Məhkəmə qərarları › İş №2(060)-6501/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6501/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6501/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş mərhum oğlu X7 xx.xx.2014-cü il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə Tovuz rayonunda anadan olmuşdur. X16 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X21, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı 3 övladı anadan olmuşdur. Mərhum oğlu X21 anadangəlmə xəstə doğulmuşdur. Onlar Tovuz rayonunda olan zaman mərhum oğlu xx.xx.2012-ci il təvəllüdlü X7 vəziyyəti ağırlaşdığından, həkimlərin də müdaxiləsi yetərli olmamışdır. Evdə xx.xx.2014cü ildə vəfat etmiş və Tovuz rayonu, Cilovdarlı kənd Qəbristanlığında həmin tarixdə də dəfn olunmuşdur. Övladı anadangəlmə xəstə olduğu üçün o vaxt onun ölüm haqqında şəhadətnaməsini nə vaxtsa zəruri bir sənəd olacağını düşünməmişdir. Hal-hazırda isə oğlunun ölüm haqqında şəhadətnaməsi vacib sənədə çevirilmişdir. Belə ki, hər hansı bir ailə tərkibi, ünvanlı sosial yardım almaq üçün müraciət etdikdə və sair arayış aldıqda mərhum oğlu xx.xx.2012-ci il təvəllüdlü X7 da ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sağ kimi sənədlərdə göstərirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ölüm faktının dövlət qeydiyyatına VVAQ orqanları tərəfindən aparılır. Ölümün dövlət qeydiyyatının aparılması üçün əsas rolunu tibb müəssisələrinin verdiyi müvafiq sənədlər oynayır və bu sənədlər olmadıqda VVAQ orqanları ölüm faktını qeydə almaqdan imtina edir. Buna görə də, 307.2.8-ci maddəyə müvafiq olaraq VVAQ orqanları ölüm faktını qeydə almaqdan imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Göründüyü kimi, məhkəməyə ərizə təqdim olunarkən həmin ərizəyə müvafiq VVAQ orqanının ölüm faktını qeydə almaqdan imtina etməsi haqqında sənəd mütləq əlavə edilməlidir. Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə (məsələn, şəxsin yanında həlak olması (meyit tanınmadıqda), şəxsin suda batması və bunu şahidlərin görməsi (meyit tanınmadıqda) və s.) ölməsini sübut edən sənədləri məhkəməyə təqdim etməlidir.

Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X8 izahatında bildirdi ki, tibbi sənədlər olmadığından onlar tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Tərəfə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Tədqiq olunan sübutlar:

5. AZ-İ 503368 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X14 arasında 13 iyun 2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 767 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Alıyeva” soyadı verilmişdir.

6. AZ-İİ 877691 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X9r.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-21xx-xx/2024 saylı məktubundan görünür ki, X7 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X32 məntəqəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ambulator epikrizdən görünür ki, Sumqayıt şəhər sakini, xx.xx.2012ci il təvəllüdlü X22 xx.xx.2014-cü il tarixdə, saat 10:30-da X32 məntəqəsinə ağır vəziyyətdə reseptlə müraciət etmiş, bu müalicənin olunmasını xahiş etmiş, obyektiv müayinə zamanı uşağın ümumi vəziyyəti ağır olmuş, bu valideynə başa salınmış, uşağı Bakı şəhəri mərkəzi uşaq xəstəxanalarından birinə aparması məsləhət görülmüş, lakin valideyn təkidlə yardım göstərilməsini tələb etmişdir. Xəstə xx.xx.2014-cü il tarixində yenidən səhər 09:30-da təkrar müraciət etmişdir. Uşağın ümumi vəziyyəti yenə ağır olmuşdur. Xəstəni Tovuz rayonu mərkəzi xəstəxanasının uşaq şöbəsinə göndərmişdir. xx.xx.2014-cü il tarixdə saat 11:15-də uşaq olduqca ağır vəziyyətdə (boğulma vəziyyətində) yenə müraciət etmiş və valideyn uşağı Bakı şəhərinə aparmağını bildirərək ilk yardım göstərilməsini xahiş etmişdir. Yardımdan sonra uşağı evə aparmışdırlar.

9. Xatınlı kənd xəstəxanasının baş həkimi X5, kənd sakinləri X10, X2, X11, X6, X4, X1 iştirakı ilə tərtib edilmiş və Tovuz rayon İcra Hakimiyyəti başçısının yanında Cilovdarlı- Qədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş 13 iyul 2014-cü il tarixli aktdan görünür ki, X22 xx.xx.2012-ci il tarixdə anadan olmuş, xx.xx.2014cü il tarixdə, saat 10:30-da vəfat etmiş və onların iştirakı ilə xx.xx.2014-cü il tarixdə Tovuz rayonu, Cilovdarlı kənd qəbiristanlığında dəfn olunmuşdur.

10. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X29 X32 Məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 41 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X3 rayonunda baba evində qonaq olduğu üçün xx.xx.2014-cü il tarixdə saat 10:30-da “boğulma” tutması ilə X32 məntəqəsinə müraciət etmiş və ona təcili tibbi yardım göstərilmişdir. Xəstə xx.xx.2014-cü ildə yenidən müraciət etmiş, yenə yardım göstərilmiş və Tovuz Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Valideynlər xəstəni evdə saxlamış, yenidən xx.xx.2014-cü il, saat 11:15-də yenidən müraciət etmiş və yenidən ambulator yardım etmişdirlər. Tovuz Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə yönəltmişdirlər. Buna baxmayaraq valideyn uşağı xəstəxanaya aparmamış və uşaq xx.xx.2014-cü il tarixdə gecə saatlarında evdə ölmüşdür. Bu uşaq üçün ölüm kağızı verməyinin səbəbi: bu uşaq Sumqayıt şəhərində yaşamış, tibbi qeydiyyatda orada olmuş, asmatik bronxitli dispanser uçotda orada olmuş və ölümünü gecə xəstəxanaya apararkən yolda olmuşdur. Valideyn gec müraciət etmiş və uşaq Xatınlı kəndində baba evində rəhmətə getmişdir. X32 məntəqəsi ərazisində olmadığı və heç bir sənədi, qeydiyyatı olmadığı üçün ona ölüm aktı verə bilmirlər. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

14. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi mərhum X7 atasıdır. Ərizəçi mərhum oğluna ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X29 X32 Məntəqəsinə müraciət edilmiş, lakin həmin xəstəxananın 15 avqust 2024-cü il tarixli, 41 saylı arayışı ilə tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.

15. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.

17. Təqdim edilmiş ərizədə X7 xx.xx.2014-cü il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.

18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.

19. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

21. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə X7 xx.xx.2014-cü il tarixdə ev şəraitində vəfat etməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar