Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5761/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq hüdudlarının müəyyən edilməsi, özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq hüdudlarının müəyyən edilməsi, özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4307C ünvanında yerləşən, 0,06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, Cavabdeh1 tərəfindən ona məxsus həmin torpaq sahəsinin hüdudlarında aparılmış özbaşına tikilinin-hasarın onun hesabına sökülməsi, Cavabdeh2 ona məxsus həmin torpaq sahəsində tikinti aparılmasına, hasar çəkilməsinə və s. hərəkətlər etməsinə maneə yaratmasının ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 18.06.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 30.06.2021-ci il tarixə, saat 09:50-yə, məhkəmə baxış iclasları isə 17.07.2021-ci il tarixə, saat 15:40-a və 30.07.2021-ci il tarixə, saat 12:30-a təyin olunmuşdur. Lakin tərəflər 30.07.2021-ci il tarixində keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq hüdudlarının müəyyən edilməsi, özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq hüdudlarının müəyyən edilməsi, özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5761/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5761/2021
30.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver