Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6809/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən Sumqayıt 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-01176 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi həyat yoldaşı Maraqlı şəxs uşaqların ehtiyaclarını ödəmədiyi üçün aliment almaq məqsədilə aylıq 500 manat olmaqla aliment ödənilməsi ilə bağlı razılığa gəlmişdirlər. Lakin borclu tərəf yığılmış borcu vermirdi. Borcun ödənilməsi ilə ilə bağlı qarşı tərəfə mediasiya təklifi göndərmişdir. Hazırki ərizə üzrə onun və maraqlı tərəf arasında mediasiya seansında xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01176 nömrəli barışıq sazişi bağlanılaraq rəsmləşdirilmişdir. Barışıq sazişində qeyd edilmişdir:
1. Mediasiya prosesi zamanı nigahı davam etdirmək razılaşdırılır.
2. Uşaqlar ananın himayəsində qalmaqla ümumilikdə Maraqlı şəxs tərəfindən aylıq 500 manat Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürür. Hal-hazırda aralarında bağlanılmış barışıq sazişini qarantiya altına alınması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, nikahları qüvvədədir.Yalnız uşaqların gələcəyinə görə qüvvədədir. 800 manat maaş alır. Maaşı uşaqlara yetmir. Oğlu talassemiya daşıyıcısıdır. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxsə məlumat verir, lakin həmin şəxsin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.Maraqlı şəxsin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəlhüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi danışıqlardan sonra tərəflər nikahı davam etdirməyə razılaşdılar (Nikah qeydinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi, xx.xx.2013-cü il, 1839 № illə qeyd edilmiş, AZ-İ № 908314). Tərəflərin yəni- Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 mediasiya prosesində uşaqların saxlanılması üçün Maraqlı şəxs hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimenti xx.xx.2025-ci il tarixindən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025/01176 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi danışıqlardan sonra tərəflər nikahı davam etdirməyə razılaşdılar (Nikah qeydinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi, xx.xx.2013-cü il, 1839 № illə qeyd edilmiş, AZ-İ № 908314). Tərəflərin yəni- Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 mediasiya prosesində uşaqların saxlanılması üçün Maraqlı şəxs( uşaqların atası) hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimenti xx.xx.2025-ci il tarixindən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Maraqlı şəxs tərəfindən 02 iyul 2025-ci il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova