Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6709/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ona məxsus olan ünvan 1 ünvanında yerləşən bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etməklərinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, cavabdehə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Kəhriz küçəsi, ev 206 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etməklərinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən və mərhum həyat yoldaşı X6 adına olmuş bağda yaşayır. Bundan başqa, 2000-ci ildə qardaşı X15 özünə məxsus olan və 206A ünvanında olan həmin torpaq sahəsinə bitişik təxminən 7 sot torpaq sahəsini ona satmışdır. Lakin cavabdeh olan oğlu Cavabdeh mərhum həyat yoldaşı Qabil Məlikovun adına olan həmin bağ torpaq sahəsinə aid bağçılıq kitabçasını da götürərək gizlətmişdir. Bundan başqa, cavabdeh həmin bağ torpaq sahəsini zəbt edərək bağ sahəsindən istifadə ilə bağlı maneələr yaratmışdır. Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsindən istifadə etmələrinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə ona məxsus olan Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Kəhriz küçəsi, ev 206 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etməklərinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu ifadə verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 40 ildir ki, sözügedən ünvan 1 ünvanında yerləşən bağ evində yaşayır. Sözügedən torpaq sahəsi atasına və ona verilmişdir. Atasından qalmış torpaq sahəsi isə hazırda qardaşı Emilin istifadəsindədir. İddiaçının tələb etdiyi 7 sot torpaq sahəsi qeyd olunan ərazidə mövcud deyildir. Bundan əlavə, onun anası ilə aralarında hazırda mənzil mübahisəsi var və həmin mənzil hazırda hərracdadır. Anası mənzilə aid payından və hazırki iddia tələbindən imtina edəcəyi halda iddiaçıya 30000 (otuz min) manat ver bilər. Eyni zamanda anasının onun faktiki istifadəsində olan torpaq sahəsindən maneəsiz yararlana bilər. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin heç bir qanuni əsası olmamasını nəzərə alaraq rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X16 bildirdi ki, iddiaçı anası, cavabdeh isə qardaşıdır. Sözügedən torpaq sahəsinin 6,5 sotu onun adın olub, 6,5 sotu isə atasının adına olub. Digər 7 sot isə dayısına satılmışdır. Dayısıda həmin 7 sot torpaq sahəsini onlara satmışdır. Qardaşının yaşadığı 12 sot torpaq sahəsi atasına verilmiş sahədir. Lakin son vaxtlar məlum olmuşdur ki, həmin 12 sot qardaşı İlqara məxsusdur. Məhkəmə İddiaçı, nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və şahid X12 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan AZ № 062217 saylı, xx.xx.1967-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 ilə Taqarova Həgidə Xəlil qızı arasında olan nikah xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və 310 nömrə ilə qeyd edilməklə sonuncuya “Məlikova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 467883 saylı, xx.xx.2011-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 706 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27/14, mənzil 72-də qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli, 401 saylı arayışından görünür ki, İddiaçı “Xəzər” bağçılıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan küçə Kəhriz küçəsində mərhum həyat yoldaşı X8 Cəmiyyət tərəfindən verilən bağ kitabçasında qeyd olunan 206a nömrəli evdə qeydiyyatsız yaşayıb. Məlikov Qabil H.o. yoldaşı İddiaçı tərəfindən 206a saylı bağ istifadə edilib. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 1341 saylı, arayışından görünür ki, X9 mərhum həyat yoldaşı X14 vəfat edən günə qədər (xx.xx.2011ci il) istifadəsində “Xəzər” bağlar massivi, Kəhriz küçəsi, 206A saylı bağ torpaq sahəsinə görə torpaq vergi borcu həyat yoldaşı X9 tərəfindən ödənilmişdir. Hal-hazırda “Xəzər” bağlar massivi, Kəhriz küçəsi, 206A saylı bağ torpaq sahəsinə görə torpaq vergisi borcu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 14503M-1221 saylı arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı mərhum həyat yoldaşı X6 adına olan ünvan 3 ünvanında yerləşən bağ sahəsinə verilmiş bağ kitabçasını naməlum şəraitdə itirməsi barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 206,206A,185, 121, 178,209 saylı bağların əhatəsində olan 700 kv.m torpaq sahəsini X15 öz vəsaiti hesabına qamışlıq və zibillikdən təmizləyib bağ və bostançılıqla məşqul olmuşdur. 2000-c il tarixində bu bağ sahəsini bacısı İddiaçı vermiş 2000-ci il tarixindən İddiaçı sahəsi 700 kv.m plan, bu torpaq sahəsindən istifadə edir, hal-hazırda onun istifadəsindədir. Bu bağ sahəsinin qapı nömrəsi 164b-dir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2019-cu il tarixli, 62 saylı arayışından görünür ki, X7 və Cavabdeh “Xəzər” bağçılıq yoldaşı Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan küçə Xətai küçəsi, 7-ci məhəllə, 206-saylı bağ evində qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 3227 saylı, arayışın surətindən görünür ki, İddiaçı Xəzər bağlar ərazisi Qaladərəsi küçəsi, ev 26 saylı 600 kv.m, Xəzər bağlar ərazisi, Qaladərəsi küçəsi, ev 164B saylı 700 kv.m torpaq sahələri onun istifadəsindədir və həmin torpaq sahələrinə vergi borcu İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixədək Sumqayıt şəhəri, Xəzər bağlar ərazisi, Qaladərəsi küçəsi, ev 206 saylı 600 kv.m və ev 164 B saylı 700 kv.m torpaq sahələri görə torpaq vergi borcu yoxdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Xəzər bağları Qaladərəsi küçəsində 206, 206a, 185, 121, 178,209 saylı bağların əhatəsində olan 164b saylı sahəsi 700 kv.m olan bağ sahəsini X15 bacısı X5 verib. Qonşuların təsdiq etdiyi akta əsasən 2000-ci il tarixindən sahəsi 700 kv. olan 164b saylı bağ X4 istifadəsindədir. İş materiallarında olan Sumqayıt şəhər X3 Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş olduğu üçün bizə təqdim olunan 1200m2 sahəsi qeyd edilmiş Xəzər Bağçılıq Cəmiyyətinin üzvülük kitab Cavabdeh tərəfindən təqdim olundu. Bu torpaq sahəsindən 600m2 bağ sahəsi X10 adına üzvlük kitabçasında qeyd edilib. Qalan 700m2 bağ sahəsi heç kimin adına qeyd olunmayıb. Həmən torpaq sahəsi İddiaçı dediyinə əsasən qardaşı X17 bacısına öz vəsaiti hesabına almışdır. Onlarda olan Bağçılıq Cəmiyyətinin üzvü olan sakinlərin siyahısında X6 adına 206a saylı bağ 600m2 sahə ilə qeyd olunub. X10 adına 600m2 bağ sahəsi 206 saylı adı altında qeyd edilib. Cavabdeh adına Xəzər Bağçılıq Cəmiyyətinin üzvlərinin siyahısında qeyddə yoxdur. İş materiallarında olan Sumqayıt şəhər X3 Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhəri Xəzər bağları Kəhriz (indiki Qaladərəsi) küçəsi 206 saylı bağın X6 və ailə üzvlərinin həyat yoldaşı X4,qızı Eldarova (qızlıq soyadı Məlikova) Şəbinə Qabil qızının və oğlu X10 Cavabdeh verilməsinə dair razılıq ərizələri arxivdə tapılmamışdır. İş materiallarında olan “Bağçılığın üzvülük kitabçası”nın surətindən görünür ki, Məlikov X11 cəmiyyəti üzvlərinin 1999-cu il tarixli 19 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 26-cı məhəllə bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 206 nömrəli bağ sahəsi SŞXDS İK xx.xx.1988-ci il tarixdə qeydə alınmış 16 nömrəli qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan “Bağçılığın üzvülük kitabçası”nın surətindən görünür ki, X1 cəmiyyəti üzvlərinin 1988-ci il tarixli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 26-cı məhəllə bağçılıq cəmiyyəti bağından sahəsi 650 kv.m olan 206 nömrəli bağ sahəsi SŞXDS İK xx.xx.1994-cü il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 206, 206A,185, 121, 178,209 saylı bağların əhatəsində olan 700 kv.m torpaq sahəsini X15 öz vəsaiti hesabına qamışlıq və zibillikdən təmizləyib bağ və bostançılıqla məşqul olmuşdur. 2000-c il tarixində bu bağ sahəsini bacısı İddiaçı vermiş 2000-ci il tarixindən İddiaçı sahəsi 700 kv.m plan, bu torpaq sahəsindən istifadə edir. Lakin torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 20 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı ona adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüqqunu (torpaq sahəsinin onun qanun istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə məlum olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsi yəni mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqların qeydiyyata alınması mülki dövrüyənin sabitliyinin qorunması məqsədi ilə imperativ norma olmaqla Respublika sərhədləri daxilində hər kəs üçün məcburi xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki mübahisəli torpaq sahəsinə iddiaçının hüququ təsdiq edəcək sənəd dövlət reyesterində qeydiyyata alınmamışdırsa hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmişdirsə yəni onun sərhədlərin müəyyən edilməməşdirsə, cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olması müəyyən etmək mümkün deyildir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Kəhriz küçəsi, ev 206 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etməklərinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6709/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6709/2022
21.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver