Məhkəmə qərarları › İş №2(060)-58/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-58/2021

07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-58/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş yaşayış evinin tikintisinə sərf edilmiş və evin dəyərini təşkil edən 70 000 manat pulda (əmlakda) olan payının ½ hissədə müəyyən edilərək, 35 000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 30.08.1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahlarıdan 4 övladları anadan olmuş, onların hamısı yetkinlik yaşma çatmışlar. Tərəflər birgə nikah dövründə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi alaraq ora köçmüşlər. Lakin həmin vaxt cavabdeh bu evi qardaşının adına rəsmiləşdirmiş, sonradan qardaşı evi cavabdehə bağışlamışdır. Yaşadıqları ev 1 mərtəbəli və köhnə tikili olduğu üçün təxminən 7-8 il bundan əvvəl fərdi evləri yerləşən torpaq sahəsində cavabdehlə birgə vəsaitləri hesabına 2 mərtəbəli 5 daş kürsülü yeni ev tikməyə başlamış və həmin evə təxminən 70 min manat vəsait xərcləmişlər. Ev demək olar ki, hazırdır, yalnız daxilinin tamamlama işləri qalmışdır. Həmin ərəfədə münasibətləri pisləşdiyi üçün cavabdeh evin tamamlama işlərini dayandırıb. Aralarında olan münasibətlər tam korlandığı üçün cavabdehin iddiası ilə nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Bundan sonra cavabdeh yaşadıqları və birgə nikah dövründə aldıqları evdən kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Həmin ev rəsmi olaraq cavabdehin qardışının adından cavabdehə bağışlandığı üçün bu ev iddiaçı ilə cavabdehin birgə mülkiyyəti sayılmamış və məhkəmə qətnaməsinə əsasən 20 000 manat verilməklə iddiaçının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Evin tikildiyi torpaq sahəsi fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsidir. Həmin torpaq sahəsi cavabdehin qanuni istifadəsindədir və o, həmin torpaq sahəsinin potensial mülkiyyətçisidir. Həmin torpaq sahəsində tikdiyi evə də mülkiyyət hüquqlarını istənilən an qeydiyyatdan keçirə bilər. Lakin son 7-8 ildə tərəflərin münasibətləri korlandığı üçün cavabdeh bilərəkdən həmin evə mülkiyyət hüququnu qeydə aldırmır. Amma həmin evin tikintisinə sərf edilmiş vəsait də tərəflərin birgə mülkiyyəti sayılır. Belə ki, pul da əmlakdır və qazanılmış həmin pulda cavabdehin həyat yoldaşı kimi iddiaçının da ½ hissədə pay hüququ var. Sumqayıt Şəhər Məhkəməsinin 01.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 20.10.2021-ci il tarixində ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, halhazırda iddiaçı yaşayış evlərinin yerləşdiyi torpaq sahəsində cavabdehlə birgə nikahları dövründə tikilmiş və birgə vəsaitləri sərf edilmiş tikilidəki pulunu tələb edir. Tikili birgə nikah dövründə və ailənin vəsaiti hesabına tikildiyi üçün pul iddiaçıya ödənilməlidir. Ekspert rəyində həmin tikilinin müəyyən edilmiş qiyməti ilə iddiaçı razı deyil. Belə ki, iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət vardır. Çünki həmin evin tikintisinə sərf edilmiş vəsait təxminən 70000 manat təşkil edir. Ekspert isə rəyində yalnız müxtəlif rəqəmləri sadalamaqla kifayətlənib və gəldiyi nəticəni əsaslandırmayıb. əgər ekspert məhkəmə iclasına dəvət edilərək dinlənilərsə qeyd edilən məsələlərə aydınlıq gətirilə bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi fərdi yaşayış evi onun qardaşına məxsus olmuşdur. Ailə həyatı qurduqdan sonra onların yaşamağa evləri olmadığı üçün qardaşı həmin evi ona bağışlayıb. İddiaçının hal-hazırda qeyd etdiyi tikili həmin həyətdə yerləşir. O evi fasilələrlə uzun müddətə inşa etmişdir. Ev həqiqətən onların nikahda olduqları dövrdə inşa edilib. Lakin, o iddiaçıya evdən istifadə hüququna xitam verilməsi müqabilində 20000 manat kompensasiya verib. İddiaçı isə yenidən əlavə tikiliyə də sərf edilmiş vəsaiti tələb edir. Həmin tikiliyə isə o, ekspert rəyində müəyyən edilmiş məbləğdən də az vəsait sərf edib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 07.01.1959-cu ildə, cavabdeh isə 02.12.1955-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Cavabdeh hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(060)-857/2019 saylı qətnaməsi ilə tərəflər arasında 30.08.1981-ci il tarixdə Sumqayıt nikah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 602 nömrəli rəsmi nikah qeydiyyatının pozulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikahın pozulması 04.04.2019-cu il tarixli, 100 nömrəli akt ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(060)-5681/2019 saylı qətnaməsi ilə iddiaçının Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23,6-cı keçid, 179/9 saylı fərdi yaşayış evindən istifadə hüququna cavabdeh tərəfindən ona 20 000 manat kompensasiya verməklə xitam verilməsi və iddiaçının həmin evdən çıxarılması qət edilmişdir. "xxxx" MMC-nin təmir bərpa xərclərinin həcmi barədə 17.02.2020-ci il tarixli hesabatında ünvan 5 ünvanında yerləşən torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdiyaşayış evinin 14.02.2020-ci il tarixə tikinti işlərinin həcmi 54 222 manat təşkil etdiyi göstərilmişdir. "xxxx" MMC-nin 24.04.2020-ci il tarixli qiymətləndirmə barədə ekspert rəyində ünvan 5 ünvanında yerləşən və 2010-2012-ci illərdə inşa edilmiş fərdi yaşayış evinin tikintisinə həmin illərin qiymətləri üzrə çəkilən xərclərin dəyəri 18374 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.09.2021-ci il tarixli, 10/3371 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 5 ünvanındakı torpaq sahəsində yerləşən tikilinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri təqribən 38300 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 qardaşı tərəfindən cavabdehə bağışlanmışdır. Bundan sonra tərəflər həmin fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışlar. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh iddiaçıya qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış və iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər ünvan 1 ünvanında əlavə iki mərtəbəli ev inşa edilmişdir. Hal-hazırda iddiaçı həmin tikilinin inşasına sərf edilmiş vəsaititn yarısının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Qeyd edilməlidir ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq mövcud olduğundan tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməlidir. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Göründüyü kimi tərəflər arasında nikah pozulmuş və iddiaçının ünvan 1-dan istfadə hüququna xitam verilmişdir. Qeyd edilən tikili isə cavabdehin mülkiyyətində qalmış və bununla da cavabdeh iddiaçının məhrum olması hesabına əsassız varlanmışdır. Bu səbəbdən həmin tikilinin inşasına sərf edilmiş vəsaitin yarısı cavabdehdən iddiaçının xeyrinə tutumalıdır. Qeyd edilməlidir ki, işdə olan "xxxx" MMC-nin təmir bərpa xərclərinin həcmi barədə hesabatında tikilinin inşasına çəkilmiş xərclər 54 222 manat, "xxxx" MMC-nin rəyində isə 18374 manat müəyyən edilmişdir. Bu səbəbdən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində tikiliyəinin inşasına sərf edilmiş xərclər 38300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin rəy əsas götürülməklə tikilinin inşasına sərf edilmiş xərclərin dəyəri 38300 manat məbləğində müəyyən edilərək, həmin məbləğin yarısı, yəni 19150 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 5 ünvanındakı torpaq sahəsində yerləşən tikilinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri 38300 (otuz səkkiz min üç yüz) manat məbləğində müəyyən edilsin və həmin xərcin yarısı, yəni 19150 (on doqquz min yüz əlli) manat pul, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar