Məhkəmə qərarları › İş №2(060)-6396/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6396/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6396/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırki iş üzrə məhkəmə iclası 05 oktyabr 2021-ci il tarixə, saat 12:30-a təyin edilmiş, lakin ərizəçi və maraqlı şəxs Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar