Məhkəmə qərarları › İş №2(060)-6707/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6707/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6707/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1933-cü ildə Cəbrayıl rayonunda doğulmuş atası X4 və 1936-cı ildə Cəbrayıl rayonunda doğulmuş anası X5 1993-cü ilin avqust ayında Cəbrayıl rayonunun Qazanzəmi kəndi erməni işğalçıları tərəfindən işğal edilərkən, döyüş əməliyуatlarının getdiyi ərazidə ölmüş elan edilmələri (ölmələri faktının müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, 1934-cü ildə Cəbrayıl rayonunda anadan olmuş atası X4 və 1936-cı ildə Cəbrayıl rayonunda anadan olmuş anası X5 1993-cü ilin avqust ayında Cəbrayıl rayonunun Qazanzəmi kəndi erməni işğalçıları tərəfindən işğal edilərkən, döyüş əməliyyatlarının getdiyi ərazidə ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonunun Qazanzəmi kəndində doğulmuşdur və hal-hazırda həmin ünvanda daimi qeydiyyatdadır. Cəbrayıl rayon məcburi köçkünüdür. 1933-cü ildə Cəbrayıl rayonunda doğulmuş X8 və 1936-cı ildə Cəbrayıl rayonunda doğulmuş X11 1993-cü ildə Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal edilən zaman itkin düşmüşlər. Bütün axtarışlara baxmayaraq bu günə kimi onlar barəsində heç bir məlumat əldə edə bilməmişdir.Ərizəçinin atası və anasının Cəbrayıl rayonunun Qazanzəmi kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman döyüş əməliyyallarının getdiyi ərazidə itkin düşmələri faktının müəyyən edilməsi məqsədi ilə 1997-ci ildə Sumqayıl Şəhər Məhkəməsinə müraciət elmişdir. Sumqayıl Şəhər Məhkəməsinin 6/2-481 saylı 1997-ci il tarixli Qətnaməsi ilə ərizəçinin valideynləri 1934-cü ildə Cəbrayıl rayonunda anadan olmuş atası X8 və 1936-cı ildə Cəbrayıl rayonunda doğlumuş anası X5 1993-cü ilin avqust ayında Cəbrayıl rayonunda itkin düşmələri hüquqi faktı müəyyən edilmişdir, lakin bu günə kimi onların ölüm şəhadətnamələrini almamışdır. Valideynlərinə ölüm şəhadətnaməsinin verilməsi məqsədi ilə o, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs 3-16-5/8-11-35xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ölüm şəhadətnamələrini verməkdən imtina edilmişdir. Buna görədə məhkəməyə müraciəl elmək zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, Cəbrayıl işğal olunanadık atası və anası ilə birlikdə yaşamışdır. İşğal zaman valideyləri itkin düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. O, atası və anasının işğal dövründə orda yaşadıqlarını bildirdi. Bu günə qədər də onlardan bir xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. O, Cəbrayıl işğal olunan zaman ata və anasının orada itkin düşdüklərini və bu məsələ ilə bağlı X16 Komitəsinə müraciət etdiklərini bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Sumqayıl Şəhər Məhkəməsinin 6/2-481 saylı 1997-ci il tarixli qətnaməsidən görünür ki, 1933-cü ildə Cəbrayıl rayonunda anadan olmuş atası X4 və 1936-cı ildə Cəbrayıl rayonunda anadan olmuş anası X5 1993-cü ilin avqust ayında Cəbrayıl rayonun itkin düşmələri faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-H-35xx/xx/2024 saylı məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası Cəbrayıl Rayonu İcra Hakimiyyəti Başçısının yanında Qazanzəmi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyo tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 53 saylı arayışdan görünür ki, 1933-cü ildə Cəbrayıl rayonunda anadan olmuş atası X4 və 1936-cı ildə Cəbrayıl rayonunda anadan olmuş anası X1 rayonu Qazanzəmi kəndi yaşamışdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X8 və ərizəçinin anası X11 1993-cü ildə Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal edilən zaman itkin düşmüşlər. Onların ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X12 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4-cü maddəsinə əsasən Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1933-cü ildə Cəbrayıl rayonunda anadan olmuş X8 və 1936-cı ildə Cəbrayıl rayonunda anadan olmuş X11 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonunun Qazanzəmi kəndi erməni işğalçıları tərəfindən işğal edilərkən, döyüş əməliyyatlarının getdiyi ərazidə ölmüş elan edilsinlər. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar