Məhkəmə qərarları › İş №2(060)-6453/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6453/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6453/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü qızı X7 xx.xx.1994-cü ildə vəfat etmiş və həmin tarixdə Corat Qəbirstanlığında dəfn olunmuşdur. Qızının ölümünün qeydiyyata alınması ilə bağlı maraqlı şəxs qismində çıxış edən Maraqlı şəxsnə yazılı şəkildə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan olunması barədə məhkəmə qətnaməsi olmadığından ölüm faktının qeydə alınması mümükün deyildir. Qızının ölümündən sonra mənəvi sarsıntı keçirdiyinə və depressiyaya düşdüyünə görə ölüm haqqında şəhadətnamənin verilməsi üçün daha öncədən müraciət edə bilməmişdir. Həmin dövrdə qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu hal da ölümə dair rəsmi sənədlər ilə məşqul olmağına imkan verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən X3 xx.xx.1994-cü il tarixdə ölüm faktının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatın da qeyd etdi ki, şahidlərin biri qardaşı, digəri qonşusudur. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, onlar qohum olmuşdurlar. Uşaq xəstəxanada yatırdı. Dedilər rəhmətə getmişdir. Qohumlar yığılıb dəfn eləmişdir. İli xatırlamır. Eyvazın hazırda 1 qızı var. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçinin böyük qardaşıdır. 1993-cü il aprel ayında uşaq dünyaya gəlmiş, 1994-cü ilin sentyabr ayında rəhmətə getmişdir. Onun maşını ilə aparıb dəfn etmişdirlər. Ərizəçinin böyük qızı var. Onun da adı Vüsalədir. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Corat Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi qızı-xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.1994-cü ildə vəfat etmiş və həmin tarixdə Corat Qəbirstanlığında dəfn olunmuşdur. AR-nın Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli ərizəyə cavabında görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. ХVİİİ-ЖГ seriyalı, 274674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 aprel 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1993-cü il tarixdə 1797 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası isə X2r. “Sumqayıt Tibb Mərkəzi” X9 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2026-cı il tarixli, 07 nömrəli sorğuya cavabında bildirilir ki, Sumqayıt şəhəri 42-ci məhəllə yataqxana 11 otaq 63 ünvanında yaşamış xx.xx.1993-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş və xx.xx.1994-cü ildə Sumqayıt şəhərində vəfat etmiş mərhumə X3 "Ölüm haqqında tibbi şəhadətnamə”sinin alınması üçün o vaxtki Sumqayıt şəhər 3 saylı Uşaq Poliklinikası, indiki Sumqayıt şəhər 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət olunmamışdır. Forma№112/V yəni "Uşağın inkişaf tarixçəsi"nin saxlanma müddəti 20 il olduğu, bu müddətin 2014-cü ildə bitdiyi və həmin sənədin onlarda olmadığı üçün mərhumənin ölümü barədə heç bir məlumat verə bilmirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qızı xx.xx.1993-cü il təvəllüdlü X7 23 sentyabr 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi qızı X3 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1993-cü il təvəllüdlü X3 23 sentyabr 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X3 23 sentyabr 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar