Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6628/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1965-ci ildə anadan olmuş, 08 avqust 2018-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və el adəti ilə 09 avqust 2018-ci ildə Sumqayıt şəhər, Corat qəsəbə qəbirstanlığında dəfn olunmuş mərhum atası Quliyev Fərəməz Əsəd oğlunun ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, Quliyev Fərəməz Əsəd oğlu onun atasıdır. Bunu AA Seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Mərhum atası 1965-ci ildə anadan olmuşdur. F.Quliyev 08 avqust 2018-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və el adəti ilə 09 avqust 2018-ci ildə Corat qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bunu 97 və 1380 saylı arayışlar təsdiq edir. Atası ev şəraitində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Atası Quliyev Fərəməz Əsəd oğluna ölüm haqqında şəhadətnamə ala bilmədikləri üçün hüquq müəyyənedici sənədləri əldə edə bilmir. Bir daha bildirir ki, atası ev şəraitində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən də məhkəmə müraciət etməli olur. “Ölüm haqqında şəhadətnamə” almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Maraqlı tərəf özünün 18 iyun 2021-ci il tarixli, 05/Q-1667/15 saylı məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq, atası 1965-ci ildə anadan olmuş, 08 avqust 2018-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və el adəti ilə 09 avqust 2018-ci ildə Sumqayıt şəhər, Corat qəsəbə qəbirstanlığında dəfn olunmuş mərhum atası Quliyev Fərəməz Əsəd oğlunun ölüm faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi bibisinin nəvəsidir. Ərizəçinin atası 2018-ci ildə ev şəraitində rəhmətə gedib və atası Sumqayıt şəhəri, Corat qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası 2018-ci ildə ev şəraitində rəhmətə getmişdir. Məclisdə özü iştirak etməsəmdə, anası iştirak edib.Ərizəçinin atası Sumqayıt şəhəri, Corat qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi, şahidlər X7 və X1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Quliyev Fərəməz Əsəd oğlunun ölümünü təsdiq edən sənədlər olmadığından, ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Corat Bələdiyyəsinin 14.07.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi atası Quliyev Fərəməz Əsəd oğlu həqiqətən 09.08.2018-ci il tarixində vəfat etmiş və Corat qəbristanlığında bastırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X5 Stansiyasının 09.08.2018-ci il tarixli, 1380 saylı məlumatından görünür ki, ünvan 2 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Quliyev Fərəməz Əsəd oğlu adına “Halı pisdir” səbəbi ilə çağırışlar daxil olmuşdur. 09.08.2018-ci il tarixdə saat 01:25 radələrində briqada verilən ünvana çatdıqda 1965-ci il təvəllüdlü Quliyev Fərəməz Əsəd oğlunun meydini aşkar etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07.05.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 504-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidin izahatı və işin materialları ilə həqiqətən Quliyev Fərəməz Əsəd oğlunun 08.08.2018-cu ildə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 1965-ci ildə anadan olmuş, 08 avqust 2008ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər Corat qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum Quliyev Fərəməz Əsəd oğlunun ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1965-ci ildə anadan olmuş, 08 avqust 2008-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər Corat qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum Quliyev Fərəməz Əsəd oğlunun ölüm faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6628/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6628/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver