Məhkəmə qərarları › İş №2(060)-5949/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5949/2024

05.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5949/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bundan sonra bərpası mümkün deyildir. Bu səbəbdən də nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin uşaqların kimin yanında qalması, aliment tələbi və əmlak tələbinə dair cavabdehlə razılıq əldə etmişlər və barışıq sazişi bağlamışlar. Qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilmiş və MŞS/MT030/2024/01659 saylı, xx.xx.2024-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin Saziş ilə müəyyən edilmişdir ki: “1. Mediasiya prosesində - tərəflər İddiaçı və Cavabdeh barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Mediasiya prosesində - İddiaçı və Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anaları İddiaçı yanında yaşamalarına razıdırlar. 3. Mediasiya prosesində - Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 400 manat olmaqla ümumilikdə 800 manat sabit pul məbləğində alimenti cari aydan etibarən hər ayın sonuncu günündən gec olmayaraq İddiaçı ödəmək barədə öhdəlik götürür. 4. Mediasiya prosesində - İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. 5. Cavabdeh mediasiya prosesində qarşılıqlı razılıq əsasında şəxsi mülkiyyətində olan AZ5021, ünvan 1 ünvanında yerləşən 0,3 ha torpaq sahəsi və üzərində yerləşən 238,10 kv.m fərdi yaşayış evini, ünvan 2 ünvanında yerləşən 0,0139 ha torpaq sahəsi və üzərində yerləşən 13 kv.m fərdi yaşayış evini, Xızı şəhəri 0,05 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə keçməsinə dair öhdəlik götürdü.”. Göstərilənlərə əsasən Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2024-01659 nömrəli, 12 avqust 2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onun iştirakı olmadan baxılması və barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Maraqlı şəxs Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işin onun iştirakı olmadan keçirilməsi və barışıq sazişinin təsdiq olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt nikah evi tərəfindən 25 noyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 716940 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1035 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hidayətova soyadı verilmişdir. İşin materiallarında olan AZE № 18876249 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan Xızı şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 238,10 kv.m olan ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV № 873453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 may 2023-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında mediator X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış № MŞS/MT030/2024-01659 saylı barışıq sazişinə əsasən Mediasiya prosesində - tərəflər İddiaçı və Cavabdeh barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. İddiaçı və Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anaları İddiaçı yanında yaşamalarına razıdırlar. Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 400 manat olmaqla ümumilikdə 800 manat sabit pul məbləğində alimenti cari aydan etibarən hər ayın sonuncu günündən gec olmayaraq İddiaçı ödəmək barədə öhdəlik götürür. İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. Cavabdeh mediasiya prosesində qarşılıqlı razılıq əsasında şəxsi mülkiyyətində olan AZ5021, ünvan 1 ünvaninda yerləşən 0,3 ha torpaq sahəsi və üzərində yerləşən 238,10 kv.m fərdi yaşayış evini, ünvan 2 ünvanında yerləşən 0,0139 ha torpaq sahəsi və üzərində yerləşən 13 kv.m fərdi yaşayış evini, Xızı şəhəri 0,05 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə keçməsinə dair öhdəlik götürdü. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi “1. bəndi (İddiaçı və Cavabdeh barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.

1. Tərəflər, yəni İddiaçı və Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anaları İddiaçı yanında yaşamalarına razıdırlar.

2. Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 400 manat olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimenti cari aydan etibarən hər ayın sonuncu günündən gec olmayaraq İddiaçı ödəmək barədə öhdəlik götürür.

3. İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2023-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.

4. Cavabdeh mediasiya prosesində qarşılıqlı razılıq əsasında şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi AZ5021, ünvan 1 ünvanında yerləşən 0,3 ha torpaq sahəsi və üzərində yerləşən 238,10 kv.m fərdi yaşayış evini, ünvan 2 ünvanında yerləşən 0,0139 ha torpaq sahəsi və üzərində yerləşən 13 kv.m fərdi yaşayış evini, Xızı şəhəri 0,05 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə keçməsinə dair öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar