Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6394/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd edib, «hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 23.12.1996-cı il tarixdə Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X5 onun qızı olmuşdur. Qızı 23.12.1996-cı il tarixdə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində vəfat etmişdir. Qızının nəşini el adət-ənənəsinə uyğun olaraq Ağdam rayonu Qaradağlı kənd qəbristanlığında dəfn etmişlər. Lakin onun adına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən, o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, X2 23.12.1996-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, ərzəçi Ərizəçi onun 1985-ci ildən qonşusudur. X3 vaxtsız-günsüz, yetkinlik yaşına çatmamış vəfat etmişdir. Aysel 1989-cu il təvəllüdlü olmuşdur, 23 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. Mərhumun heç 10 yaşı olmamışdır. Qızlarının vəfatı ərizəçigilin ailəsinə çox pis təsir etmişdir. Yasdan xeyli sonra belə özlərinə gələ bilmirlər. O, yas mərasimlərində iştirak etməyib. Ayselin nəşi Ağdam rayonu Qaradağlı kəndindəki qəbristanlıqda dəfn edilib. Bildiyinə görə ölümün səbəbi ürək çatışmamazlığına görə olmuşdur. X1 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Radiya Kamranova ilə Əhliman Kamranov ailə qurmuşlar. Ərizəçigilin 4 uşaqları olmuşdur. Onların Aysel adlı qızları vəfat edib. Ayselin nəşi Ağdam rayonu Qaradağlı kəndindəki kənd qəbristanlığında dəfn edilib. Ölümün səbəbinin ürək çatışmamazlığına görə olmasını xatırlayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qızıdır. X5 26.02.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ağdam rayonu Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin 11 yanvar 2020-ci il tarixli 21 saylı arayışından görünür ki, mərhumə X5 23.12.1996-cı il tarixdə vəfat etmiş və Qaradağlı kənd qəbristanlığında dəfn olunmuşdur. Üstü götürülmüş məzardan görünür ki, mərhum X2 məzarının üstü götürülmüşdür, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumənin şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 16.01.2020-ci il tarixli 05/Q-125/15 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum qızının adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 26.02.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş X5 23.12.1996-cı il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.02.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş X2 23.12.1996-cı il tarixdə Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6394/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6394/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver