Məhkəmə qərarları › İş №2(060)-566/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-566/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-566/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı xx.xx.1954-cü il təvəllüdlü X7 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində dəniz kənarında dincələrkən qəfil ürək tutmasından rəhmətə getmişdir, rəhmət gedərkən ailəsi və övladı olmamışdır. Rəhmətə getdikdən sonra bu barədə müvafiq tibbi arayış alınmamış və Sumqayıt şəhər VVAQ şöbəsindən ölüm haqqında şəhadətnamə üçün yaxın qohumları tərəfindən müraciət edilməmişdir. Qardaşı üçün müxtəlif vaxtlarda hazırda rəhmətə getmiş digər qardaşları ölüm hqqında şəhadətnamə alınması işi həll edəcəklərini planlaşdırsalar da, sonradan onların ölümləri də bu işi yarımçıq qoymuşdur. Təəssüf ki, sonradan bu məsələ uzun müddət unudulmuş və indiyədək ərizəçinin qardaşı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Bu barədə məlumatı təsdiq edəcək arayış ərizəçiyə xx.xx.2021-ci il tarixdə verilmişdir. Ərizəçi həyat yoldaşı rəhmətə getdikdən sonra himayəsində olan iki övladını çətinliklərlə böyütməyə başı qarışdığından və ailəni saxlamaq üçün müxtəlif günəmuzd işlərdə çalışdığından onun da uzun müddət qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün lazımı hüquqi prosedurlara başlamaq imkanı olmamışdır. Yalnız bir müddət öncə bu məsələ ilə məşğul olmaq qərarına gəldikdən sonra bu məsələnin həlli üçün (qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün) hazırki ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qardaşının ölüm faktını təsdiq edəcək tibbi şəhadətnamə və ya bu barədə məhkəmə qətnaməsi olarsa yalnız o halda qeydiyyata alına bilər. Bu səbəblə Maraqlı şəxs tərəfindən ərizəsinin mümkün olmaması bildirilmişdir. Göstərilənlərə əsasən ərizəçinin qardaşı xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.1996-cı ildə ölməsi faktını ölümünün qeydiyyata alınması üçün maraqlı tərəf Maraqlı şəxs tərəfindən hüquqi fakt olaraq tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X4 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, onun ərizəçi ilə həm qohumluq, həm də qonşuluq münasibətləri var. X8 ərizəçinin qardaşıdır. O, 1995-ci il tarixində qardaşının yas mərasimindən sonra dənizə getmiş və orada ürək tutmasından vəfat etmişdir. Həmin vaxt X9 qonşuluqda yaşayırdı. Nizami Məlikovun dəfn və yas mərasimlərində də iştirak etmişdir. Bundan əlavə olaraq qeyd edir ki, mərhum ailə həyatı qurmamışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, onunla qohumluq və qonşuluq münasibətləri var. Ərizəçinin qardaşı Nizami Məlikovu tanıyırdı. Belə ki, o, 1995-ci il 5 avqust tarixində dənizin sahilində olan zaman ürək tutmasından vəfat etmişdir. Nizami Məlikovun dəfn mərasimində iştirak etmişdir. Həmçinin bildirir ki, mərhum ailə həyatı qurmamışdır. Qardaşının vəfat etməsinin 3-cü günündə mərhum Nizami Məlikov da dünyasını dəyişmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09 avqust 2023-cü il tarixli, 3-16-5/8-Ə-3241/15 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli qardaşı X5 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən Ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.

11. İş materiallarında olan Sumqayıt Şəhər Corat Bələdiyyəsi tərəfindən 09 avqust 2023cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1954-cü ildə anadan olmuş X8 xx.xx.1996-cı ildə vəfat etmişdir və Sumqayıt Şəhər Corat Qəbirstanlığında dəfn olunmuşdur.

12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir.

13. İş materiallarında olan olan Sumqayıt şəhər Corat qəsəbə icra nümayəndəliyi tərəfindən 26 avqust 2021-ci il tarixində verilmiş AZ-T № 175731 saylı doğum haqqında şəhadətnamənin təkrarından görünür ki, Məlikova Mehriban Babaqədəş qızı xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X6, anası X2r. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X8 11 iyul 1996-cı il tarixində Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı X5 11 iyul 1996-cı il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 05 avqust 1954-cü il təvəllüdlü X5 11 iyul 1996-cı il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar