Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6131/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Behbudovanın sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mərhum babası 1895-ci il təvəllüdlü X1 rayonu, Salmanbəyli kəndində yaşamış və xx.xx.1961-ci il tarixində Salmanbəyli kəndində yaşadığı evdə beyinə qansızmadan vəfat etmişdir. Mərhumun qəbri Ağcabədi rayonu, Rəncbərlər kənd qəbiristanlığında yerləşir.Onun həyat yoldaşı nənəsi X14 20 noyabr 1972-ci il tarixində Ağcabədi rayonu,Salmanbəyli kəndində ürək çatışmamazlığından dünyasını dəyişmişdir.X2 isə xx.xx.2025-ci il tarixində ürək xəstəliklərindən dünyasını dəyişmişdir.O babası X10 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2 saylı Sumqayıt regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş,xx.xx.2025-ci il tarixli arayışda babası X10 barəsində Maraqlı şəxs1 arxivində ölüm aşkar olunmadığı göstərilmişdir.Eyni zamanda arxiv məlumatları Maraqlı şəxs1 və Xocavənd icra nümayəndəliyi üzrə 1958-1963-cü illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmış,”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.Qeyd edilənlərə əsasən məhkəmədən babası 1895-ci il təvəllüdlü X5 xx.xx.1961-ci ildə Ağcabədi rayonu, Salmanbəyli kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək babası 1895-ci il təvəllüdlü X5 xx.xx.1962-ci ildə Ağcabədi rayonu, Salmanbəyli kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, evin vərəsəlik sənədlərini əldə etmək üçün lazımdır.Şahidlər qohumlardır. Maraqlı tərəf 2 saylı Sumqayıt regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf 2 saylı Sumqayıt regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, Mehdi anasının dayısıdır. Ağcabədi rayonu, Salmanbəyli kəndində yaşamış və vəfa etmişdir. 1962-ci ilin qış aylarında vəfat etmişdir.Xəstəlikdən vəfat etmişdir. 2 oğlu, 4 qızı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Mehdi 1962ci ildə qış aylarında vəfat etmişdir. Xəstəliyi yadında deyil. Ciyərinin soyuqlamasından vəfat etmişdir. Gülbəs Xalidin anasıdır. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 327 nömrəli arayışından görünür ki, mərhum X11 xx.xx.2025-ci il tarixə qədər ünvan 1 ünvanında Ərizəçi ilə birlikdə yaşamışdır. İ-ИЕ seriyalı, 308579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. X3,atası isə X6r. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ 3 nömrəli Ailə Sağlamlıq Mərkəzi PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli, 107 nömrəli müraciətə cavabdan görünür ki, Sumqayıt şəhər 3№-li ASM-nin arxivində 1895-ci ildə anadan olmuş və 1961-ci ildə rəhmətə getmiş mərhum X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixli 2 saylı Sumqayıt regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 20 noyabr 1972-ci ildə Ağcabədi rayonu, Salmanbəyli kəndində ölmüşdür. Ölüm haqqında 10 yanvar 1973-cü il tarixli 02 №-li akt qeydi tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli 2 saylı Sumqayıt regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki,X10 barəsində Maraqlı şəxs1 arxivində ölüm aşkar olunmamışdır.Arxiv məlumatları Maraqlı şəxs1 və Xocavənd icra nümayəndəliyi üzrə 1958-1963-cü illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. ”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İ-ИЕ seriyalı, 498914 nömrəli evlilik haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X7 12 noyabr 1967-ci il tarixdə nikahlarını bağlamışlar. AZ-İİ seriyalı,516748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025 ilin 07 ayının 22 günündə 1024 nömrə ilə qeyd edilmişdir. İ-ЖГ seriyalı,443072 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1978 ilin aprel ayının 25 günündə 205 nömrə ilə qeyd edilmişdir. Ağcabədi rayonu Hüsülü bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi babası X10 14 dekabr 1961-ci il tarixində vəfat etmiş və Ağcabədi rayon Rəncbərlər kənd qəbiristanlığında dəfn edilmişdir.Hal-hazırda X5 qəbri Ağcabədi rayonu, Rəncbərlər kənd qəbiristanlığındadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinin sorğuya cavabından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və X5 ölümü barədə akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli müraciətə cavabdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.Məmmədovun ölümü barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi babası 1895-ci il təvəllüdlü X10 14 dekabr 1962-ci il tarixdə vəfat etmişdir. Ərizəçi X5 ölümünün qeydə alınması barədə 2 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən babası X10 barəsində Maraqlı şəxs1 arxivində ölüm haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 1895ci il təvəllüdlü X5 14 dekabr 1962-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1895-ci il təvəllüdlü X5 14 dekabr 1962-ci il tarixdə Ağcabədi rayonu, Salmanbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6131/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6131/2025
29.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver