Məhkəmə qərarları › İş №2(060)-6432/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6432/2025

23.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6432/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Tağıyev-2 qapalı hərbi şəhərciyinin ərazisində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin sökülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə həmin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2025 il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 12:45-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlarını (soyadı, ata adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı)) ərizəsində göstərməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edilməsinə mane olmur. Həmin nöqsanları aradan qaldırmaqla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar