Məhkəmə qərarları › İş №2(060)-6186/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6186/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6186/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 manat pulun (22068:49.04x1.94=873) İddiaçı1, mənzilin 2.41 kv. metrinə görə artıq almmış 1084.51 manat pulun (37085:82.41x2.41=1084.51) İddiaçı2, mənzilin 3.04 kv.metrinə görə aıtıq alınmış 1398.38 manat pulun (35576:77.34x3.04=1398.38) İddiaçı3, mənzilin 3.54 kv.metrinə görə artıq almmış 1593 manat pulun (22068:49.04x3.54=1593) İddiaçı4, artıq alınmış pulun vaxtında qaytarılmamasma görə illik beş faiz olmaqla 43.65 manat pulun (873 manat x 5% =43.65) İddiaçı1, 54.23 manat pulun (1084.51 manat x 5% = 54.23 manat) İddiaçı2, 69.92 manat pulun (1398.38 manat x 5% =69.92) İddiaçı3, 79.65 manat pulun (1593 manat x 5% =79.65) İddiaçı4, artıq alınmış pulun vaxtında qaytarılmamasma görə Mərkəzi Bankm miiəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 67.66 manat pulun (873 manat x 7.75%=67.66) İddiaçı1, 84.05 manat pulun (1084.51 manat x 7.75% =84.05) İddiaçı2, 108.37 manat pulun (1398.38 manat x 7.75% =108.37) İddiaçı3, 123.46 manat pulun (1593 manat x7.75%=123.46) İddiaçı4, beləliklə, cəmi 984.31 (doqquz yüz wksən dörd manat, otuz bir qəpik) (873+43.65+67.66=984.31) manat pulun İddiaçı1, 1222.79 (min iki yüz iyirmi iki manat, yetmiş doqquz qəpik) (1084.51+54.23+84.05=1222.79) manat pulun İddiaçı2, 1576.67 (min beş yüz yetmiş altı manat, altmış yeddi qəpik), (1398.38+69.92+108.37=1576.67) manat pulun İddiaçı3, 1796.11 (min yeddi yüz doxsan altı manat, on bir qəpik) (1593+79.65+123.46=1796.11) manat pulun İddiaçı4 ödənilməsi, iddianın qiyməti olan 106 manat məbləğində dövlət rüsumunun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfindən tutularaq birdəfəlik qaydada birgə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, onların iddia tələbləri bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblərdir, bu səbəbdən iddiaçıların hər biri ayrıayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçılara, ərizəninin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar