Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-66/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması, avtomobil olmadığı təqdirdə onun dəyərinin alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması, avtomobil olmadığı təqdirdə onun dəyərinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 markalı avtomaşının cavabdehlərdən alınıb ona qaytarılması, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri, yəni 4911 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermiş, sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnaməni ləğv etmişdir. Bu səbəbdən də iddiaçı cavabdehin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini ondan geri tələb etməkdə haqlı olmuşdur. ** HL *** dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomobil həmin vaxt onun adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialında kreditdə olmuş,cavabdeh maşını alarkən razılığa gəlmişlər ki, o, bankın ödənişlərini vaxtlı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh ödənişləri ödəmədiyi üçün bank ona qarşı iddia ilə məhkəməyə müraciət etmiş və bankın iddia tələbi təmin olunmuş, onda 4911 manat tutulub banka ödənilməsi qət edilmişdir. Bankın ödənişlərini hissə-hissə ödəyir. xx.xx.2014-cü ildə Cavabdeh1 verdiyi etibarnaməni notariat kontorunda ləğv etdirmiş, ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermişdir. Həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulub və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olub. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. Həmçinin, işə əlavə edilmiş kompüter çıxarışına əsasən sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh4 adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən Cavabdeh1 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Cavabdeh5 adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə vermişdir. Bununla da həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh5 keçmişdir. Göründüyü kimi iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim edə bilməmiş, ona görə də iddia rədd edilməlidir. O həmin qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həm Elnura, həm də digər cavabdehlərə qarşı avtomobilin geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə onun dəyərinin onlardan alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Çünki ona məxsus avtomobil cavabdehlərin istifadəsində olmuş və hal-hazırda da avtomobilin mövcud olubolmaması məlum deyildir. Cavabdehlər əsassız olaraq varlanmışlar. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X5 avtomobili xx.xx.2012-ci il tarixdə etibarnamə ilə Cavabdeh5 satmışdır. Hazırda həmin şəxsində cavabdeh qismində işə cəlb olunmasına zərurət vardır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh5 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, keçən məhkəmə iclasında cavabdeh bildirdi ki, maşını ona Natiq vermiş və Elnarəni isə tanımır. Şahid vardır və onun dindirilməsini xahiş edir. ** HL *** dövlət nömrə nişanlı, VAZ 21074 markalı olan avtomaşın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı avtomaşının kreditini ödəyə bilmədiyinə görə aralarındakı razılığa əsasən avtomaşını Sumqayıt şəhəri 4 saylı notariat kontorunda etibarnamə ilə cavabdehlərdən Cavabdeh1 satmışdır. Avtomobil həmin vaxt iddiaçının adına "xxxx" ASCnin Sumqayıt filialında kreditdə olmuşdur. Cavabdeh1 maşını ondan alarkən bankın ödənişlərini vaxtı-vaxtında ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh ödənişləri ödəmədiyi üçün bank iddiaçıya qarşı iddia ilə məhkəməyə müraciət etmiş və bankın iddia tələbi təmin olunmuş, iddiaçıdan 4911 manat pulun tutulub banka ödənilməsi qət edilmişdir. xx.xx.2014-cü ildə iddiaçı Cavabdeh1 verdiyi etibarnaməni notariat kontorunda ləğv etdirib, ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsindən apeilyasiya şikayəti vermiş və Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, "Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə verib. Həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulub və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olub. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən, 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilib. Həmçinin işə əlavə edilmiş kompüter çıxarışına əsasən, sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh4 adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilib. İddiaçı tərəfindən Cavabdeh1 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Cavabdeh5 adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə verib. Bununla da həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh5 keçib. Göründüyü kimi iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırda həm Elnura, həm də digər cavabdehlərə qarşı avtomobilin geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə onun dəyərinin onlardan alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə lazımi qaydada məlumat verilmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddəsinin tələbinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Məhkəmə araşdırması gedişatında məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və bildirir ki, avtomobili iddiaçıdan almamış, X3 almışdır. 15-20 gün maşın onda olmuş, sonra isə avtomobili mülki etibarnamə ilə X6 xx.xx.2013-cü il tarixdə satmışdır. Mülki etibarnamənin müddəti 1(bir) il olur. Avtomobil bankda kreditdə olmuş, ona görə də hər hansı qiymət qoyulmur. Avtomobili kim idarə edirsə pulu da o, ödəməlidir. Natiq İbişov ona demişdir ki, kreditdə olan maşındır, 4900 manat pul çıxılıb. Bankda kreditdə olan maşın olduğundan məlumatı olmuşdur. Onun valideynləri dünyasını dəyişmiş, pulu ödəyə bilməyəcəyini görmüş, ona görə də satmışdır. Həmin vaxtı avtomaşının bazar qiyməti 4200 manat olmuşdur. Əgər imkanı olsaydı, 4200 manata həmin avtomobili ala bilərdi. Maşın onda cəmi 15 gün olmuşdur. O da öz növbəsində Adilə demişdir ki, maşın bankda girovdadır. O da Natiqdən mülki etibarnamə ilə almışdır. O, maşının mülkiyyətçisinin iddiaçı olduğunu bilmişdir. Maddi imkanı olmadığına görə öhdəlik götürməmiş, əgər imkanı olsa idi həmin qiymətə maşını alardı. Məhkəmə araşdırması gedişatında məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun həmin avtomobilə dair sadə etibarnaməsi olmuşdur. Onun da vaxtı çoxdan bitmiş, heç avtomobilin nömrəsi belə yadında deyildir. 3-5 gün maşını sürmüşdür. Elnurla qohumluğu olmuş, piyada olduğuna görə etibarnamə verib, sürmüşdür. Məhkəmə araşdırması gedişatında məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O özünə məxsus VAZ 2106 markalı avtomobili 3000 manat dəyərində Samirə vermiş və sözügedən avtomobili almışdır. 5 gündən sonra bank işçisi adı ilə bir neçə nəfər şəxs üstünə tökülüb onu döymüşlər.Həmin avtomobili də əlindən alıb AMAY-in qarajına aparmışlar. Banka getmiş, maraqlanmış, bildirmişlər ki, kredit borcu vardır. O da pulu Beynəlxalq Bankın Sumqayıt filialına ödəmiş, maşını çıxartmış, lakin bank ona etibarnamə verməmişdir.O,2013-cü il tarixdə avtomobili Banka təhvil vermiş, 2470 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirdi ki, 27 oktyabr 1987-ci ildə Ağdam rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Elnarə xanımın adına olan daşınar əmlakı etibarnamə verildiyinə görə satmaq üçün bazara çıxarmış, vətəndaşlar ona yaxınlaşmış, biri özünü bank işçisi kimi təqdim etmişdir. Bütün bu söhbətlər 2012-2013-cü illərdə baş vermişdir. Onlar Natiqə 50 manat beh vermiş, sonra isə demişlər ki, bankdan pul götürüb verəcəklərdir. Maşın Elnarə xanımın adından çıxmalı idi ki, girov qismində qoyula bilsin. Maşını sürmək üçün etibarnamə vermişdir. Onsuz işləri həll etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 016-94485-1221 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, DİN-in Baş X12 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə sorğu edilən VAZ- 21074 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. Etibarnamə ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə verilmiş, xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh2 xx.xx.2012-ci il tarixdə verilmiş, xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh3 xx.xx.2013cü il tarixdə verilmiş, xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh4 xx.xx.2013-cü il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bakı şəhərinin 52 saylı notariat kontorunun notariusu X2 06 iyun 2014-cü il tarixdə 817/2014 saylı müraciətə cavab olaraq bildirilmişdir ki, etibarnamənin ləğvi faktı xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Göstərilənlərlə əlaqədar Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Notariat sənədlərinin elektron məlumat bankında və notariat hərəkətlərinin 7E reyestr kitabında müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 263 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4984 saylı 2014-cü il tarixli mülki iş göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(102)- 190/2022 saylı qərarı ilə İddiaçı Məhiyyədin qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(105)-796/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna sorğular verilmiş, sorğuya cavab olaraq İddiaçı tərəfindən Cavabdeh1 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 reyestr №li etibarnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin etibarnaməyə əsasən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olmuşdur. Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun 1886 №li 27 may 2014-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 №li reyestrlə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə X4 xx.xx.2014-cü il tarixli, 7E/20044 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin məktubuna əsasən **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili İddiaçı Məhyəddin qızının adında qeydiyyatdadır. Məktuba əlavə olunmuş komputer çıxarışına əsasən sonuncu dəfə Cavabdeh4 etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 9/189 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq VAZ 21074 markalı, 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6000 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının əsassız varlanma tələbinə istinad edərək pul tələb etməsi əsassızdır. Belə ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olmaqla, etibarnamə əsasında sərəncam verməyi və sair etibar etmiş, cavabdehlərin qanunsuz sahibliyində olması sübut olunmayaraq, öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehlərin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini və ya avtomobilin qaytarılması mümkün olmadıqda, onun dəyərinin cavabdehlərdən geri tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur.Sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermiş, həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulmuş, etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilməsi qeyd olunmuşdur.Sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh4 adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilməsi işin mübahisə edilməyən halı olub, iddiaçı tərəfindən Cavabdeh1 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Cavabdeh5 adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə verməsi müəyyən edilmişdir.Həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh5 keçmişdir. Məhkəmə araşdırması gedişatında iddiaçı nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz və faktiki sahibliyində olduğunu sübut edə bilməmiş, bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə ki, hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması, avtomobil olmadığı təqdirdə onun dəyərinin alınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-66/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-66/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver