Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6537/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 27 noyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı - 23 yanvar 1970-cı il təvəllüdlü X2 30 iyul 2023-cü il tarixdə Yevlax rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Qardaşı - X6 23 yanvar 1970-ci il tarixdə anadan olmuş, 30 iyul 2023-cü il tarixdə Yevlax şəhərində ölmüşdür. Vəfatından sonra ölüm haqqında şəhadətnaməni almaq məqsədi ilə tərəfindən 1 saylı Maraqlı şəxsnə müraciət edilsə də ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, imtina məktubuna nəzər saldıqda heç bir əsaslı səbəb qeyd edilməmiş, sadəcə olaraq qanunvericilikdən götürülmüş müddəalar sadalanmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu budur. Çünki qardaşının vəfat etməsinə baxmayaraq o, hələ də onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu da öz növbəsində ona bir sıra məsələlərin həll edilməsində mane olur. Qeyd edir ki, ölüm hadisəsi Yevlax şəhəri, Nizami prospektində yerləşən “Kainat” restoranında baş vermişdir. Belə ki, qardaşı yemək yeyən zaman stolda huşunu itirmiş və nəticə də oradaca həyatını itirmişdir. Dərhal ətrafda olan insanlar tərəfindən X14 məlumat verilmiş, onlar tərəfindən 30 iyul 2023-cü il tarixli Təcili və X7 Stansiyası xəbərdarlıq vərəqəsi verilmişdir ki, həmin vərəqədə ölümün ilkin səbəbi olaraq həkimə qədər ölüm kimi qeyd edilmişdir. Hadisə nəticəsində Yevlax Rayon Prokurorluğunda araşdırma aparılmış, 10 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermişdir.. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı, mərhum isə qardaşıdır. Qardaşı 30 iyul 2023-cü ildə rəhmətə gedib. Qardaşını 31 iyulda Yevlax rayon qəbirstanlığında dəfn etmişdirlər. Qardaşının dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, ərizəçi onun anasıdır. Dayısı yayda rəhmətə gedib. Onun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-1412305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X4r. İşdə olan Vİİ JQ 392715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qubadlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X2 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ölümü ilə bağlı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Pirəbədil İnzibati Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Qazma kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı 23 yanvar 1970-cı il təvəllüdlü X6 30 iyul 2023-cü il tarixdə Yevlax şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələri, Respublikası Şabran Rayon İcra Hakiniyyəti Başçısının Pirəbədil İnzibati Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli arayışı, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin qardaşı 23 yanvar 1970-cı il təvəllüdlü X6 30 iyul 2023-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 yanvar 1970-cı il təvəllüdlü X2 30 iyul 2023-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6537/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6537/2023
27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver