Məhkəmə qərarları › İş №2(060)-6760/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6760/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6760/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi 2 saylı Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi 2 saylı Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X7 21 iyun 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 11 iyul 2003-cü il tarixdə X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra ərizəçiyə “İmamquliyeva" soyadı verilmişdir. Onların birgə nikahından 3 övladı olmuşdur: 16 fevral 2005-ci il təvəllüdlü X11, 16 may 2006-cı il təvəllüdlü X8 və 09 noyabr 2009-cu il təvəllüdlü X12. X1 16 may 2006-cı il tarixdə anadan olmuşdur. Ərizəçinin qızı “ürək” xəstəliyindən əziyyət çəkirdi. O, İran Respublikasında müalicə alırdı. 2007-ci ilin fevral ayında qızı yaşadığı Sumqayıt şəhərində vəfat etmişdir. Onu Sumqayıt şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Bütün bunları şahidləri vasitəsilə təsdiq edə bilər. Ərizəçi, 2 saylı Sumqayıt regional “ASAN xidmət" Mərkəzi Qeydiyyat şöbəsinə qızının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsindən ərizəçiyə məktubla bildirildi ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hal-hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçinin qızı X4 2007-ci il fevral ayında Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinə dəqiqləşmə edərək, xx.xx.2006-cı il təvəllüdlü X3 20 fevral 2007-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahat verərək, ərizədə qeyd olunanları izahatı olaraq qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 2 saylı Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxs 2 saylı Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, ərizəçi həyat yoldaşıdır. İmamquliyev Sevgi onun qızıdır. Qızı xx.xx.2006-cı il tarixdə anadan olmuş, altı aylıq olarkən vəfat etmişdir. O, doğulduğu andan etibarən ürəyindəki narahatçılıqdan əzyyət çəkirdi. Müalicəsi ilə məşğul olsalar da, qızı xx.xx.2007-ci il tarixdə evdə vəfat etmişdir. Həmin dövr anası da rəhmətə getdiyindən, başları qarışıq olmuş və bu səbəbdən təcili-tibbi yardıma məlumat verməmişlər. Rəhmətlik qızından əlavə iki uşağı da vardır. Qızını Sumqayıt qəbirstanlığında mərhum anasının yanında dəfn etmişlər.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, X13 onun kürəkəninin qardaşıdır. X2r. O, 20 fevral 2007-ci il tarixdə Sumqayıt şəhərində, evdə vəfat etmişdir. Vəfatından sonra onu uşağı yuyub dəfnə hazırlamaq üçün çağırmışlar. X5 Sumqayıt qəbirstanlığında mərhum nənəsinin yanında dəfn etmişlər.

10. İş materiallarında olan Sumqayıt Şəhər Nikah evi tərəfindən 11 iyul 2003-cü il tarixində verilmiş AZ-İ № 057638 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X7 11 iyul 2003-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 495 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İmamquliyeva soyadı verilmişdir.

11. İş materiallarında olan olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 18 aprel 2005-ci il tarixində verilmiş AZ-İ № 601357 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X13, anası Ərizəçidır.

12. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-İ/1-7836/23 saylı arayışdan görünür ki, X15 16 may 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X13, anası Ərizəçidır.

13. İş materiallarında olan olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2009-cu il tarixində verilmiş AZ-İİ № 369690 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2009-cu ildə Sumqayıt şəhərində anadan olmuş, atası X13, anası Ərizəçidır.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-4xx-xx/2023 saylı məktubdan görünür ki, vəfat etmiş X1nın ölümünün qeydiyyata alınması ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılaraq bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxdığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığında ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.

15. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X28 10 oktyabr 420 saylı məktubundan görünür ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin tabeliyində olan Uşaq Xəstəxanasının rəhbərliyi bildirir ki, xx.xx.2006-cı il təvəllüdlü X8 xəstəxanada vəfat etməmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kliniki Tibb Mərkəzi” X28 31 oktyabr 18-1-2/2-Q-813-42-486/2023 saylı məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X8 2006 və 2007-ci illərdə “Kliniki Tibbi Mərkəz” PHŞ-nin X6 qeydiyyat jurnalından qeydiyyatdan keçməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X16 izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X1 20 fevral 2007-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

22. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

23. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

24. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

25. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X1nın 20 fevral 2007-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 16 may 2006-cı il təvəllüdlü X3 20 fevral 2007-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar