Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-66/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su sızması nəticəsində ona dəymiş 3000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh su sızması nəticəsində ona dəymiş 3000 manat məbləğində pulun, ödənilmiş 50 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2023-cü ildə cavabdehə məxsus ünvan 1, mənzil 4-dən mənə məxsus ünvan 1, mənzil 1-ə su sızmışdır. Bu barədə 3 saylı MİS-də AKT da tərtib olunmuşdur. Su sızması nəticəsində hamama, yataq otağına, dəhlizə və evdə olan bir sıra əmlaklarına ziyan dəymişdir. Dəymiş ziyanın məbləği 3000 manat təşkil etmişdir. O cavabdehdən ona dəymiş ziyanı tələb etsə də, cavabdeh, ona dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. Su sızması nəticəsində ona vurulmuş 3000 manat məbləğində ziyan cavabdehdən tutularaq ona verilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, əslində ora mətbəxdir, yataq otağına çevirmişdirlər. 5 ci gün ərizə vermiş, iş materialları və görüntülərlə tanış olmuşdur. Mətbəxə su sızmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 1 İddiaçı adına tam payda xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyetrində 58 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Sumqayıt Şəhəri 3 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, 3 saylı MKS-nin mühəndisi X5, 3 saylı MKS-nin sahə ustası X1 və 3 saylı MKS-nin sosial işçisi X3 təsdiq etmişdirlər ki, Sumqayıt şəhər, 4-cü məhəllə, ev 10/20a, mənzil 1-in sakini İddiaçı məxsus mənzilə su axdığına görə ziyan dəydiyi aşkarlanmışdır. - Sumqayıt Şəhəri 3 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,Cavabdeh 4 saylı məhəllə, ev 20/10,mənzil 4-də yaşayır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 24 sentyabr 2025-ci il tarixli, 139 nömrəli hesabatdan görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev20 a/10 saylı fərdi yaşayış evində görülməli işlər və materialların xərci ümumillikdə 1878 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/9650, 9/5946 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsur olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq su sızdığı müəyyən olunmuşdur.Lakin cavabdehin 4 saylı mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilinən hissələrində heç bir qüsurun aşkar olunmaması, su və kanalizasiya xətlərinin qalan hissələrinin qapalı olması səbəbindən 1 saylı mənzilə su sızması səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. -xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. -xx.xx.2024-cü il tarixli, 120279 nömrəli qəbzdən görünür ki, Sumqayıt regional Vəkil bürosunun hesabına hüquqi yardım üçün 300 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh mənzilindən İddiaçı mənzilinə su sızması nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyan vurulmuşdur. Mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, mənzilə dəymiş zərərin ümumi məbləği 1878 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh dəymiş zərərin məbləğinin 3000 manat deyil, 1878 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1878 manat pul tutularaq İddiaçı verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin olunduğundan, tələbin təmin edilmiş mütənasib hissəsinə uyğun olaraq 50 manat dövlət rüsumunun 25 manatı cavabdehdən tutulmalı, qalanı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə 300 manatın 150 manatı iddiaçıya aid edilməli, 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 manatı iddiaçıdan, 25 manatı cavabdehdən və "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın 50 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1878 manat pul alınaraq İddiaçı ödənilsin. İddianın verilməsinə görə 25 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 50 (əlli) manat, Cavabdeh 100 ( bir yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 25 (iyirmi beş) manat, Cavabdeh 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-66/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-66/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver