Məhkəmə qərarları › İş №2(060)-5918/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5918/2022

26.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5918/2022 26.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «barışıq sazişinin təsdiqi tələbinə dair» ərizəsini və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «barışıq sazişinin təsdiqi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə ərizəçinin tələbinin nədə ifadə olunduğu göstərilməmişdir. Halbuki, qanunun göstərişinə görə ərizəçinin tələbi aydın ifadə olunmalıdır. Qeyd olunan halı məhkəmə ərizədə tələbin göstərilməməsi kimi qiymətləndirir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «barışıq sazişinin təsdiqi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar