Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-673/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, oğlu X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, Xədicə Məmmədova küçəsi, ev 103 ünvanında yaşayır. X7 onun oğludur. Oğlu xx.xx.2017-ci Sumqayıt şəhərində anadan olmuş və xx.xx.2020ci ildə isə vəfat etmişdir. xx.xx.2020-ci ildə oğlunu Sumqayıt şəhər qəbristanlığında dəfn etmişdir. Lakin bu günə kimi oğluna ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, oğlunun ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, faktın müəyyən olunması ona, ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. X1 isə onların övladıdır. Övladı xx.xx.2017-ci Sumqayıt şəhərində anadan olmuş və xx.xx.2020-ci ildə isə “Bağırsaq parezi” xəstəliyindən vəfat etmişdir. Onlar övladını Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-2140/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2020-ci il tarixdə oğlu X3 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə,habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, 1801 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 21:40-da ünvan 3 ünvanında yaşayan xx.xx.2017-ci il təvəllüdlü X5 Sumqayıt şəhər TYS-nın 1 nömrəli yardımçı məntəqəsinin ambulatoriyasına gətirmişlər. Müayinə zamanı xx.xx.2017-ci il təvəllüdlü X3 meyidi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 27 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər qənristanlığında dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası X4, anası isə X6r. Beləliklə, ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2020-ci ildə vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçinın xx.xx.2017-ci il təvəllüdlü X3 ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2020-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-673/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-673/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver