Məhkəmə qərarları › İş №2(060)-6384/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6384/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6384/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi və vəkili Vəkil iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası - xx.xx.1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSR-nin Yadrin rayonunun Streletskaya kəndində) anadan olmuş X1 - xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Onun doğumu xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyat Şöbəsi tərəfindən 222 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o, doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. 2006-cı ildə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksinin birinci sinfinə getmiş və 2011-ci ilə kimi həmin təhsil müəssisəsində təhsil almışdır. Həmin vaxtdan sonra təhsilini davam etdirməmişdir. Ondan sonra müxtəlif avtomobil yuma məntəqələrində çalışmağa başlamışdır. Daha sonra pərakəndə gül satışı ilə məşğul olmuşdur. Hazırda fərdi əməklə məşğuldur. Anası - X8 xx.xx.1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSR-nin Yadrin rayonunun Streletskaya kəndində) anadan olub. O, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası Qay şəhər X16 tərəfindən Xİ-RJ (РЖ) seriyalı, 650121 nömrəli pasportla təmin edilib. Lakin anasının Rusiya Federasiyasının vətəndaşı olub-olmaması barədə məlumatı yoxdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər Rusiya Federasiyası, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi döngə ev 9, mənzil 6 ünvanında yaşayış üzıə qeydiyyatda olub və Orenburq vilayətinin Qay şəhər Məhkəməsinin 2- 46/2014 nömrəli qərarı ilə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb. xx.xx.2016-cı il tarixdə anam Azərbaycan Respublikasının Bakı səhərində vəfat edib. Vəfat edən zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmayıb. X20 Andrev (X18) adlı şəxsdir. Valideynləri Bakı şəhərində tanış olub evləniblər, Lakin nikaha daxil olmayıblar. Onun doğumunun qeydə alınan zaman atalığını müəyyən edilməyib və atası barədə məlumatlar anasının verdiyi şifahi məlumatlar əsasında yazılıb. Ona görə də onun doğum haqqında şəhadətnaməsində atasının soyadı “Şatayev” kimi qeyd edilib. Anası onun rəsmi olaraq yeganə valideynidir. Doğulduqdan sonra uzun müddət anası, atası və bacısı Şatayeva Alekslə birlikdə Bakı şəhəri Səbail rayonunun ərazisində Murtuza Muxtarov (əvvəlki Poluxin küçəsi 25) küçəsində yaşamışlar. xx.xx.2001-ci il tarixdə anası Xaçmaz rayon Məhkəməsinin hökmünə əsasən AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilərək, azadlıqdan məhrum etmə cəzası 2 il 6 aydan 4 ilə artırılmış və anasına 3 il sınaq müddəti təyin edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, təyin edilmiş sınaq müddəti ləğv edilmiş və anası 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2004-cü il tarixdən hesablanmışdır. 2004-cü ildə anası azadlıqdan məhrum edildikdən bir müddət sonra atası onları tərk etmişdir. Bundan sonra onlar (o və bacısı) X10 himayəsində yaşamağa başlamışlar. xx.xx.2008-ci il tarixdə anası cəza müddətinin bitməsinə görə azad olunmuşdur. Lakin 2008-ci ilin noyabr ayından o, X9 adlı şəxslə tanış olaraq onunla birlikdə yaşamağa başlamışdır. Anası onlara maddi dəstək göstərsə də, onların tərbiyələrində iştirak etməyib. Buna görə də o, Bakı şəhərində valideyn himayəsindən kənar böyümüşdür. Anası alkoqolizmdən əziyyət çəkirdi, bu səbəbdən də onun sağlamlığında ciddi problem yaranmışdı. O, səhhətində yaranan problem səbəbindən (qaraciyər çatmamazlığı) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat edib. Həmin vaxt anası Bakı şəhəri Nərimanov rayonunun ərazisində yaşayırdı. Anası vəfat edən zaman onun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə onu Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna dəvət etdilər və ondan anası ilə bağlı izahat aldılar. Həmin vaxt o, ölən şəxsin anası olduğunu təsdiq etmişdir. Artıq onun 25 yaşım var, lakin şəxsiyyətini və hər hansı bir ölkəyə mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyrimüəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda o, vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilib şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün anası X1 ölüm haqqında şəhadətnaməsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunması lazımdır. Anası X1 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün isə onun ölüm faktının qeydə alınması lazımdır. Ölən zaman şəxsiyyətini təsdiq edən sənədi olmadığından onlara anası X1 ölüm faktını təsdiq edən sənəd - ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün o, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində nəzərdə tutulan sənədi ölüm haqqında tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmir. Bu səbəbdən də onun ölümünün dövlət qeydiyyatına alınması mümkün olmur. Ona görə də xx.xx.1969cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSR-nin Yadrin rayonunun Streletskaya kəndində) anadan olmuş, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş anam X4 ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X17 bildirdi ki, ərizəçi qardaşıdır. Anaları rəhmətə gedəndə o, 9cu sinifdə oxuyurdu. Hazırda qardaşına sənəd lazım olduğu üçün analarının ölüm haqqında şəhadətnaməsinin alınması ehtiyac vardır. Məhkəmədə şahid X2 bildirdi ki, ərizəçi onların həyətində kirayədə yaşayıblar. Ərizəçi sənədlərini itirdiyi üçün hazırda anası üçün ölüm haqqında şəhadətnamə ala bilmir. Ərizəçinin anası haqqında məlumatları ərizəçinin özündən məlumat almışdır. Məhkəmədə şahid X7 bildirmişdir ki, 1998-ci ildə o, ərizəçinin anası ilə qonşu olmuşdur. X5 şəxsən tanıyırdı. Ərizəçinin anasının ölməsindən 2017-ci ildə məlumatı olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, anası X1 ölümünü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X11” Publik hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Birliyin Nərimanov rayon şöbəsinə xx.xx.2016-cı il tarixdə Nərimanov rayon Prokurorunun köməkçisi Elşən Məmmədovun qərarı ilə naməlum qadın cinsli meyit kimi daxil olmuş və sonradan istintaq yolu ilə həmin meyitin Rusiya Federasiyasının Orenburq vilayətinin Qay şəhərində anadan olmuş, milliyətcə rus X3ması müəyyən edilmişdir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi onun şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığından elektron formada tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov rayon prokurorluğunun Ərizəçi ünvanladığı məktubdan görünür ki, 09 noyabr 2016-cı il tarixdə X6 vəfat etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə gedilərək baxış keçirilmiş və ölümün səbəbinin dəqiqləşdirilməs üçün sonuncunun meyiti “MTE və PA Birliyi” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinə göndərilmişdir. X1 meyiti müayinə olunduqdan sonra 19 noyabr 2016-cı il tarixdə Dəfn bürosu tərəfindən “MTE və PA Birliyi” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsində olan meyitlərin qeydiyyat jurnalına imza atılaraq götürülmüş və “Hövsan” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İİİ № 459408 saylı, xx.xx.2014-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Bakı şəhərində dogulmuş, ata qrafasında-X19, ana qrafasında X8 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X1 4 saylı cəzaçəkmə müəssisəsindən (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən, AR CM-nin 263.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş, AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, məhrum etmə cəzası 4 ilə artırılmış və 3 il sınaq müddəti təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, təyin edilmiş sınaq müddəti ləğv edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir, cəzasının əvvəli xx.xx.2004-cü il, cəzasının sonu xx.xx.2008-ci il) xx.xx.2008-ci il tarixdə cəza müddətinin qurtarmasına görə azad edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı ilə həqiqətən xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə vəfat etməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, ərizəçinin anası - xx.xx.1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSR-nin Yadrin rayonunun Streletskaya kəndində) anadan olmuş X1 - xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSR-nin Yadrin rayonunun Streletskaya kəndində) dogulmuş X1 - xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar