Məhkəmə qərarları › İş №2(060)-6229/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6229/2023

21.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6229/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin Hakimi X1, Ərizəçi Cavabdeh qarşı barışıq sazişinin təstiq edilməsi tələbinə dair barədə ərizəyə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Cavabdeh qarşı barışıq sazişinin təstiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Ərizəçi barışıq sazişinin təstiq edilməsi tələbi barədə ərizə ilə müraciət edərək, barışıq sazişinin 4-cü bəndində qeyd olunmuş 04 fevral 2023-cü il təvəllüdlü X2 ilə uşaq bir yaşına çatana kimi ananın iştirakı ilə hər həftənin şənbə günü 2 saat ərzində, onun yanında qalmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş. Bundan əlavə məhkəməyə ərizə ilə müraciət edərkən, ərizədə Ərizəçi özünü ərizəçi kimi qeyd edilib, digər tərəf isə Cavabdeh kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qanunla nəzərdə tutulmuş formada verilməmiş, iş üzrə ərizənin konkret tələbi dəqiqləşdirilməmişdir (yəni ərizə xüsusi icraat qaydasında və ya ümumi mülki icraat qaydada baxılması) qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən ərizəyə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir, lakin bu barədə sənəd əlavə edilməmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi Cavabdeh qarşı barışıq sazişinin təstiq edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar