Məhkəmə qərarları › İş №2(060)-6123/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6123/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6123/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə anadan olmuşdur. X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 25 oktyabr 1989-cu il təvəllüdlü X9 anadan olmuş, 04 noyabr 1989-cu il tarixdə isə vəfat etmişdir. Qeyd edir ki, vəfatından sonra oğlunun ölüm haqqında şəhadətnaməsi alınmamış, ümummiyətlə qeyd olunan sənədin lazım olduğunu bilməmişdir. Qeyd edir ki, həyat yoldaşı X8 29 may 2024-cü il tarixdə vəfat etmiş, vəfatından sonra vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdikdə oğlu X3 da vərəsə kimi göstərildiyi bildirilmişdir. Bu səbəbdən də hazırda oğlunun ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin sənədin verilməsi üçün iş üzrə Maraqlı şəxsnə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. Hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən məhkəmədən 25 oktyabr 1989-cu il təvəllüdlü oğlu – X3 04 noyabr 1989-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ölüm şəhadətnaməsi ona görə lazımdır ki, digər oğlunun adına mirasəmlakı keçirtmək istəyir. 1988-ci il təvəllüdlü Kamil, 1991-ci il təvəllüdlü Şəhla və 1994-cü il təvəllüdlü Araz adlı üç övladı vardır. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X10 izahatında bildirdi ki, ərizəçi müraciət etmiş, tələb olunan sənədləri təqdim etmədiyi üçün imtina vermişlər. Məhkəmə, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi gəlinləridir. Hal-hazırda üç uşaqları vardır. Biri 1989-cu il tarixdə rəhmətə getmişdir. X1r. Xəstəlikdən rəhmətə getmişdir. Səhər eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, 37 yaxud 38 ildir ki, ərizəçi ilə qonşudurlar. 3 övladı vardır. Biri də rəhmətə getmişdir. Oğlu 10 gün sonra vəfat etmiş, Corat qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş 43 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi oğlu xx.xx.1989-cu il təvəllüdlü X9 xx.xx.1989-cu ildə vəfat etmiş və həmin tarixdə Corat Qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 14 iyun 2024-cü il tarixli, 3-16-5/8-Ə-2353/2024 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, AZ-İİ seriyalı, 438668 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 may 2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonunda dəqiqləşdirilməmiş ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06-cı ayının 04-cü günündə 434 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X9 25 oktyabr 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 04 noyabr 1989-cu il tarixdə Maraqlı şəxsndə 5392 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. X2, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Sumqayıt Tibb Mərkəzi” PHŞ Sumqayıt Perinatal Mərkəzi tərəfindən 07 noyabr 2024-cü il tarixli, 229 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, xx.xx.1999-cu il tarixli 37 saylı əmrə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin komplektləşdirmə şöbəsinin rəisi S.S.Əliyevanın həmin idarənin baş mütəxəssisi X.D.Cəfərovanın və Azərbaycan Respublikası Dövlət Arxiv filialının direktoru K.S.Mahmudzadənin iştirakı ilə islah olunmaz dərəcədə korlanmış sənədlərin məhv edilməsi barədə tərtib edilmiş 1 saylı, xx.xx.1999-cu il tarixli akta əsasən bildirmişlər ki, müraciətdə göstərilən 1989-cu il tarixli məlumatlar ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1989-cu il təvəllüdlü X9 04 noyabr 1989-cu il tarixdə vəfat etmişdir. Ərizəçi qızı X3 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1989-cu il təvəllüdlü X3 04 noyabr 1989-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X3 04 noyabr 1989-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar