Məhkəmə qərarları › İş №2(060)-6341/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6341/2021

09.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6341/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən aralarında olmuş razılaşmaya əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2-də yerləşən mebel mağazasının 70000 manat məbləğində təhvil-təslim və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun və onu aldatdıqları üçün 10000 manat məbləğində pulun mənəvi ziyana görə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında olmuş razılaşmaya əsasən, Cavabdeh1 ona məxsus olan Sumqayıt şəhəri, 11 mikrorayon, ev 2də yerləşən mebel mağazasının 70 000 manat müqabilində geri qaytarmağa söz vermişdir. Belə ki, 2011-ci il 16 mart tarixində Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2-də ona məxsus mebel mağazasını girov qoymuşdur. Daha sonradan məhkəmə sənədlərində məlum olub ki, 18.03.2011-ci ildə ən yaxın tanışları olan bank işçisi X1 onlara köməklik edərək, 52500 dollar pul verib. Götürülən pulun ona aidiyyatı olmadığı halda girovu bank tərəfindən dəyərindən qat-qat aşağı qiymətə - 44625 manata alınıb. Sonradan iddiaçıya məlum olub ki, 01 fevral 2018-ci il tarixində "xxxx" KB ASC ilə Cavabdeh2 arasında alqısatqı müqaviləsi olmuşdur. Müqavilədə iddiaçının əmlakının 60.000 manata satılması göstərilmişdir. Ona qalıq pul ödənilməmişdir. Müəyyən müddət keçdikdən sonra məlum olub ki, onun əmlakı icarəyə verilərək ticarət obyekti kimi fəaliyyət göstərir. Bununla bağlı o, digər Cavabdeh2 ilə tanış olmaq istəmişdir. Daha sonra iddiaçı Sərvəri tapıb dələduzların onu aldatdıqlarını bildirmişdir. Sərvər isə bu işdən xəbəri olmadığını onun obyektinin bankda problemli olduğunu bilmədiyini bildirmiş və 70000 manat müqabilində mağazanı geri qaytarmağa söz vermişdir. 21 noyabr 2019-cu il tarixində cənab X3 Sumqayıta səfəri zamanı şəxsən təqdim etdiyi məktubda bu işlə bağlı ona kömək etməyini xahiş etmişdir. 22 noyabr 2019-cu ildə Prezident Administrasiyasından telefonla əlaqə saxlayaraq ona bildirdilər ki, bu işlə bağlı Maliyyə bazarına Nəzarət palatası köməklik göstərəcək. 27 noyabr 2019-cu ildə palataya dəvət olunmuşdur. Palatada ona bildiriblər ki, obyekti alan şəxslərin iştirakı mütləqdir. O, Cavabdeh1la görüşüb məsələni danışdıqdan sonra cavabdeh, bu işdə yalnız makler kimi fəaliyyət göstərdiyini bildirərək əsas şəxsin digər Cavabdeh2 olduğunu, lakin onun Avropada yaşadığını, dekabrın 31-i gələcəyini bildirib. Cavabdeh1 pulu depozitə yatırmağı təklif etib. Vəd verdiyi tarixdə digər Cavabdeh2 gəlməyib. Daha sonra Sərvər fevral ayında gələcəyini bildirib. Fevral ayında da gəlmədiyini gördükdə o, Sərvərdən Xəlilin telefon nömrəsini istədikdə evdə blaknotda olduğunu baxıb söyləyəcəyini deyib. Bundan sonra Sərvər onun heç bir telefonuna cavab verməyib. Cavabdehlər hər dəfə onu get-gələ salaraq müxtəlif bəhanələrlə öz üzərlərinə düşən öhdəliyi icra etmirlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.1 kv/m qeyri-yaşayış sahəsini mülkiyyətçisi "xxxx" KB ASC 01 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60000 manata Cavabdeh2 satmışdır. Hazırda həmin obyekt Cavabdeh2 məxsusdur. "xxxx" KB ASC Cavabdeh2 həmin obyekti satana kimi “Soliton” firmasına icarəyə vermişdi. Xəlil oranı alandan sonra da, təmirçilər orada işləməyə davam etdilər. Bir ildən sonra icarədar obyektin təyinatını dəyişib mebel dükanı etdi. Məhz bundan sonra həmin bu adam peyda oldu və kimlərinsə vasitəsi ilə Cavabdeh1 xəbər göndərməyə başladı ki, bankın əməkdaşları ona qarşı haqsızlıq dələduzluq ediblər sənin qohumun da bilə-bilə ki, bu əmlak kiminsə əmlakı olub və borc öhdəliyinə görə əlindən alınıb gərək o, bu əmlakı almayaydı. Sonradan dolayısı ilə Cavabdeh1 çatdırıb ki, halallıq üçün Cavabdeh2 de ki, mənə 10000 manat pul versin. Cavabdeh1 bu adama izah edib ki, Cavabdeh2 burada vicdanlı alıcı kimi iştirak edib. Cavabdeh1 bu mübahisəli əmlakın əvvəki sahibi barədə yəni, iddiaçı barədə məlumatı tanışı vəkil Polad Məhərrəmov vasitəsi ilə bilib. Belə ki, iddiaçı hüquqlarının müdafiə olunması məqsədi ilə ona müraciət etmiş, o da Cavabdeh1 tanıdığını bildirmişdir. Polad müəllim onları görüşdürəndə o, deyib ki, qohumun Xəlilin aldığı daşınmaz əmlak əvvəl iddiaçının olub. İddiaçının istədiyi odur ki, Cavabdeh2 əmlakı hərrac yolu ilə ucuz qiymətə aldığı üçün, indiki mülkiyyətçidən 10000 manat pul alsın. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, dələduzlar tərəfindən aldadılaraq ipoteka ilə bağlı sənədləri imzalamış və bu səbəbdən ona məxsus olmuş mağaza hərrac yolu ilə əlindən alınaraq "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra isə bank onun mağazasını Cavabdeh2 satmışdır. Mağazanı geri almaq üçün Cavabdeh1la danışmış, Cavabdeh1 isə ona mağazanın əsas sahibinin Cavabdeh2 olduğunu bildirmişdir. Cavabdeh1 70 000 manat müqabilində obyekti geri qaytarmağa söz vermişdir. O, bununla bağlı dövlət xətti ilə vəsait əldə etmişdir. Lakin, bundan sonra Cavabdeh1 verdiyi sözə əməl etməyərək onu aldatmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddiaçı ilə cəmi bir dəfə görüşmüşdür. İddiaçı obyektin geri qaytarılmasını xahiş edəndə iddiaçıya bildirib ki, obyektin sahibi o deyil, bununla bağlı obyektin sahibi olan Cavabdeh2 məlumat verər. Lakin, iddiaçıya 70 000 manat müqabilində obyektin qaytarılacağı barədə heç bir söz verməyib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclası barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən məyyən olunur ki, iddiaçı xx.xx.1970-cı ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1962-ci ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 oğlu isə 18.02.1965-ci ildə anadan olmuş, Şəki rayonu, Oxund kəndində qeydiyyatdadır. İş üzrə tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilmiş və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair 23.12.2016-cı il tarixli protokola əsasən qeyri-yaşayış sahəsi "xxxx" Kommersiya Bankı ASC Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 ünvanda yerləşən ümumi sahəsi 93,1 kvadrat metrdən ibarət 8 saylı qeyri-yaşayış sahəsini 44625 manata almışdır. Daşınmaz əmlakın alqı-satqısı haqqında 01.02.2018-ci il tarixli müqaviləyə "xxxx" Kommersiya Bankı ASC Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2-də yerləşən mebel mağazasını 60 000 manata Cavabdeh2 satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, b.2, sahə 8 05.02.2018-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə qeyd edilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Hazırkı iş üzrə iddiaçı əvvəllər ona məxsus olmuş və hal-hazırda Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona 70 000 manat pul qarşılığında qaytarılması üçün Cavabdeh1la razılığa gəldiyini, lakin Cavabdeh1 verdiyi vədə əməl etməyərək obyekti ona qaytarmadığını bildirir və ona dəymiş maddi və mənəvi ziyanın cavabdehlərdən tutulmasını xahiş edir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İddiaçı Cavabdeh1 qeyri-yaşayış sahəsini ona 70 000 manat müqabilində qaytaracağına söz verdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bununla bağlı hər hansı müqavilə mövcud deyildir. Eyni zamanda Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmadığı üçün iddiaçı ilə həmin obyektin qaytarılması üçün hər hansı razılığa gələ bilməzdi. Digər cavabehə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının öz bildirdiklərindən də görünür ki, o Cavabdeh2la görüşməmiş və həmin qeyri-yaşayış sahəsi ilə bağlı aralarında hansısa danışıq olmamışdır. Bu səbəbdən iddiaçının Cavabdeh2 maddi və mənəvi ziyanla bağlı hər hansı məbləğ tələb etməsi qanuni sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı cavabdehlərdən maddi ziyana görə 7000 manatın, mənəvi ziyana görə 100 000 manatın onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar