Məhkəmə qərarları › İş №2(060)-5836/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5836/2025

25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5836/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı avtomobilin qaytarılmasına tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mercedes Benz” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehdən alınaraq iddiaçılara saz vəziyyətdə qaytarılması, qaytarılması mümkün olmadıqda 8000 manatın, əldən çıxmış faydaya görə 2000 manatın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəldilən və təmin olunması məhkəmədən xahiş edilən tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdehlərdən yalnız birinə - Cavabdeh qarşı tələb irəli sürülmüşdür. Digər cavabdehlərə qarşı hər hansı bir tələb yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbində “Mercedes Benz” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehdən alınaraq iddiaçılara saz vəziyyətdə qaytarılması məhkəmədən xahiş olunsa da, tələbin hansı cavabdehə qarşı irəli sürülməsi aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar