Məhkəmə qərarları › İş №2(060)-6097/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6097/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6097/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1945-ci ildə anadan olmuş, 08 aprel 1987-ci ildə ölmüş və Ermənistanın Sisian rayonunun Urud kənd qəbristanlığında dəfn olunmuş atası X6 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X15 iddiaçının atasıdır. Bunu iddiaçının adına 27 noyabr 1975-ci ildə verilmiş İİ-CJİ 034337 №-li “Doğum haqqında şəhadətnamə” və xx.xx.2016-cı ildə Asan-Sumqayıt tərəfindən verilmiş AZE ******** №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Ölən atası ilə anası X9 1974-cü ilin dekabr ayında nikahda olmuşdur. Onların xx.xx.1975-ci ildə Ərizəçi, xx.xx.1977-ci ildə X7, xx.xx.1979-cu ildə X8 və xx.xx.1983-cü ildə X10 anadan olmuşdur. Ölən atası 1945-ci ildə Ermənistan Respublikasının Sisian rayonunun Urud kəndində anadan olmuşdur. Atası T.Qasımov 08 aprel 1987-ci ildə ev şəraitində ölmüş və el adəti ilə RSisian rayonunun Urud kənd qəbirstanlığında dəfn olunmuşdur (xx.xx.2023-cü il tarixli Akt). Ölən atası X6 adına verilmiş “Ölüm haqqında şəhadətnamə” Ermənistanda qalmışdır. Məlum səbəblərə görə həmin sənədin dublikatının alınması mümkün olmamışdır. X2 ölüm haqqında şəhadətnamə ala bilmədikləri üçün anası X4 mülkiyyətində olan mənzili və torpaq sahəsini mülkiyyətlərinə keçirə bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ölüm haqqında şəhadətnamə” almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı tərəf məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisinin oğludur. X3 ilə eyni kənddə yaşamış, qonşu olmuşlar. O, 1987-ci ildə ölmüşdür, Urud kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. 1983-cü il doğumlu olduğu üçün atasının ölümünü xatırlamır. Lakin yaxınlarının dediyinə görə atası X15 1987-ci ildə ölmüş, Urud kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Atası 1987-ci ildə ölmüş, Urud kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-3622/2015 saylı arayışdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyati üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. - 01 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, 1987-ci ildə Ermənistanın Sisian rayonunun Urud kəndində ölmüş X1 Mehriban Fezi qızı ilə 1974-cü ilin dekabr ayında nikahda olmuşdur. Onların xx.xx.1975-ci ildə Ərizəçi, xx.xx.1977-ci ildə X7, xx.xx.1979-cu ildə X8 və xx.xx.1983-cü ildə X10 anadan olmuşdur. Aktı imza edən X18 və Qasımova (Həsənova) Nargilə Vəli qızı ölən şəxsin qardaşının övladlarıdır. X15 1987-ci ildə Sisian rayonunun Urud kəndində dəfn edilmişdir. X6 adına verilmiş ölüm haqqında şəhadətnamə Ermənistandan məcburi çəkildə gələrkən orada qalmışdır. Həmin sənədin dublikatının alınması mümkün deyil. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X15 08 aprel 1947-ci il tarixində ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilsə də, həmin şəhadətnamə ərizəçinin yaşadığı Ermənistanın Sisian rayonunda qalmışdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1945-ci ildə doğulmuş X6 xx.xx.1987-ci il tarixdə Ermənistanın Sisian rayonunun Urud kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar