Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5858/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1972-ci il təvəllüdlü X2 25 avqust 2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1972-ci il təvəllüdlü X5 25 avqust 2000-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir və Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbristanlığmda dəfn olunmuşdur. X5 vəfat etdiyi gün və sonradan barəsində tibbi arayış alınmayıb, buna görə də o, hazırda onun ölümünə dair şəhadətnamə ala bilmir. Bundan ötrü qardaşı xx.xx.1972-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının yoldaşıdır. Həm də qonşudurlar. Ərizəçinin qardaşı Rasim Hüseynov vərəm xəstəliyindən əziyyət çəkirdi. 2000-ci ildə Rasim həmin xəstəlikdən vəfat etdi və mərhum Tağıyev qəsəbəsində dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ərizəçi ilə qonşudurlar. Onunla heç bir qohumluq əlaqəsi yoxdur. 1986-cı ildən Tağıyev qəsəbəsində yaşayır. Firudinin qardaşı vərəm xəstəsi olmuş, bu səbəbdən də 2000-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İ-ЖГ seriyalı 353313 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası Hüseynov Ağacan Nuxi oğlu, anası X1r. AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası Hüseynov Ağacan Nuxi oğlu, anası X1r. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-2524/15 saylı məktubun məzmunundan görünür ki, Ərizəçi X2 ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X11 4 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 197 saylı arayışdan da görünür ki, X5 1972-ci il Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küç, ev 23-də yaşamış, xx.xx.2000-ci il tarixdə 4 saylı VƏD-rin Vərəm menengit şöbəsinə ağır halda qəbul olunub və xx.xx.2000-ci il tarixdə şöbədə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №05/2-8441/13 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X2 ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2464 nömrəli arayışından görünür ki, X5 xx.xx.1972-ci ildə anadan olub, xx.xx.1996-cı ildə F.Qayıbov küçəsi, ev 18, mənzil 19 ünvana pasport qeydiyyatına alınıb, vəfat etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 62 saylı, 13 iyul 2022-ci il tarixli aktdan və qəbr daşı fotoşəkillərdindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2000-ci ildə vəfat etmiş və Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Qəbiristanlğında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş X2 25 avqust 2000-ci il tarixdə vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş X2 25 avqust 2000-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5858/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5858/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver