Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5959/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: 2 saylı Sumqayıt Şəhər Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Ərizəçinn nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət etmiş, işin baxılmamış saxlanılmasını və məhkəəməyə təqdim olunmuş sənədlərin geri qaytarılmasını xahiş edilmişdir. Maraqlı şəxs 2 saylı Sumqayıt Şəhər Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti ilə ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, həmin ərizəyə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: 2 saylı Sumqayıt Şəhər Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə “e-Manat” ödəmə sistemi vasitəsi ilə müvafiq olaraq **********43 nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5959/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5959/2024
31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver