Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5755/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Maraqlı şəxs ilə 03 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçıya “Şahbalayeva” soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin sentyabr ayının 03 günündə 2453 № ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 1 övladı var: 16 iyun 2022-ci il təvəllüdlü X4. Ərizəçi “Nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbi ilə bağlı olaraq mediasiyaya müraciət etmiş, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər. İlkin mediasiya sessiyasında tərəflər arasında xx.xx.2025-ci il tarixdə MŞS/MT030/2025/00409 saylı barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə görə birgə nikahdan olan 16 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 01 mart 2025-ci il tarixdən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq 250 manat alimenti Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir, alimenti vaxtlı-vaxtında ödəməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən tərəflər arasında xx.xx.2025-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediatoru Qabil Əsgərovun iştirakı ilə bağlanılmış MŞS/MT030/2025/00409 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 763457 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 16 iyun 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə xx.xx.2025-ci il tarixdə bağlanılmış № MŞS/MT030/2025/00409 saylı barışıq sazişinə əsasən mediasıya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bır tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin (Sumqayıt şəhəri, “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi, xx.xx.2018-ci il, 2453 № ilə qeyd edilmiş, AZ-İİ № 290172) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladı: xx.xx.2022-ci il təvəllüdlü X4 . Doğhaqqında/şəh: AZ-İV № 763457. Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı: xx.xx.2022-ci il təvəllüdlü X6. Uşağın saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) 250 manat alimenti xx.xx.2025-ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın- anası) övladı: xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın- anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladı: xx.xx.2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi “1 bəndi (Mediasıya prosesində - Hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bır tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin Sumqayıt şəhəri “ASAN” xidmət qeydiyyat şöbəsi, xx.xx.2018-ci il 2453 № ilə qeyd edilmiş. AZ-İİ № 290172) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir.
18. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir.
Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı: xx.xx.2022-ci il təvəllüdlü X6. Uşağın saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) 250 manat alimenti xx.xx.2025-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü;
2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın- anası) övladı: xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar;
3. Mediasiya prosesində - Ərizəçi (uşağın- anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladı: xx.xx.2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü; Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva