərliyə də həmin evdən getmişdir, indi də faktiki olaraq həmin bağ evində qalır, işə həmin evdən gedib-gəlir. Belə ki, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən ev onun qaldığı yer olub. Nənəsi İddiaçı1 və dayısı İddiaçı2 Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evə gəlib yaşamalarına razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul edərək bildirdi ki, uşaqlıqdan bəri Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə qalmışdır, ona nənəsi və babası baxmışdır. Məktəbə isə Sumqayit şəhəri, X19 qəsəbəsi, Şirvan massivindən getmişdir. 2013-cü ildən sonra Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2ci məhəllə, ev 613/A ərazisində yerləşən evə qayıtmışlar və hazırda da özü, qardaşı, anası və Cavabdeh2 həmin evdə yaşayırlar. Anası balaca qardaşına görə arada Sumqayıt şəhəri, X19 qəsəbəsi, Şirvan massivi ünvanında yerləşən evə gedib-gəlir. O, Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdən işə gedib-gəlir. Nənəsi İddiaçı1 və dayısı İddiaçı2 Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamalarına razıdır. Şahid ifadələri: İddiaçı tərəfin şahidləri: Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, İddiaçı1 anasıdır, İddiaçı2 qardaşıdır, cavabdeh Qanuni nümayəndə bacısıdır. Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evi qardaşı Mübariz 1996-1998-ci illərdə tikmişdir. Atasının ayağında problem olduğuna görə həmin evi almaq qərarına gəlmişlər. Həmin ev tikildikdən sonra atası, anası və qardaşı ora köçüb yaşamışlar. Həmin zaman o subay olmuşdur və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində yaşayırdı, ondan başqa, 2 subay bacısı da həmin bina evdə yaşayırdı. 2013-cü ildə atası ölən zaman mübahisə predmeti olan evdə anası və qardaşı yaşayırdı, bacısı Sahibə həmin evdə yaşamırdı, digər subay bacıları isə həmin evə gəlibgedirdilər. Anası indi məcburiyyət qarşısında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində yaşayır. X21 yaşayırdı, amma mübahisə predmeti olan evə də gəlib-gedirdi. Bacısı Sahibə keçmiş əri Azər adlı şəxs öləndən sonra uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində yaşamışdı. Məhkəmə iclasında şahid qismində dindirilən X17 bildirdi ki, şahid kimi dindirilmiş X9 həyat yoldaşıdır, onunla orta məktəbdə bir oxumuşlar. Həmin zaman da Billurə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evində yaşayırdı. Həyat yoldaşı Billurənin atasının ayağında problem olduğuna görə Yaşıl dərə ərazisindən boş torpaq sahəsi alınmış, sonra mübahisə predmeti olan ev tikilmişdir. Mübahisə predmeti olan evi də Mübariz tikmişdir, Mübariz usta olmuşdur. Cavabdeh Qanuni nümayəndə keçmiş ərindən boşandıqdan sonra Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində yerləşən bina evinə gəlib yaşamış, Cavabdeh2lə ailə qurduqdan sonra isə Nasosnaya köçüb yaşamağa başlamışdı. O, ailəsi ilə birlikdə mübahisə predmeti olan evin qonşuluğunda yaşayır. Qayınatası öləndə mübahisə predmeti olan evdə İddiaçı1 və Mübariz yaşayırdı. Mübariz həmin evdən keçən il çıxmış və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən bina evinə getmişdir. Cavabdehlər İddiaçı1 həmin evdən qovmuş, Mübariz də anasının yanında getmişdir. Cavabdeh tərəfin şahidləri: Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, 2015-ci ilə kimi daimi olaraq Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən bağ evində yaşamışdır, evləndikdən sonra – 2015-ci ildən isə həmin evdən çıxıb getmişdir. Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən bağ sahəsini atası almış, bağ sahəsi alınanda isə sahə boş olmuşdur. Həmin bağ sahəsində evi atası tikmişdir, belə ki, atası briqadir olmuşdur. Qardaşı Mübariz də evin tikilməsinə köməklik etmişdir. Sahibənin keçmiş əri Azər adlı şəxs öldükdən sonra Sahibə Sumqayıt şəhərində yerləşən bina evinə gəlmişdi, sonra isə bağ evinə köçmüşdü. Atası 2013-cü ildə ölən zaman sözügedən evdə daimi olaraq anası, bacısı Sahibə və uşaqları yaşayırdılar. Sahibə Cavabdeh2lə ailə qurduqdan sonra Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən bağ evinə gəlib yaşamışdılar, amma onların Nasosnuda da evləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, 2006-cı ildən Yaşıl dərə ərazisində yaşayır, tərəflərlə qonşudurlar. 2006-cı ildə həmin əraziyə köçəndə mübahisə predmeti olan evdə Məmmədxanov Şahbaz, İddiaçı1, Ağamirzəyeva Naibə, Qanuni nümayəndə və uşaqları yaşayırdılar. Qanuni nümayəndə və uşaqları mübahisə predmeti olan evdə uzun müddət yaşayıblar, belə ki, həmin əraziyə köçdüyü 2006-cı ildən təqribi əsgər getdiyi vaxta qədər yaşayıblar. Məmmədxanov Şahbaz rəhmətə gedəndən sonra Qanuni nümayəndə Nasosnuya köçüb getmişdir. Qanuni nümayəndə oğlu Elçin Yaşıl dərə ərazisində yerləşən evdə də, Nasosnuda yerləşən evdə də qalmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt bələdiyyəsi 2-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsindən verilmiş 10 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 “Yaşıl Dərə” X24 2-ci məhəllə ev 613/A ünvanında 4 sot torpaq sahəsi var, həmin torpaq sahədində 1 mərtəbəli 3 otaqlı ev tikilmişdir. Həmin torpaq və ev 2001-ci il tarixdən onun istifadəsindədir. Sumqayıt bələdiyyəsi 2-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsindən İddiaçı1 Məmmədəli qızına verilmiş ailə tərkibi haqqında 19 iyul 2023-cü il tarixli 0152 nömrəli arayışdan görünür ki, onunla birlikdə “Yaşıl Dərə” X24 2-ci məhəllə ev 613/A ünvanında yerləşən fərdi yaşayış evində oğlu İddiaçı2 və hazırda dünyasını dəyişmiş əri Məmmədxanov Şahbaz Cəbi oğlu ilə birlikdə qeydiyyatsız yaşamışdılar. Əmlakın könüllü sığortası haqqında şəhadətnamədən görünür ki, Məmmədxanov Şahbaz Cəbi oğlu 2005-ci il tarixdə “Yaşıl Dərə”də yerləşən fərdi yaşayış evini sığorta etdirmişdir. İş materiallarına əlavə edilmiş kommunal ödənişlərlə bağlı qəbzlərdən görünür ki, ödənişlər X13 və İddiaçı1 tərəfindən edilmişdir. İş materiallarına əlavə edilmiş evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədxanov Şahbaz Cəbi oğlu ilə İddiaçı1 ilə 20 mart 1969-cu il tarixdə ailə həyatı qurmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədxanov Şahbaz Cəbi oğlu 20 aprel 2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 23 saylı Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2006-cı il tarixdən etibarən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi D/Yol massivi ev 1 mənzil 28-də yaşamağa başlamışlar, hal-hazırda da həmin ünvanda yaşayırlar. Məhkəmə iddia tələbi ilə bağlı araşdırma apararkən müəyyən etmişdir ki, İddiaçı2 1997-ci il tarixdə əsasən öz vəsaiti hesabına mülkiyyət sənədləri olmayan torpaq sahəsini almış, həmin torpaq sahəsində hazırda vəfat etmiş atası və anasının köməkliyi ilə “Yaşıl Dərə” X24 2-ci məhəllə ev 613/A ünvanında yerləşən fərdi yaşayış evini tikmiş və orada həmin tarixdən etibarən yaşamağa başlamışdır. Lakin sonradan cavabdeh bacısı Qanuni nümayəndə qanunsuz olaraq öz ailəsi ilə birlikdə həmin evə daxil olaraq yaşamağa başlamış, iddiaçılar onları çıxartmağa cəhd etsələr də, cavabdehlər onlarla mübahisə edərək onların yaşayış evindən istifadə etmələrinə maneçilik yaratdıqlarından evdən çıxmağa məcbur qalmışdılar. Məhkəmə qeyd edilən işin faktiki halları ilə bağlı Mülki Məcəllənin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüqunu təsdiq edən müvafiq sənədlər olmadan özbaşına tikintinin aparılması, özbaşına tikilmiş yaşayış sahəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarının yaranması əsasları ilə bağlı normaların tələblərini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki məcəlləsi: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin hallarından görünür ki, sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olmamış, lazimi icazələr almadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Buna baxmayaraq, İddiaçı2nın qeyd edilən əmlaka sərəncam vermək hüququ olmasa da, həmin əmlaka faktiki olaraq sahiblik edərək valideynləri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Yəni o, qeyd edilən fərdi yaşayış evinə mülkiyyətçi hüquqları ilə yanaşaraq birgə idarəetməni həyata keçirmişdir. Cavabdehlər iddiaçılarla qohumluq münasibətlərindən istifadə edərək iddiaçıların yaşadığı fərdi yaşayış evinə məcburi şəkildə daxil olaraq, onların sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən istifadə etməsinə maneçilik yaradaraq orada yaşamağa başlamışdılar. Məhkəmə aşağıda qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, cavabdehlərin qeyd edilən əməlləri qanunsuz olmuşdur. Belə ki, Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahilliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 159-cu maddəsinə əsasən əşyaya sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün məhkəməyə iddia verə bilər. Məhkəmə eyni zamanda cavabdehlərin 2013-cü il tarixdən etibarən həmin fərdi yaşayış evində yaşamaları və orada birgə təsərrüfat apardıqları ilə bağlı göstərdiyi sübutlarla bağlı bildirir ki, məhkəmə həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin təqdim etdikləri şahid qismində ifadələrinin alınmasının zəruri olduğu şəxsləri məhkəmə iclasına dəvət edərək izahatlarını almışdır. Əvvəlcə iddiaçı tərəfindən təqdim edilmiş X3 ifadəsi alınmış, o ifadə verərək 1997-ci il tarixdə mübahisəli fərdi yaşayış evinin qardaşı İddiaçı2 şəxsi vəsaiti hesabına tikildiyini, ev tikilib başa çatdıqdan sonra təxminən 1997-ci ilin sonlarından etibarən atası və anasının qardaşı ilə birlikdə həmin fərdi yaşayış evində yaşamağa başladıqlarını, özünün isə həmin vaxt hələ evlənmədiyini, digər subay bacıları Sahibə və Naibə ilə birlikdə atasında məxsus Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən bina evində qaldıqlarını bildirdi. O, 2002-ci il tarixdə bacısı Sahibənin də həmin ərəfələrdə evləndiyini və ərinin evinə köçdüyünü bildirdi. O, Sahibənin ümumiyyətlə “Yaşıl Dərə”də yerləşən fərdi yaşayış evində yaşamadığını, yalnız sonuncu dəfə anasına qarşı zor tətbiq edərək evdən məcbur çıxartdıqdan sonra yaşamağa başladığını qeyd etmişdir. Bundan sonra iddiaçı tərəfindən təklif edilmiş şahid Billurənin əri Faiq Zeynalovun ifadəsi alınmış, o da Billurə Zeynalovla bir məktəbdə oxuduğunu, hələ evlənməmişdən onu və ailə üzvlərini tanıdığını, 1997-ci il tarixdən etibarən qayınatası, qayınanası və qaynı İddiaçı2 “Yaşıl Dərə” adlanan ərazidə tikdikləri fərdi yaşayış evinə köçərək orada yaşadıqlarını bildirdi. Məhkəmə hesab edir ki, Billurə Zeynalova və Faiq Zeynalov evin tikildiyi dövrdə baş vermiş hadisələrin real şahidi olduqlarından, eyni zamanda onların bildirdikləri araşdırma zamanı müəyyən edilən işin faktiki hallarına uyğun olduğundan onların ifadələri iş üçün əhəmiyyət kəsb edən sübut kimi qəbul edilməlidir. Bundan sonra cavabdehlərin təklif etdikləri şahidlərin ifadələrinin alınması təmin edilmişdir. Belə ki, X7 öz ifadəsində bacısı Qanuni nümayəndə uşaqları ilə birlikdə Cavabdeh3 və Məmmdəxanova Zeynəbin ataları Azərin ölümündən bir müddət sonra hal-hazıradək Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamasını bildirdi. O, məhkəmənin suallarına cavab olaraq Qanuni nümayəndə uşaqlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən məktəbə gedib-gəldiklərini bildirdi. Məhkəmə hesab edir ki, Naibə Ağamirzəyevanın verdiyi ifadə sübut kimi qəbul edilə bilməz. Belə ki, Qanuni nümayəndə uşaqlarının Sumqayıt şəhəri, “Yaşıl dərə” X24, 2-ci məhəllə, ev 613/A ərazisində yerləşən evdə yaşamalarına baxmayaraq, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən məktəbə gedibgəlmələri uşaqların yaşı və məsafə uzaqlığı amilləri nəzərə alınmaqla ağlabatan hesab edilə bilməz. Məhkəmə eyni zamanda digər şahid X8 ifadəsini də mötəbər sübut kimi qəbul etməmişdir. Çünki mübahisəli mənzil 1996-ci il tarixdə tikilmiş, təqdim edilən şahid isə 1997-ci il tarixdə anadan olmuşdur. Məhkəmə hesab edir ki, evin tikildiyi zaman şahidin hələ anadan olmaması, sonradan orada kimin faktiki olaraq yaşaması zamanı onun uşaq yaşlarında olması onun qeyd edilən hallarla bağlı bildirdiklərinə heç bir halda inandırıcı məlumat kimi baxıla bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər heç vaxt daimi şəkildə mübahisəli fərdi yaşayış evində yaşamamış, sadəcə olaraq bəzi vaxtlarda həmin evə gedərək iddiaçıların həmin mənzildən istifadə etməsinə maneçilik yaratmışlar. Nəticədə 2023-cü ilin may ayından etibarən iddiaçılar evi tərk etməyə məcbur olmuşdular. Məhkəmə bu qənaətə iş materiallarına əlavə edilmiş sənədlər əsasında gəlmişdir. Belə ki, iddiaçıların təqdim etdiyi fotoşəkillərdən görünür ki, iddiaçılar fərdi yaşayış evindən məcbur çıxdıqdan sonra fərdi yaşayış evinə cavabdehlər nəzarət etməyə başlamış, yaşamasalar da, iddiaçıların həmin mənzildən istifadə etməsinə maneçilik yaratmaq üçün evin giriş daravazasının qapısına qıfıl bağlamışdılar. Həmin fotoşəkillərdən aydın şəkildə görünür ki, günün həm gündüz, həm də gecə saatlarında darvaza qıfılla bağlı olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş 23 saylı Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışda Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2006-cı il tarixdən etibarən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi D/Yol massivi ev 1 mənzil 28-də yaşamağa başladıqları, hal-hazırda da həmin ünvanda yaşamaları ilə bağlı qeydlər edilmişdir. Bütün bunlar deməyə əsas verir ki, cavabdehlər daimi formada qeyd edilən fərdi yaşayış evinə sahiblənərək faktiki olaraq istifadə etməmişdilər. Onlar özbaşına hərəkət etməklə iddiaçıların fərdi yaşayış sahəsindən istifadə etməsinə məhdudiyyət yaratmışdılar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 heç bir qanuni əsas olmadan iddiaçılara məxsus fərdi yaşayış evinə yerləşdiklərindən onların həmin fərdi yaşayış evindən çıxarılması və iddiaçıların həmin yaşayış sahəsinə köçürülməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri “Yaşıl Dərə” X24 2-ci məhəllə ev 613/A ünvanında yerləşən evə köçürülsünlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə) Sumqayıt şəhəri “Yaşıl Dərə” X24 2-ci məhəllə ev 613/A ünvanında yerləşən evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar