Məhkəmə qərarları › İş №2(060)-6042/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6042/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6042/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X2 vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X2 xx.xx.1969-cu ildə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi nənəsi X3 aid olmuşdur. O, 1969-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Nənəsinin yalnız bir övladı- anası X12 olmuşdur. Anası isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Nənəsinin ölümü haqqında şəhadətnamə nə onun tərəfindən, nə də ki anası tərəfindən alınmayıb. Anasının ölümündən sonra sözügedən torpaq sahəsini adına rəsmiləşdirmək üçün nənəsinin ölümünü təsdiq edən şəhadətnamə tələb olunur. Nənəsinin vəfat etməsi faktını İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 169 nömrəli arayış və qəsəbə sakinləri ilə birgə tərtib edilmiş akt əsasında təsdiqləyə bilər. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bu faktın təsdiqlənməsi ona nənəsindən qalan miras evlə bağlı vərəsəlik işi və yararsız hala düşmüş qəbir daşının təmir edilməsi ilə əlaqədar lazımdır. Ərizəşi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Ərizəçi onun baldızıdır. Həmçinin Xoşqədəmin və onun atası uşaqlıqdan dost olublar. Bundan başqa hər ikisi Ağsu rayonundandırlar. Xatırlayır ki, 9-cu sinifdə oxuyan zaman qardaşı dostunun qaynanasının vəziyyətininn ağır olduğunu ona deyərək dostugilə getməli olduğunu bildirmişdir. Həmin vaxt onu da ora aparmışlar. Sonra həmin qadın rəhmətə getmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İ 960320 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1503 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-T 014602 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə cavabdeh X8 xx.xx.1982-ci il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurublar və bu nikah 50 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X2 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Basqal Qəsəbə İƏD üzrə Nümayəndəliyinin 23 iyul 2024-cü il tarixli, 169 nömrəli arayışından görünür ki, X7 1969-cu ildə Sumqayıt şəhərində vəfat etmişdir və İsmayıllı Rayonu Basqal Qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Hazırda həmin qəbir Basqal qəsəbəsində yerləşən “Düzən” qəbirstanlığındadır. İşdə olan AZ 188205 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1936-cı il tarixdə İsmayıllı Rayonu Basqal Qəsəbəsində anadan olmuşdur. X6, anası X4r. İşdə olan nikah haqqında akt qeydindən görünür ki, X10 və X12 xx.xx.1959-cu il tarixdə İsmayıllı Rayon Basqal İcra nümayəndəliyində nikaha girərək ailə qurublar və bu nikah 07 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hüseyinova soyadı verilmişdir. İşdə olan aktdan görünür ki, Ərizəçi anası Zəhra xanımın və nənəsi X1 Rayonu Basqal Qəsəbəsində “Düzən” qəbirstanlığında dəfn olunub və hər ikisinin qəbir daşı yararsız hala düşüb. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin nənəsi X7 xx.xx.1969-cu il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələrivə digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin nənəsi X2 xx.xx.1969-cu il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1969-cu il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar