Məhkəmə qərarları › İş №2(060)-6069/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6069/2022

12.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6069/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-01596 №li barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla Maraqlı şəxs arasında MŞB/5-01596 saylı barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etmir. Belə ki, o, alimenti tam ödəməkdən imtina edir. Halbuki barışıq sazişinin şərtinə görə o, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat alimenti hər ayın sonuncu günündən gec olmayaraq ona (Accessbank QSC-də olan ********** nömrəli bank hesabına) ödəməlidir. Lakin barışıq sazişində nəzərdə tutulmuş müddət tamam olmasına baxmayaraq, artıq bir neçə vaxtdır ki, maraqlı şəxs barışıq sazişini icra etməmiş və öhdəliklərini yerinə yetirməmişdir. Bir neçə dəfə maraqlı şəxsə alimenti barışıq sazişində nəzərdə tutulmuş vaxtda ödəməsini tələb etsə də o, aliment öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən də o, barişiq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs öz izahatında bildirdi ki, ərizəçi ilə birgə yaşadıqlarından o, barışıq sazişinin şərtlərinə əməl etməmiş, aliment öhdəliyini icra etməmişdir. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MŞB/5-01596 №li Barışıq Sazişinə əsasən: “Hər iki tərəf, mediasiya prosesində qarşılıqlı razılıq əldə etdilər ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment müəyyən edilsin. Maraqlı şəxs, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ("xxxx" QSC də olan ********** nömrəli bank hesabına) ödəyəcəyinə dair öhdəlik götürür. Tərəflər arasında xx.xx.2022-ci il təvəllüdlü X1 təhsili, məktəbi və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Tərəflərin bir-birinə qarşı hal-hazırda heç bir əmlak tələbi yoxdur”. № MŞB-5-1596, xx.xx.2022-ci il tarixli Mediasiya prosesinə xitam verilməsinə dair Protokolun məzmunundan görünür ki, tərəflər ilkin mediasıya sesiyasından sonra tam mediasiya sesiyasına keçmək barədə razılığa gəlmiş və "mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə" imzalamışlar. Ərizəçi ilkin mediasiya sessiyasının keçirilməsi üçün "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə müəyyən edilmiş 50 (əlli) manat məbləğində mediasıyaya dair xərci və Mediasiya Təşkilatı tərəfindən müəyyən edilmiş tam mediasiya prosesi ilə əlaqədar 50 (əlli) manat xidmət haqqını ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-01596 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Hər iki tərəf, mediasiya prosesində qarşılıqlı razılıq əldə etdilər ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment müəyyən edilsin. Maraqlı şəxs, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ("xxxx" QSC də olan ********** nömrəli bank hesabına) ödəyəcəyinə dair öhdəlik götürür. Tərəflər arasında xx.xx.2022-ci il təvəllüdlü X1 təhsili, məktəbi və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Tərəflərin bir-birinə qarşı hal-hazırda heç bir əmlak tələbi yoxdur”. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar