Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-573/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Cavabdehlər Sumqayıt Cavabdeh1 Notariat Kontoruna və Cavabdeh2 nümayəndəsi Qanuni nümayəndə, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı «vərəsəlik haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında reyestr qeydinin ləğvi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Cavabdeh1 Notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş, 2V-1123 və 2V-1124 nömrəsi ilə qeydə alınmış 05 oktyabr 2018-ci il tarixli «Qanun üzrə vərəsəlik şəhadətnaməsi»nin verilməsi Sumqayıt Cavabdeh1 Notariat kontoruna həvalə edilməsi, mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən **********80-10301 reyestr nömrəsi ilə aparılmış qeyd (qeydiyyat nömrəsi-**********) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 09.02.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı nümayəndəsi və vəkili X1 ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və işdə olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı cavabdehlər Sumqayıt Cavabdeh1 Notariat Kontoruna və Cavabdeh2 nümayəndəsi Qanuni nümayəndə, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı «vərəsəlik haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında reyestr qeydinin ləğvi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-573/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-573/2021
09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver