Məhkəmə qərarları › İş №2(060)-6333/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6333/2021

08.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6333/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qaynanası Cavabdeh ona məxsus olan cehiz əmlaklarının 2 ədəd çılçıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat +120 manat +25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan - 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat, 1 ədəd maşinka - 43 manat, 1 ədəd Samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat +34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varenya qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə - 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat , 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik- 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət- 40 manat, 1 dəst aşsüzən-12 manat, iynə dəsti - 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən - 10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus- 27 manat, saat- 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal -11 manat, aşsüzən -10 manat, sarımsaqəzən- 5 manat, çörək qabı- 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü-70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə - xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşə - 1700 manat , plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarı - 13 manat naturada və ya onların dəyəri olan 14257 manat pulun, qızıl – zinyət əşyalarının, Kale sep 1200 manat, Komplekt - üzük, sırğa, bilərzik - 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüşü sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük -100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzük - 700 manat və ya ümumi dəyəri 6882 manat və eləcə dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu X14 ilə 08.06.2010-cu il tarixdə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların üç övladı vardır: 24.09.2011-ci il təvəllüdlü X10, 17.07.2014-cü il təvəllüdlü X15 və 19.07.2019-cu il təvəllüdlü X11. O, toydan sonra gəlin kimi ünvan 4-ə müvəqqəti olaraq köçmüş, sonralar qaynatası ilə belə məsləhətləşiblər ki, 76-cı məhəllədə zəbt olunmuş torpaq sahəsində fərdi yaşayış evi tikilsin və o, sonra oraya ailəsi ilə birlikdə ora köçsün. Həyat yoldaşı Paşayev Seymur hərbiçi olduğundan onlar Naxçıvan MR-na getmiş, 2016-cı ildə Naxçıvan MR-dan geri qayıtdıqda həmin fərdi yaşayış evinə köçmüşdürlər. Fərdi yaşayış evi tam təmirsiz olduğu üçün məcbur olub 2018-ci ildə Bankdan 10.000 manat pul götürmüşdürlər. Bu zaman qaynatası - X8 insult keçirtmiş, məcbur olub həmin pulu onun əməliyyatına veriblər. Hal-hazırda da həmin pulu ödəyirlər. Qaynatası ilə qaynanası Cavabdeh ilə 1996-cı ildə rəsmi qaydada boşanıblar. Qaynatası dünyasını dəyişdikdən sonra qaynanası evdə olan iddaçının əmlaklarını çölə tökmüşdür. O, böyük mebelləri götürsə də, digər əmlakları hələ də 9-cu mikrorayon ev 25, mənzil 7-də qalmışdır. Dəfələrlə əşyalarının qaytarılması üçün iddiaçı cavabdeh tərəfə müraciət etsə də, cavabdeh onun cehiz əmlakını verməkdən imtina edir. Həmin əmlakların siyahısı və dəyəri aşağıdakı kimidir. Qızıl-zinət əşyaları: Kale sep 1200 manat, Komplekt -üzük, sırğa, bilərzik- 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüş sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük-100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzük - 700 manat, və ya onların ümumi dəyəri 6882 manat. Cehiz əmlakları: 2 ədəd çil-çıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan - 10 manat, portağal sıxan - 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser -28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat,1 ədəd maşinka - 43 manat, 1 ədəd Samsung telefon - 350 manat,1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel +1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat, 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı- 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, - 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab+2 dəst qənnadı qabı - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə - 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat , 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı – 12 manat, tyorka- 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən - 10 manat , 2 ədəd kauçuk qab - 10 manat, itimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən - 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgəxəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarı - 13 manat naturada və onların dəyəri olan 14257 manatdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 19.08.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, iddiaçı onun oğlu X14 ilə 2010-cu ildə ailə həyatı qurmuş, onlar evlənən zaman onun oğlu hərbçi olmuşdur. Toydan qabaq aralarında belə bir razılaşma olmuşdur ki, toydan sonra bir həftə gənc ailə onlara məxsus olan Sumqayıt şəhər 9-cu mikrorayon, ev 25, mənzil 7-də yaşayar, sonra da oğlunun qulluq etdiyi hərbi hissənin olduğu yerə qayıdıb orada yaşayarlar. Bu səbəbdən də iddiaçı oğlu ilə evlənən vaxt onlar evə hər hansı bir cehiz əmlakı gətirməmişdir. Bundan başqa evdə yaşayış üçün hər bir əşya olmuş, iddiaçının da əmlakının bu evə gətirilməsinə zərurət yox idi. Razılaşdıqları kimi iddiaçı bir neçə gün həyat yoldaşı ilə onların evində yaşadıqdan sonra oğlu xidmət etdiyi Naxçıvan Muxtar Respublikasına getmiş və orada yaşamışlar. İddiaçının iddia tələbində guya fərdi ev tikmək üçün 10000 manat pul götürməsi və sonradan guya ona məxsus olan əşyaları çölə tökməyi, lakin əmlaklarının bir qisminin evdə qalması və qızıl zinət əşyalarının onda qalması ilə bağlı yazdıqlarınm hamısı yalan və böhtandır. O, bir daha bildirir ki, iddiaçıya toyunda alınmış zinət əşyaları daima onda olmuş, o oğlu ilə evləndikdən sonra ayrılana qədər kirayələrdə yaşamış, onun mənzilində nə iddiaçıya məxsus əmlak nə də ona alınmış qızıllar yoxdur. İddiaçı bundan qabaq məhkəmədə onun oğluna qarşı iddia qaldırmaqla mərhum həyat yoldaşının sağlığında avtomobil təmiri məqsədilə ayrılmış qeyri-yaşayış sahəsinə köçürülmə barədə iddia qaldırmış və həmin iddia tələbində guya qeyd edilən tikilidə yaşaması barədə saxta arayışı da məhkəməyə təqdim etmişdir. Məhkəmə də həmin sahəyə xidmət etməyən 5 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışa istinad edərək onun həmin tikiliyə köçürülməsi barədə qətnamə çıxarmışdır. Hazırki iddia tələbində isə o, fərdi yaşayış evində yaşamadığnı, həmin evə köçmədiyini bildirməklə guya ona məxsus olan evə cehiz əmlakları gətirdiyini və guya həmin əmlakları da ona məxsus olan evdə olduğunu iddia etmişdir. Bütün bu ziddiyətlər bir daha onu sübut edir ki, iddiaçının iddia tələbi ona qarşı atılan şər və böhtandan başqa bir şey deyildir. İddiaçı həmin iddia ərizəsində heç bir vaxt mövcud olmayan və iddiaçı tərəfindən alınaraq onun evinə gətirilməyən əşyaları iddia etmişdir. Görünür, bu yolla iddiaçı ondan pul qoparmaq qərarına gəlmişdir. Belə hesab edir ki, qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Qızıl zinət əşyalarına gəldikdə isə iddiaçı həmin siyahıda da həddən artıq şişirtməyə yol vermiş, tərəflərindən alınmayan sayda, çəkidə və çeşiddə qızıl zinət əşyalarının ondan alınmasını iddia etmişdir. Halbuki ona toyunda hədiyyə edilmiş qızıl zinət əşyaları toy şəklindən də görünür, iddiaçı 2010-cu ildə bir neçə gün onun evində qaldıqdan sonra gedərkən həmin qızılları da özü ilə aparmışdır. Əgər o qızıllar onda idisə niyə bu 11 il ərzində bu qızılları və əmlakları ondan tələb etməmişdir, yalnız oğlu ilə boşandıqdan sonra onlara qarşı bu cür iddialarla çıxış etmişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində onu iddiaçı ilə bir ailə kimi 76-cı məhəllədə yaşadıqları göstərilsə də, həmin yerlər qeyri-yaşayış obyektidir. O, İddiaçı ilə 2010-cu ildə ailə həyatı qurmuşdur. 2016-cı ildə Naxçıvana getmişdir. Naxçıvanda onlara yaşamaq üçün ev verilmiş və o bundan sonra ev əşyaları almışdır. Qeyd olunan müddətdə iddiaçı dayısı ilə yaşamışdır. Daha sonra şəhərə qayıtmışlar, iddiaçının atası kirayədə qalmamaq üçün Novxanıda olan evlərində qalmağı təklif etmişdir. Onlar Naxçıvanda yerləşən mənzildəki əşyaları Novxanıdakı mənzilə gətirmişlər. Qızılların hamısı iddiaçıdadır. Boşanmazdan əvvəl axırıncı dəfə Novxanıda yaşamışlar. Təqdim olunan siyahıda qeyd olunan əmlaklar həmin mənzildədir. O, boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda da 600 manat aliment ödəyir. Cavabdeh əlavə olaraq bildirdi ki, iddiaçı toy günü atasının evi onun adına keçirəcəyi ilə bağlı sövdələşdiyini qeyd edir, lakin bildirir ki, atası toyda iştirak etməyib və nəticə etibarilə heç bir sövdələşmə baş verməmişdir. Bir daha qeyd edir ki, iddiaçı cehiz olaraq heç nə gətirməyib, evdəki bütün əmlak ona məxsus olub. Toy gününə aid şəkildəki ünvanın hara olduğunu bilmir, ola bilsin ki, həmin mebellər iddiaçının anasının evindəkilərdir. Hərbçi olduğu üçün yaddaşı ilə bağlı müəyyən problemlər yaşamış və ona görə də hadisələri dəqiq xatırlamır. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Ülviyyə anası həkim kimi onun yoldaşını müalicə edib. Bu səbəbdən həmin ailəni tanıyır. Bir dəfə Ülviyyənin anası ondan qızına veriləcək cehiz əşyalarının qablaşdırılması üçün bir nəfər tapmasını xahiş etmişdir. O, isə bu işləri özü də görə biləcəyini bildirmişdir. Ülviyyənin ata nənəsi ilə bütün cehiz əşyalarını qablaşdırmış və cehizləri bir-bir öz əli ilə qutulara yığmışdır. Təxminən 100dən çox qutu olmuşdur. Həmin əşyaları Şərq bazarının yaxınlığındakı 25 nömrəli binaya daşımışdır. Cehiz əşyaları daşıyarkən o, mebelləri görməmişdir. Mebellərin birdəfəlik mağaza tərəfindən mənzilə göndəriləcəyi deyilmişdir. O, özü şəxsən 3 xalça və pərdə qablaşdırmışdır. Cehizləri mənzildə yerləşdirməyə cavabdeh icazə verməmişdir. Bütün əşyaları özlərinin yığacağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 bildirdi ki, o ustadır, Qapı sexində işləyir. İddiaçının atasını tanıyır. Təxminən 9-10 il bundan qabaq iddiaçının atası ona yaxınlaşaraq qızının gəlin gedəcəyi evə əşyalar daşıması üçün ona fəhlə kimi maşını ilə kömək etməsini bildirmişdir. O əmlakları maşınına yükləmiş və Şərq bazarının yaxınlığındakı 25 nömrəli binanın həyətinə boşaltmışdır. Nə qədər qutu olduğunu xatırlamır. Qutuların içində nə olduğunu da bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, o, 1992-ci ildə 25-ci binaya köçmüşdür. Həmin vaxtdan Xuramanı qonşu kimi tanıyır. O, Xuramanla bir yerdə işləyir. Ülviyyə gəlin kimi Xuramanın yaşadığı evə gəlməyib. Yalnız toydan sonra gəlmiş, 2- 3 gün qonaq kimi qaldıqdan sonra getmişdir. Ülviyyə Xuramanın evinə cehiz gətirməyib. O, toy günü rayonda olduğundan toyda iştirak edə bilməmişdir. Lakin onun həyat yoldaşı toyda iştirak etmişdir. O, Xuramanla çox yaxın olduğundan bütün bu işlərdən xəbədardır. Ülviyyə əri Seymur ilə birlikdə toydan sonra Naxçıvana getmiş, daha sonra Novxanıda atasına məxsus evdə yaşamışdır. Naxçıvandan qayıtdıqdan sonra Ülviyyə Xuramana məxsus evdə qonaq kimi qalıb sonra orada daimi yaşaya bilməyəcəyini deyib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, O, Sumqayıt şəhəri, məhəllə 76 ünvanında yaşayır. O, Xuramanı və onun ərini tanıyır. Lakin Ülviyyəni tanımır. Sumqayıt şəhəri, məhəllə 76 ünvanında olan obyekt sex kimi fəaliyyətdə idi. Xuraman əri ilə bilikdə həmin sexdə işləyirdi. Həmin obyektdə yaşamaq üçün heç bir şərait yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, o, Xuramanı tanıyır. Onunla həm qonşudur, həm də bir yerdə işləyirlər. O, Ülviyyəni Xuramanın gəlini kimi tanıyır. Ülviyyəni Xuramanla birlikdə olduğu vaxt görmüş və tanımışdır. Xuramanın 76-cı məhəllədə yarımçıq və şəraitsiz bir obyektinin olduğunu bilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 477 nömrəli,06.07.2021-ci il tarixli arayışdan görünür ki, Paşayeva Xuram Qasım qızı ünvan 2 ünvanında yaşayır. İş materiallarınada ünvan 310.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X12 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı övladları 24.09.2011-ci il təvəllüdlü X10, 17.07.2014-cü il təvəllüdlü X15 və 19.07.2019-cu il təvəllülü X11 ilə birlikdə Sumqayıt şəhəri, məhəllə üzrə 5 saylı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X12 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X5 05.05.2020-ci il tarixdən başalayaraq hər ay hər uşaq 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb 24.09.2011-ci il təvəllüdlü X10, 17.07.2014-cü il təvəllüdlü X15 və 19.07.2019-cu il təvəllülü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilsin. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-397/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, X14 ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah Evində bağlanmış 08.06.2010-cu il tarixli 346 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 24.09.2011-ci il təvəllüdlü X10, 17.07.2014-cü il təvəllüdlü X15 və 19.07.2019-cu il təvəllülü X3 İddiaçı yanında qalması müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər birgə nikaha daxil olmuş, onlar nikaha daxil olarkən azərbaycan el adət-ənənəsinə uyğun olaraq iddiaçıya valideynləri tərəfindən cehiz əmlak hədiyyə edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş şahid ifadələrindən, foto və video lentdən görünür ki, tərəflərin toy günü iddiaçıya məxsus cehiz əmlak cavabdehə məxsus ünvan 4 ünvanında olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin özünün toy günü harada olması, toy mərasiminə getmək üçün hansı mənzildən çıxmasını bilməməsi barədə izahatını inandırıcı hesab etmir və öz etiraz və tələblərinin müdafiəsi kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, cehiz hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə isə təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı qızıl zinət əşyaları hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində qızılları əvvəllər özü ilə götürdüyünü, uşaqları anadan olarkən isə yenidən cavabdehə saxlamaq üçün verdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyaları hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni həqiqətən qızıllarını cavabdehə verdiyini və qızılların onda qaldığını sübut edə bilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 20 manatı cavabdehdən tutulmalı, 10 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2 ədəd çil-çıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan - 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat ,1 ədəd maşinka - 43 manat, 1 ədəd samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə - 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat, 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən -10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən - 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə - xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarından (13 manat) ibarət cehiz əmlakları naturada, olmadığı təqdirdə isə onların dəyəri olan 14257 (on dörd min iki yüz əlli yeddi) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh Kale sep 1200 manat, Komplekt -üzük, sırğa, bilərzik - 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüşü sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük -100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzükdən (700 manat) ibarət qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri 6882 manat pulun alınıb İddiaçı verilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar