Məhkəmə qərarları › İş №2(060)-6243/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6243/2024

19.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6243/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 19 sentyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2023- 02436 nömrəli 06 dekabr 2023-cü il tarixli Barışıq Sazişinin aliment hissəsində təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə cavabdeh Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bu barədə şəhadətnamə də alıb. Lakin uşaqların saxlanılması üçün ataları Maraqlı şəxs alimentlə bağlı razılıq əldə etdikləri üçün mediasiyada barışıq sazişi bağlayıblar. Buna baxmayaraq qarşı tərəf barışıq sazişi bağlanandan sonra alimenti ödəməkdən yayınmışdır və bu gün uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Uşaqların, məktəbi, məktəb ləvazimatların almağa çətinlik çəkir. Bu səbəbdən aliment tələbinə dair maraqlı şəxslə bağlanmış barışıq sazişinin təsdiq edilərək icraya yönəldilməsi zərurəti yaranmışdır. Aliment tələbinə dair müraciət etdiyi üçün qətnamə qəbul edilərkən rüsumun qarşı tərəfdən tutulmasını nəzərə almağı xahiş edir. Qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilmiş və MŞS/MT030/2023-02436 saylı, xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesində - Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs 07 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 50 (əlli) manat aliment ödənişi tələb edir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Azərbaycan Respublikası Sumqayıt şəhər VVADQ şöbəsində xx.xx.2007-ci il tarixində 556 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan MŞS/MT030/2023-02436 saylı, xx.xx.2023-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs və Ərizəçi barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən 29 iyun 2007-ci il tarixdə AZ-İ 322462 nömrəli akt qeydi ilə alınmış nikahın pozulmasına razı olduqlarını, ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsinin məhkəmə müstəvisində həll ediləcəyi, Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi sərbəst şəkildə ataları Maraqlı şəxs ilə görüşmələrinə etiraz etməməsi və buna şərait yaradacağı barədə öhdəlik götürməsi, Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs 07 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 50 manat aliment ödənişi tələb etməsi, Aydınov X3 rayonu, M.Əİəkbərov küçəsi, döngə 1, ev 01 ünvanında yerləşən 2,7 sot həyətyanı ərazisi, 96 kv.m yaşayış sahəsi olan, 3 otaqdan ibarət xüsusi mulkiyyətdə olan mənzilini 10 gün müddətində notarial qaydada Ərizəçi adına keçirməyi öhdəsinə götürməsi, Maraqlı şəxs və Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına dair razılığa gəlmişdirlər. İşdə olan AZ-İ 482593 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan iki övladları doğulmuşdur. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2023-02436 saylı, xx.xx.2023ci il tarixli barışıq Sazişi aşağıdakı hissədə təsdiq edilsin: "Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs 07 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay 50 manat aliment ödənişi tələb edir.” Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar