Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6342/2025 12.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, atası Mürsəlov Mirağa Əlbəndə oğlu 1935-ci ildə anadan olmuş, 1996-cı ildə vəfat etmişdir.O,Corat qəsəbə ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir. İndiyə qədər atasının ölüm haqqında şəhadətnaməsini almamışdırlar. Sumqayıt şəhər Qeydiyyat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundanda görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar edilməmişdir. Qeyd edir ki,Corat qəsəbəsi ev 529 ünvanı mərhum atasının adınadır.Hazırda həmin ünvanda o, ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı 1963-cü ildə anadan olmuş və 2024-cü ildə vəfat etmişdir. Sənədlərin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından o, vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir.Buna görə də məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Qeyd edilənlərə əsasən məhkəmədən 1935-ci il təvəllüdlü atası Mürsəlov Mirağa Əlbəndə oğlunun 1996-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki,evin sənədləşdirilməsi üçün ölüm şəhadətnaməsi lazımdır. Əmisi oğlu və qardaşı şahiddir. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, qonşudurlar. 60 yaşı var.Mirağa 1996-cı ildə xərçəng xəstəliyindən rəhmətə getmişdir.Ev şəraitində rəhmətə getmişdir. Həkimə getməmişdir. 1996-cı ilin yay aylarında rəhmətə getmişdir.Corat qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Mirağa əmisidir. 1996-cı ildə rəhmətə getmişdir.Boğazında şiş əmələ gəlmişdir.Yaşlı idi.Xərçəng olduğunu bilə-bilə həkimə getməmişdir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 04 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-M-3188/2025 nömrəli məktuba cavabdan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən olümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən Ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil. 04 sentyabr 2025-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 18 avqust 1968-ci ildə Sumqayıt şəhərində Corat qəsəbəsində anadan olmuşdur.Bu barədə 30 avqust 1968-ci il tarixdə Maraqlı şəxsndə 89 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.Atası Mürsəlov Mirağa Əlibəndə oğlu,anası X5r. AZ-İİ seriyalı, 419174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024 ilin 03 ayının 27 günündə 503 nömrə ilə qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri,Corat qəsəbəsi,529 nömrəli evdə yaşayır. Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası xx.xx.1935-ci il təvəllüdlü Mürsəlov Mirağa Əlibəndə oğlu xx.xx.1996-cı ildə vəfat etmiş və həmin tarixdə Corat qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası TƏBİB PHŞ Sumqayıt Tibb Mərkəzi X11 Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli, 171 nömrəli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi dediyinə görə xx.xx.1935 ci il təvəllüdlü Mürsəlov Mirağa Əlibəndə oğlu xx.xx.1996-cı ildə vəfat etmişdir. 1996-cı il tarixində 5 nömrəli ASM-in Fəaliyyəti olmadığına görə bu vətəndaşa ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi atası xx.xx.1935-ci il təvəllüdlü Mürsəlov Mirağa Əlibəndə oğlu xx.xx.1996-cı ildə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etmişdir. Ərizəçi atası Mürsəlov Mirağa Əlibəndə oğlunun ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1935-ci il təvəllüdlü Mürsəlov Mirağa Əlibəndə oğlunun 25 iyul 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü Mürsəlov Mirağa Əlibəndə oğlunun 25 iyul 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6342/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6342/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver