Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6257/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1005 manat məbləğində əsas borcun və ödənilmiş 31 manat manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhərində fərdi ticarətlə məşğuldur. Cavabdeh ilə Sumqayıt şəhərində yerləşən gözəllik salonlarının birində işləyən ortaq xanım tanışları vasitəsi ilə tanış olmuşdur. Aralarında səmimi münasibət yaranmışdır. Söhbət əsnasında Cavabdeh qızıl alış-verişi ilə məşğul olduğumu bildirmişdir. Cavabdeh müxtəlif vaxtlarda ondan müxtəlif miqdarda qızıl almışdır və vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ondan 1985(min doqquz yüz səksən beş)manat miqdarında qızıl-zinnət əşyası götürmüş, öhdəlik götürdüyü vaxtda ödəniş etməmişdir.Müəyyən zəng və təkidlərdən sonra Cavabdeh müəyyən ödəniş etməyə başlamışdır. Ona olan borcu 1005 (min beş) AZN məbləğə çatanda müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən boyun qaçırtmışdır. Bu səbəbdən aralarında müəyyən narazıçılıqlar yaranmağa başlamışdır. Yaranmış vəziyyətlə bağlı Abşeron RPİ-də belə araşdırılma aparılmış və Cavabdeh barədə inzibati tənbeh tədbiri görülmüşdür. Araşdırma zamanı Cavabdeh izahatında ona olan borcun bir daha yazılı sürətdə təsdiq etmişdir.Aralarında qalan 1005 AZN (min beş manat) borc pulun almaq üçün etdiyi bütün cəhdlər boşa çıxdıqdan sonra işin məhkəmə müstəvisində həllinə qərar vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, 1005 manat borcu qalmışdır və ödəmək istəmir. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Whatsapp mesajlarından görünür ki, cavabdehin iddiaçıya 1005 manat borcu qalmışdır. - MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İddiaçı qarşı psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzinati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı qarşı psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzinati xəta törədilmişdir. - Cavabdeh Abşeron RPİ-nin Saray PB-nin rəisi, polis kapitanı cənab İmran Babayevə yazılmış izahatdan görünür ki, İddiaçı 1005 manat borcu qaldığını etiraf etmişdir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən X1 verilən iltizamdan görünür ki, İddiaçı borclu olduğu 1005 manat pulu xx.xx.2025-ci il tarixinədək borcu qaytaracağına dair söz vermiş və iltizamı pozsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə məsuliyyət daşıyacağı izah olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə qızıl zinət əşyası verilmiş, cavabdeh də öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla 1005 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, tələbinin təsdiqi ilə bağlı hissə üçün hər iki tərəfin inkar etmədikləri hal iddiaçının cavabdehə qızıl verməsidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Cavabdeh iddiaçıdan qızıl almış, onun dəyərini qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1005 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1005 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6257/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6257/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver