Məhkəmə qərarları › İş №2(060)-6666/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6666/2024

04.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6666/2024 04.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi «uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment, uşaqla ünsiyyət və ananın himayəsinə verilməsi» ilə bağlı Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və Ərizəçi ilə Maraqlı şəxs arasında 12 avqust 2024-cü il tarixli, MŞS/MT030/2024-01752 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin 5-ci bəndinə əsasən Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyi nəzərdə tutulmuşdur. Lakin hazırki barışıq sazişinin şərtlərinin icrası ilə bağlı onun məhkəmə qətnaməsi əsasında təsdiqlənməsinə zərurət yaranmışdır və bu sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Göstərilənlərə əsasən 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verilməsinə dair iddiaçı ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış 12 avqust 2024-cü il tarixli, MŞS/MT030/2024-01752 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

6. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2023-cü il tarixində verilmiş AZ-İV № 942736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 aprel 2018-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6794/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, iddiaçı X1 ilə cavabdeh Seyidəliyeva (Əliyeva) Ruhiyyə Fadı qızı arasında Sumqayıt Nikah Evində bağlanmış xx.xx.2016-cı il tarixində 81 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 09 iyul 2024cü il tarixində verilmiş AZ-İ № 482653 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə SeyidƏrizəçi arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 26 may 2023-cü il tarixində 295 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir.

10. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-01752 saylı barışıq sazişinə əsasən tərəflər mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi ilə Ötükən (əvvəlki soyadı -Seyidəliyev) Rəşad Elşad oğlu arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan uşağın yaşayış yeri və valideynlərdən kimin himayəsində qalması müəyyən edilməmişdir. Tərəflər birgə nikahdan olan 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində (qəyyumluğunda) olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Ərizəçi 16 aprel 2018-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Mediasiya prosesində Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) cəmi 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyinə dair öhdəlik götürür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmışdır, həmin barışıq sazişinə əsasən tərəflər mediasiya prosesində tərəflər təsdiq etmişlər ki, Ərizəçi ilə Otükən (əvvəlki soyadı -Seyidəliyev) Rəşad Elşad oğlu arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan uşağın yaşayış yeri və valideynlərdən kimin himayəsində qalması müəyyən edilməmişdir. Tərəflər birgə nikahdan olan 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində (qəyyumluğunda) olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Ərizəçi 16 aprel 2018-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Mediasiya prosesində Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) cəmi 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyinə dair öhdəlik götürür. Hazırda ərizəçi maraqlı şəxsin sazişin icrasından qismən yayındığını əsas gətirərək barışıq sazişinin qismən, yəni “Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyinə dair öhdəlik götürür” hissəsində təsdiq edilməsini məhkəmədən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

14. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

15. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

16. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

17. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

18. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

19. Göründüyü kimi ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyinə dair öhdəlik götürür” hissəsinin təsdiq edilməsini tələb edir.

20. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməklə ərizə təmin edilməlidir.

Nəticə hissəsi:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlə qismən təsdiq edilsin.

1. Maraqlı şəxs 16 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə notarial qaydada ərizə verəcəyinə dair öhdəlik götürür. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar